Renewables.az

Renewables.az Key updates on renewable energy are available in both Azerbaijani and English

☀️ Bakı Enerji Həftəsi çərçivəsində 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləş...
02/06/2025

☀️ Bakı Enerji Həftəsi çərçivəsində 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb.

☀️ As part of the Baku Energy Week, the final investment documents for the 240 MW Shafag Solar Power Plant and Sangachal Terminal Electrification (STEL) projects were signed.

🔗 https://renewables.az/az/news/f-q-ges-v-s-ng-al-terminal-n-n-elektrikl-dirilm-si-zr-yekun-investisiya-q-rarlar-imzalan-b

📣 2-4 iyun tarixlərində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı...
29/05/2025

📣 2-4 iyun tarixlərində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi“ 30-cu dəfə keçiriləcək.
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi Bakı Ekspo Mərkəzində, 30-cu Yubiley “Bakı Enerji Forumu“ isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Daha ətraflı 🔗 https://renewables.az/az/news/regionun-apar-c-s-naye-t-dbiri-olan-baku-energy-week-30-cu-d-f-ke-iril-c-k

📣 The 30th Anniversary Baku Energy Week will take place from 2-4 June, bringing together global energy leaders for what has become the region’s premier industry event.
While 30th Anniversary International Caspian Oil & Gas Exhibition – Caspian Oil and Gas, and Caspian International Power and Green Energy Exhibition – Caspian Power will take place at the Baku Expo Center, the 30th Anniversary Baku Energy Forum will be held at the Baku Congress Center.

More 🔗 https://renewables.az/en/news/baku-energy-week-the-region-s-premier-industry-event-will-celebrate-its-30th-anniversary-in-june

Azərbaycan Prezidenti İlham Əliyev Laçında 3,1 MVt olan “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə“Mirik” su elektrik stansiya...
27/05/2025

Azərbaycan Prezidenti İlham Əliyev Laçında 3,1 MVt olan “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə“Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.
SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.

Ətraflı: https://renewables.az/az/news/lham-liyev-la-nda-a-a-mal-b-yli-v-mirik-su-elektrik-stansiyalar-n-n-a-l-nda-i-tirak-edib

President Ilham Aliyev inaugurates 3.1 MW Ashagi Malibeyli and 3.5 MW Mirik hydroelectric power plants (HPPs) in Lachin.
These HPPs are projected to generate 20 million kilowatt-hours of green energy annually, resulting in savings of 4.3 million cubic meters of natural gas and preventing the release of 8,000 tons of carbon dioxide into the atmosphere each year.

More: https://renewables.az/en/news/president-ilham-aliyev-inaugurates-ashagi-malibeyli-and-mirik-hydroelectric-plants-in-lachin

☀️ ⚡ RƏSMİ - Dünyanın ən böyük günəş panelləri istehsalçılarından biri olan Çinin “JinkoSolar” şirkəti 100 MVt gücündə “...
20/05/2025

☀️ ⚡ RƏSMİ - Dünyanın ən böyük günəş panelləri istehsalçılarından biri olan Çinin “JinkoSolar” şirkəti 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası layihəsi üçün TOPCon N texnologiyalı panellər təchiz edəcək.
Bununla bağlı şirkət “HuanTai Energy“ (“Universal Energy”) ilə müqavilə imzalayıb.

Ətraflı 🔗 https://renewables.az/az/news/jinkosolar-qobustan-ges-layih-si-n-panell-r-t-chiz-ed-c-k

☀️ ⚡ OFFICIAL - Jinko Solar powers Azerbaijan’s 100MW Gobustan Solar Project with N-type TOPCon technology.
JinkoSolar officially signed a module supply agreement with HuanTai Energy (Universal Energy Co., Ltd.).

More 🔗 https://renewables.az/en/news/jinkosolar-powers-azerbaijan-s-100mw-gobustan-solar-project-with-n-type-topcon-technology

⚡“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi prosesinin son mərhələsinə...
19/05/2025

⚡“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi prosesinin son mərhələsinə keçilib.
☀️ Layihə çərçivəsində “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə satılacaq.

Ətraflı 🔗 https://renewables.az/az/news/bp-f-q-ges-layih-si-il-ba-l-investisiya-q-rar-yekunla-maq-zr-dir

⚡The final investment decision on the electrification of the Sangachal terminal has entered its completion stage.
☀️ Under the project, electricity generated at the Shafag Solar Power Plant will be sold to Azerenerji OJSC in Jabrayil.

