28/01/2023
AVROPA BİRLİYİNİN CƏNUBİ QAFQAZ SİYASƏTİ ...
Ukrayna Rusiya müharibəsinin uzanması, qlobal dünya siyasətində dalğaların çəkilib qabarmasını xatırladır. Bu canlanma geosiyasi müstəvidə Ukraynadan sonra ən çox regionumuzda, yəni, Cənubi Qafqazda daha çox hiss olunur.
Belə ki, Ukraynada ciddi hərbi, siyasi, iqtisadi uğursuzluğa düçar olan Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməkdə davam edir.
QƏRBİN "uşağı" olan Nikol Paşinyanın Ermənistan hökümətinin rəhbərliyinə gətirilməsi ilə başlanan antirusiya prosesi səngimək bilmir. Bu "vəziyyətdən" qəzəblənən Putin Qarabağda zorla məskunlaşdırdığı seperatçı ermənilərin həyatını "qorumaq " üçün müxtəlif ssenariləri sınaqdan çıxarır . Gah "Sülhməramlılar " adı altında öz hərbiçilərini " Laçın dəhlizində" yerləşdirir ;
Gah da Ruben Vardanyan kimi "ASALA " terror təşkilatı sevdalısı olan Azərbaycan - Türk düşmənini Xankəndinə göndərir.
Lakin yenə Paşinyanı Baş Nazir postundan uzaqlaşdırmaqda çətinlik çəkir. O, ( N.P.) isə QƏRBİN istəklərini addım - addım yerinə yeriməkdə israrlı görünür. Rusiyanın Gümrüdəki hərbi bazasını qovmaq, Ermənistanı " KTMT " - dan ( Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ) çıxarmaq istəyir. Bu prosesin belə davam etməsinin əsas səbəbi isə Paşinyanın komandasının qərbyönümlü olması və arxasında Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin dayanmasıdır.
Məqsəd :
1) Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq ;
2) Avropa İttifaqının "missonerlərini" Cənubi Qafqazda yerləşdirmək ;
3) Qarabağda destabilizasiya zonası yaratmaq :
4) Azərbaycanın xarici və müdafiə siyasətində suveren qərarlar qəbul etməsinə mane olmaq ;
5) Respublikamızın milli təhlükəsizlik məsələlərində yürütdüyü müstəqil siyasətdə əl - qolunu bağlamaqdır.
Beləliklə : Avropa İttifaqı dövlətləri Fransanın dirijorluğu ilə Çin, Orta Asiya, Rusiya və Türküyənin iqtisadi - siyasi maraqlarına xidmət edəcək "BÖYÜK ORTA DƏHLİZƏ " nəzarəti ələ keçirmək istəyir. Məhz bu geosiyasi maraqlar Fransanı və digər Avropa ölkələrini "ərköyün ermənilərin " nazı ilə oynamağa vadar edir.
Bu sadaladığımız strateji niyyətləri həyata keçirə bilmək üçün, regionumuzda aranı qarışdırmaq məsələsində Fransa və bəzi Avropa dövlətləri maraqlı görünür. Bu baxımdan Fransanın və Ermənistanın strateji müttəfiqi olan İran İslam Respublikasnın paytaxtı TEHRAN şəhərində Azərbaycanın səfirliyində ölümlə - qanla müşahidə olunan terror AKTININ törədilməsi təsadüf sayıla bilməz.
Bütün bu təzyiqlərə baxmayaraq, Respublikamızın Prezidenti İlham Əliyev Dövlətimizin maraqlarına xidmət edən müstəqil siyasətini qətiyyətlə davam etdirir.
HAQQ ƏDALƏT PARTİYASI
- Harada törədilməsindən asılı olmayaraq bütün terror aktlarını lənətləyir ;
- Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımızı ayıq - sayıq olmağa çağırır ;
- Avropa dövlətlərini Beynəlxalq hüquqa və münasibətlərə hörmət etməyə səsləyir ;
Regionumuzda mövcud olan bu çətin - gərgin, mərhələdə bütün Vətənpərvər insanlarımızı Dövlətimizin yanında olmağa dəvət edir.
HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri Qəvami Sadıqbəyli .
27 yanvar 2023 - cü il .