
15/07/2025
📣📚🧑🎓Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb
▪️ Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub.
▪️Sözügedən reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
🔹 Bildirilib ki, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur. Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.
Ətraflı link şərhdə⬇️⬇️