Details 🔗 https://renewables.az/en/news/bp-final-investment-decision-on-the-shafag-spp-project-is-nearing-completion

Energetika Nazirliyində keçirilən əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclasında Qarabağ və Şərqi Zəngəzu...
16/05/2025

Energetika Nazirliyində keçirilən əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclasında Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
Daha ətraflı: https://renewables.az/az/news/qaraba-v-rqi-z-ng-zurda-ya-l-v-s-m-r-li-texnologiyalar-n-t-tbiqi-m-zakir-olunub

Azerbaijan explores implementation of green, efficient technologies in Karabakh and Eastern Zangazur
Read more: https://renewables.az/en/news/azerbaijan-explores-implementation-of-green-efficient-technologies-in-karabakh-and-eastern-zangazur

Kəlbəcərdə 200-240 MVt gücündə külək elektrik stansiyası layihəsinin inkişafı ilə bağlı Azerbaijan Green Energy Company-...
14/05/2025

Kəlbəcərdə 200-240 MVt gücündə külək elektrik stansiyası layihəsinin inkişafı ilə bağlı Azerbaijan Green Energy Company-nin törəmə müəssisəsi "Clean Energy Capital" MMC və "Baltech Green" MMC arasında “Kəlbəcər Enerji” MMC birgə müəssisəsi yaradılıb
Ətraflı: https://renewables.az/az/news/k-lb-c-rd-kes-layih-si-il-ba-l-birg-m-ssis-yarad-l-b

A joint venture, Kalbajar Enerji LLC, was established between Clean Energy Capital LLC, a subsidiary of the Azerbaijan Green Energy Company, and Baltech Green LLC for the development of a 200-240MW wind power plant project in Kalbajar
More: https://renewables.az/en/news/a-joint-venture-has-been-established-in-kalbajar-for-the-wind-project

Uels hökuməti Avropanın ən böyük   layihələrindən biri olan "Morlais" qabarma-çəkilmə enerji sahəsində "HydroWing" turbi...
14/05/2025

Uels hökuməti Avropanın ən böyük layihələrindən biri olan "Morlais" qabarma-çəkilmə enerji sahəsində "HydroWing" turbinlərinin təkmilləşdirilməsinə 2 milyon funt-sterlinq dəyərində investisiya ayırıb.

Ətraflı 🔗 https://renewables.az/az/news/uels-h-kum-ti-avropan-n-n-b-y-k-dal-a-enerji-layih-sinin-inki-af-na-investisiya-ay-r-b

The Welsh Government has completed a £2 million investment to fund improvements to the HydroWing turbines, enabling them to produce up to 60% more energy.
The turbines will power most of the projects planned for the Morlais site, one of Europe’s largest consented tidal energy developments.

More 🔗 https://renewables.az/en/news/welsh-government-invests-2m-in-tidal-power

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin (“Yaşıl enerj...
13/05/2025

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin (“Yaşıl enerji məkanı”) icrasının monitorinqi çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəvəti və təşkilatçılığı ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında olublar

Ətraflı ▶️ https://renewables.az/az/news/boemda-n-n-t-kilat-l-il-x-z-ab-eron-kes-s-f-r-t-kil-olunub

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Renewables.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Renewables.az:

Share

Alternativ və Bərpa Olunan Enerji Təşkilatı / Alternative and Renewable Energy Organization

“ALREN Azerbaijan” 5 iyun 2018-ci ildə, Ümumdünya Ətraf Mühit Günündə yaradılmış, müstəqil fəaliyyət göstərən platformadır. Ölkədə bir ilk olan layihə alternativ və bərpa olunan enerji sahəsinin istifadə tarixi, Azərbaycanda və dünyada baş verən ən son xəbərləri, texnoloji yenilikləri və məlumatları izləyicilərinə çatdırır. Həmçinin ən son statistik göstəricilər, qrafiklər, video-çarxlar hazırlanıb izləyicilərə doğma dilimizdə təqdim olunur.

Layihənin məqsədi ölkəmizdə bu sahənin inkişafına dəstək olmaq və cəmiyyəti maarifləndirməkdir. Həmçinin layihə tərəfindən facebook-da "Yaşıl Enerji" qrupu təsis edilmişdir. Qrupda həm bu sahədə çalışan insanlar bir-biri ilə əlaqə saxlaya bilir, həm də üzvlər yeni məlumatlar əldə edirlər. Qrup həmçinin ətraf mühitin qorunması ilə bağlı layihələri dəstəkləyir.

“ALREN Azerbaijan” layihəsi Azərbaycan Elm Assosiasiyası tərəfindən 13-14 aprel 2019-cu ildə təşkil edilən Multidissiplinar Elmi Forumunun və 16 noyabr 2019-cu ildə Cənubi Koreyalı mütəxəssis Dongwon Parkın təqdimatı ilə keçirilən “Fukuşima fəlakətindən sonra nüvə və bərpa olunan enerji mənbələrinin bu günü və gələcəyi” seminarının tərəfdaşı olmuşdur. Hal-hazırda layihəni daha da genişləndirmək üçün işlər görülür. “ALREN Azerbaijan” əlaqədar layihələrlə tərəfdaşlıq etməyə hazırdır.