28/08/2026
Nepal və Tibet arasındakı sərhəd bölgəsində baş verən dağıdıcı daşqından sonra 60 yaşlı İsrail vətəndaşı itkin düşüb.
Jnews.az xəbər verir ki, israilli Tibetdə yerləşən müqəddəs Kaylas dağına səfər edən mütəşəkkil turist qrupunun tərkibində olub. Məlumata görə, kişi çərşənbə günü səhər saat 09:00 radələrində itkin düşüb.
Hadisə Nepal və Tibet sərhədində güclü yağışların yaratdığı ağır daşqınların bölgəyə ciddi ziyan vurmasından sonra baş verib. Daşqınlar nəticəsində nəqliyyat və rabitə əlaqələrinin pozulduğu, bir sıra ərazilərə çıxışın çətinləşdiyi bildirilir.
İtkin düşən İsrail vətəndaşının axtarışları davam edir. Yerli qüvvələr və aidiyyəti qurumlar onun yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görür.
Nepal və Tibet sərhədindəki sel axınlarından sonra 60 yaşlı israilli itkin düşüb. İsrail XİN axtarış aparır, regionda qurbanların sayı 150-ni ötüb.