
01/10/2025
Müxalifət lideri və AXCP sədri Əli Kərimli ictimai nəqliyyatda son qiymət artımına münasibət bildirib
"O saat hiss olunur ki,iş başında xaricdə təhsil almış "islahatçı" komandadır.Görürsüz insanları necə kreativ üsullarla aldadırlar? Metroda və avtobusda gediş haqqının 10 qəpik artırılmasını xeyli adam hətta məmnunluqla qarşılayacaq.Axı "islahatçılar" dezinformasiya buraxıb,xalqı qorxutmuşdular ki,gediş haqqı 1 manat olacaq.Birinci "kriativ" bu gediş haqqını 1 manat edəcəklərilə qorxudduqları insanları 60 qəpiklik gediş haqqı ilə xeyli rahatlatdılar.
"İslahçıların" 2-ci "kriativliyi" metro və avtobusda gediş haqqı bu dəfə də 10 qəpik artırılıb.Mentalitetimizi öyrənirlər yavaş-yavaş. Azərbaycanlılar hələ hələ 10 qəpik söhbəti etməzlər axı.Əslində isə cəmi 1 il ərzində metro və avtobus qiymətləri 50 faiz artırıldı.Fakt budur ki,2024-cü ilin iyun ayına qədər 40 qəpik olan metroda və avtobusda gediş haqqı əvvəlcə 50 qəpiyə,indi də 60 qəpiyə qaldırmaqla,50 faiz (40 qəpikdən 60 qəpiyə) artırıldı.Xalqı kiçik dozalarla alışdıra-alışdıra yükləyirlər.Görürsüz,necə pambıqla baş kəsirlər? İlham Əliyev həm də belə qərarlarına görə inanır ki,"nəyi,necə və nə vaxt etməyi yalnız o bilir",-partiya sədri bildirib.