Tempinfo.az

Tempinfo.az XƏBƏRİN TEMPİNİ TUT “TEMPİNFO.AZ” xəbər sahəsində 15 ildən çox təcrübəsi olanlar tərəfindən idarə olunur.

Siz həm xəbərlərlə məlumat alacaqsınız, həm maariflənəcəksiniz, həm də istirahət edəcəksiniz. Standart xəbər yükü ilə yanaşı, oxucunu yormayan kontent vəd edirik. Mənbəyi, mənşəyi bəlli olmayan xəbərləri burada görməyəcəksiniz. Aydın və başadüşülən informasiya portalı sizin ixtiyarınızdadır.

“TEMPİNFO.AZ” belə konsepsiyası ilə tərəfdaşlara da münbit şərait yaradır. Bu cür platforma müxtəlif dövlə

t və özəl qurumlar üçün faydalı hesab edilir. Odur ki, “TEMPİNFO.AZ” həm xəbərin, həm oxucunun, həm də tərəfdaşların tempini tutmağı qarşısına məqsəd qoyub. Bizi izləməkdən yorulmayacaqsınız.

Əlaqə: +994555535990

04/07/2025

"Qazaxda kökəlmisən deməzlər!"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.Mühüm vəzifə polkovnik Fə...
01/07/2025

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

01/07/2025

ŞƏRHSİZ...

30/06/2025

"Rusdilli olmağı ruspərəstliyə qatmaq səviyyəsizlikdir" - Ayaz Salayev

30/06/2025

🚫🚫Bakıda qurbanını gözləyən quyular

Xəbər verdiyimiz kimi, iyunun 26-da Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Aparılmış iki günlük axtarışlardan sonra onun meyiti iyunun 28-də Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Bu hadisə vətəndaşlar arasında ciddi narahatlıq yaradıb.

Eyni halın təkrarlana biləcəyindən ehtiyat edən paytaxt sakinləri sosial şəbəkələrdə müxtəlif ünvanlarda çökən kanalizasiya yollarının görüntülərini paylaşır, onların real təhlükə mənbəyi olduğunu bildirirlər.

Çökəkliklərdən biri də paytaxtın Yeni Yasamal yaşayış massivi, Arif Mehdiyev küçəsində aşkarlanıb. Yerli sakinlər sözügedən görüntünü paylaşaraq aidiyyəti qurumlara çağırış edib.
Onlar bildiriblər ki, başqa bir insan həyatını itirməmiş həmin ərazaidə təmir işləri aparılmalıdır.

30/06/2025

Yekaterinburqda iyunun 27-də OMON-un ***ücumu nəticəsində ***ətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.

28/06/2025

Nəriman Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdlünün axtarışları dayandırılıb.

27 yaşlı gəncin cansız bədəni Hövsan ərazisində tapılıb.

Xatırladaq ki, C.Cümşüdlü iyunun 26-da yol çökdüyü üçün kanalizasiya xəttinə düşüb.

CümşüdCümşüdlü kanalizasiyaquyusu

28/06/2025

❗️ 27 yaşlı Cümşüd Cümşüdlü Baksol yolu adlanan ərazidə kanalizasiya xəttinə “lyuk”un qapağı açıq olduğuna görə deyil, həmin yerdə bir neçə ay əvvəl çökmə baş verdiyi üçün düşüb.

Qeyd edək ki, 2020-ci ildə də Baksol adlanan ərazidə asfalt çökmüş, bir maşın çuxura düşməkdən son anda qurtarılmlşdı. Daha sonra Baksol adlanan əraziyə yeni asfalt örtüyü döşənib.

❗️❗️ Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıbOnun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.Qeyd edək k...
28/06/2025

❗️❗️ Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb

Onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, hadisə iyunun 26-sı baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya kollektoruna düşüb.

26/06/2025

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü ilə bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

25/06/2025

Şərh sizdə...

25/06/2025

Bakıda qaydaları pozan avtomobil sürücüsü motosiklet sürücüsünü hədələyib

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Tempinfo.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tempinfo.az:

Share