Yoxlama

Yoxlama "Yoxlama" səhifəsi tarixi,elmi,ədəbi,dini,siyasi və sosial paylaşım platformasıdır

29/06/2025

Şərhsiz

29/06/2025

2,3 ildən bir, icra başı tutmaq lazım deyil... Elə bunların törəmə səbəblərini ortadan qaldırmaq kifayətdir. Deputatından tut, icrabaşılarına kimi ora qalxana kimi nələr edib, pul yığıb haqq verib o kreslolara oturublar?! O səbəbləri ortadan qaldırmaq lazımdır. Milyon talayır 3,5 il xan-bəy kimi ordan çıxır. Sonrası?! Səbələri ortadan qaldırmaq lazımdır. Nəticə ilə mübarizə heç kəsə xeyir vermir dəllardan başqa.

Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edibİyunun 27-də səhər saatlarında Rusiyanın Feder...
28/06/2025

Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

28/06/2025

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkə...
28/06/2025

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə üç nəfər - Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov mühakimə edilib.
İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər 190 min manatlıq 5 ədəd qızıl külçənin qaçaqmal yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriblər.

Təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Amma Aytən Əliyevanın sədrlik etdiyi hakimlər müttəhimlərin həbsdə qalmasına ehtiyac görməyib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi təyin edilib.

P.Dursunəliyev, M.Mehdiyev və Ə.İbrahimov 10 ay sonra məhkəmə zalından azadlığa buraxılıblar.

28/06/2025

RƏSMİ: Hər gün 6 azərbaycanlı qadın Türkiyə vətəndaşınz ərə gedib.

Təkcə 2024-cü ildə Türkiyə vətəndaşına ərə gedənlər 2187 nəfər olub.

28/06/2025

Pullar yeyilir, yollar çökür.

Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.

Görüntülərdən də aydın olur ki, Cümşüd kanalizasiya xəttinə “lyuk”un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.

Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.

28/06/2025

◉ Çinlilər İlon Maskın Starlink-indən 5 qat daha sürətli olan yeni lazer-internet texnologiyası hazırlayıblar (1Gbps).

Bu texnologiya 36 000 km məsafədə uğurla test edilib. Sözügedən texnologiyanın daha az enerji ilə daha məhsuldar işlədiyi bildirilir.

Böyük ehtimal Starlink-dən daha ucuz olacaq.

27/06/2025

Banklar 5 ayda kredit faizlərindən ₼1.5 milyard gəlir əldə edib.

27/06/2025

Sudandan Azərbaycana xahiş: Tələbələrimiz üçün ayırdığınız təqaüdləri artırın.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Yoxlama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share