Kitab qoxusu

Kitab qoxusu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kitab qoxusu, Media/News Company, Agdam.

Zəiflər üçün haqlı olmaq cinayətdir. Səmərqənd - Amin Maaluf
07/02/2025

Zəiflər üçün haqlı olmaq cinayətdir.

Səmərqənd - Amin Maaluf

"Birini sevirsənsə, onu olmasını istədiyin kimi deyil, olduğu kimi, hər şeyilə sevərsən." Anna Karenina - Lev Tolstoy
05/02/2025

"Birini sevirsənsə, onu olmasını istədiyin kimi deyil, olduğu kimi, hər şeyilə sevərsən."

Anna Karenina - Lev Tolstoy

Eşitsəm gəlirsən, çıxaram yola,Bütün yollar boyu güllər əkərəm,İkimiz bir qəlbdə yaşayaq deyə,Sənə qəlbim boyda bir ev t...
04/02/2025

Eşitsəm gəlirsən, çıxaram yola,
Bütün yollar boyu güllər əkərəm,
İkimiz bir qəlbdə yaşayaq deyə,
Sənə qəlbim boyda bir ev tikərəm,
Bütün yollar boyu güllər əkərəm.

Xəlil Rza Ulutürk

Ulduz sayaraq gözləmişəm hər gecə yarıGec gəlmədədir yar, yenə olmuş gecə yarıGözlər asılı, yox nə qaraltı, nə də bir sə...
31/01/2025

Ulduz sayaraq gözləmişəm hər gecə yarı
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs
Batmış qulağım, gör nə düşürməktədi darı

Bir quş, ayığan, söyləyərək gahdan iyildər
Gahdan onu da yel diyə lay-lay huş aparı

Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu yar gəlməyə birdən yarıla sübh
Bağrım yarılar, sübhüm! açılma səni tanrı

Dan ulduzu istər çıxa göz yalvarı çıxma
O çıxmasa da ulduzumun yoxdu çıxarı

Gəlməz tanıram bəxtimi indi ağarar sübh
Qaş belə ağardıqca daha baş da ağarı

Eşqin ki qərarında vəfa olmayacaqmış
Bilməm ki təbi’ət niyə qoymuş bu qərarı

Sanki xoruzun son banı xəncərdi soxuldu
Sinəmdə ürək varsa kəsib qırdı damarı

Rişxəndlə qırcandı səhər söylədi: durma
Can qorxusu var eşqin, utuzdun bu qumarı

Oldum qaragün ayrılalı o sarı teldən
Bunca qara günlərdi edən rəngimi sarı

Göz yaşları hər yerdən axarsa məni tuşlar
Dəryayə baxar bəllidi, çayların axarı

Əz bəs məni yarpaq kimi hicranla saraldıb
Baxsan üzünə sanki qızıl güldü qızarı

Mehrabe-şəfəqdə özümü səcdədə gördüm
Qan içrə qəmim yox üzüm olsun sənə sarı

Eşqi varıdı Şəhriyarın güllü-çiçəkli
Əfsus qara yel əsdi xəzan oldu baharı

Məhəmmədhüseyn Şəhriyar

Kiçik bir xoşbəxtlik istəyirəm. O qədər kiçik olsun ki, kimsə onu məndən istəməsin. Nazim Hikmət
30/01/2025

Kiçik bir xoşbəxtlik istəyirəm. O qədər kiçik olsun ki, kimsə onu məndən istəməsin.

Nazim Hikmət

"Sevmədən evlənmək inanmadan ibadət etmək kimidir..." Kazaklar - Lev Tolstoy
30/01/2025

"Sevmədən evlənmək inanmadan ibadət etmək kimidir..."

Kazaklar - Lev Tolstoy

İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini doğuran səbəblər də aradan qalxacaq! Heyvanıstan - George O...
27/01/2025

İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini doğuran səbəblər də aradan qalxacaq!

Heyvanıstan - George Orwell

Boğulmaq da olmur, dayazdı dünya ...İti bazarında atından baha,Mən belə dünyanın nəyindən küsüm? Məmməd Araz
26/01/2025

Boğulmaq da olmur, dayazdı dünya ...
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Məmməd Araz

Kədərli olanda yenidən qəlbinizə dönün. Görəcəksiniz ki, daha əvvəl sevinciniz olan bir şey üçün ağlayırsınız. Kədərin s...
26/01/2025

Kədərli olanda yenidən qəlbinizə dönün. Görəcəksiniz ki, daha əvvəl sevinciniz olan bir şey üçün ağlayırsınız. Kədərin sonu həzz, həzzlərin sonu kədərdir.

Xəlil Cübran

Bir gözlə görməyir tale hər kəsi, Ömür qəmli keçir, ömür şən keçir. Ürək ağrımasın axı neyləsin? Dünyanın hər dərdi ürək...
25/01/2025

Bir gözlə görməyir tale hər kəsi,
Ömür qəmli keçir, ömür şən keçir.
Ürək ağrımasın axı neyləsin?
Dünyanın hər dərdi ürəkdən keçir...

Baba Vəziroğlu

25/01/2025

Yaxşı və p*s insana eyni dəyəri vermək doğru deyil, bu surətlə birincisini yaxşılıqdan soyudar, ikincisini p*slik yolunda cəsarətləndirərsən.
Yaxşılıq edin, onun müqabilində p*slik görəcəyinizi qətiyyən ağılınıza gətirməyin.

Həzrəti Əli Əleyhisəlam

Mən səni bu qədər sevməməliydim,Bilirdim, cəzası ağır olacaq.Mən səni bu qədər sevməməliydim,Bilirdim, bu sevgi çox ağla...
23/01/2025

Mən səni bu qədər sevməməliydim,
Bilirdim, cəzası ağır olacaq.
Mən səni bu qədər sevməməliydim,
Bilirdim, bu sevgi çox ağladacaq…

Mən səni bu qədər sevməməliydim.
Sevgim qənim oldu mənə, qəlbimə.
Mən səni bu qədər sevməməliydim,
Ağrısı tuşlandı yenə qəlbimə.

Mən səni bu qədər sevməməliydim,
Göylər də qısqandı , yerlər də, inan…
Bilirdim alacaq, qəddardır həyat,
Bilirdim könlümü qoyacaq viran.

Bilirdim, bu dünya əzəldən budur,
Səni də alacaq tale əlimdən.
Səni başqaları oxşayacaqdı
Mən dəli olanda xatirələrdən.

Mən səni bu qədər sevməməliydim,
Günah səndə deyil, məndədir, anla.
“Mən sənsiz qalmaram, ölərəm” dedim,
Ömrümü əritdim bu həyacanla…

Bəlkə qəzəbləndi böyük Yaradan,
Səni məndən alıb sənsiz yaşatdı.
Amma yaşamıram mən sənsiz, inan…
Taleyim “sus” deyib səssiz yaşatdı…

Qənirə Paşayeva

Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Address

Agdam

Website

Alerts

Be the first to know and let us send you an email when Kitab qoxusu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share