Müstəqil Azərbaycan Respublikası bütün dünya Azərbaycanlılarının doğma yurdu və etibarlı dayağıdır. Çətin sınaqlardan çıxmış ölkəmiz, iqtisadi göstəricilərinə görə, bu gün dünyada ən inkişaf etmiş ölkələr sırasındadir . Tarixin müxtəlif mərhələlərində o, cümlədən 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və işğalı, insanlarımızın vəhşicəsinə öz yurd-yuvalarından qovulması, köçkü
n vəziyyətinə düşməsi Vətənimizi çox çətin imtahan qarşısında qoydu. Lakin belə mürəkkəb və taleyüklü məsələlərin həllində, ölkəmiz öz iradəsi nəticəsində əzmkarlığını göstərə və xalqının mənafeyini qoruya bildi. Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Dövlətimizin dünyada tanınması işlərində KİV-nin rolu danılmazdır. Respublikamızda demokratik dəyərlər üzərində formalaşan vətəndaş cəmiyyəti, ildən-ilə inkişaf edərək yeni mərhələyə qədəm qoyur. Bu da ölkəmizin qarşısında duran prioritet məsələlərin həllinə müsbət təsir göstərərək iqtisadiyyatımızı gücləndirir. Azad rəqabət şəraitində, ədalət prinsipini qoruyaraq, hər bir insan oz bilik və bacarıgından istifadə edərək, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərə öz münasibətini bildirmək hüququna malikdir. Məqsədimiz “Yeni Aktual” jurnalının oxucularını maraqlandıran mövzuları jurnalımızda dərc etməkdir. Gələcək saylarımızda cəmiyyətimizin zərif nümayəndəsi olan qadınlarımızın həyat və fəaliyyətləri haqqında söz açacağıq. Dəyərli oxucularımız, sizin hamınıza həyatda səadət və xoşbəxtlik arzulayırıq. Baş redaktor: Anna Şahbazqızı
“Əhalinin Maariflənməsində Mütəxəssislərin Dəstəyi”
İ.B Mətbuat xidmətnin rəhbəri