
10/07/2025
⚡️⚡️ ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.
🗣️ “Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.
👤 T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
🗣️ "Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.