Bakı Vaxtı

Bakı Vaxtı "Bakı Vaxtı" Xəbər Portalı gündəlik ictimai-siyasi-mədəni xəbərləri hazırlayaraq oxuculara təqdim edən media orqanıdır.

Polşanın şimalında yerləşən Torun şəhərində anomal isti hava şəraiti qeydə alınıb. Havanın temperaturu 40,3 dərəcəyə yük...
28/06/2026

Polşanın şimalında yerləşən Torun şəhərində anomal isti hava şəraiti qeydə alınıb. Havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord həddə çatıb.

Bu barədə Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun mətbuat katibi “Polsat” televiziyasına açıqlamasında bildirib.

Verilən məlumata görə, bundan əvvəlki rekord temperatur düz 105 il əvvəl – 29 iyun 1921-ci ildə qeydə alınıb. Həmin vaxt ölkənin qərbindəki Proşkov şəhərində termometrlər 40,2 dərəcəni göstərib. Torundakı son göstərici ilə bir əsrlik rekord yenilənmiş olub.

Müşahidə olunan həddindən artıq bürkü və yüksək temperatur səbəbindən Polşada meteoroloji təhlükə səviyyəsi artırılıb. Belə ki, ölkə ərazisində rəsmi olaraq ikinci və üçüncü (ən yüksək) səviyyəli xəbərdarlıq elan edilib.

//Qafqazinfo

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçə...
28/06/2026

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-65% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 25-28° isti olacaq.

28/06/2026

Erməni əsilli Suren Qaltsyanın sosial şəbəkələrdə Bakı ilə bağlı paylaşımı online platformların Azərbaycan seqmentində bötük marağa səbəb olub.

Videoda o, avtomobil idarə edərkən Azərbaycanın xalq artisti Eyyub Yaqubovun məşhur "Bakılı balasıyam" mahnısını böyük həvəslə oxuyur və həmin anları lentə alır.

Qaltsyan videonun üzərində "Valideynlərimin harada doğulduğunu xatırlayanda" başlığını qeyd edərək, köklərinin Bakıya dayandığına və valideynlərinin vaxtilə Bakıda doğulub-böyüdüyünə işarə edib.

"Qarabağ"ın aparıcı futbolçularından Leandro Andrade karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. 26 yaşlı Kab...
28/06/2026

"Qarabağ"ın aparıcı futbolçularından Leandro Andrade karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. 26 yaşlı Kabo-Verde millisinin üzvü rəsmi olaraq "Polissya Jitomir" klubuna transfer olunub.

"Polissya Jitomir" bu keçid üçün "Qarabağ"a 3 milyon avro transfer haqqı ödəyib. Bu isə hazırkə məzənnə ilə təxminən 5,8 milyon manat deməkdir.

Ukrayna təmsilçisi futbolçu ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Portuqaliya vətəndaşlığına da sahib olan vinger yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.

"Qarabağ"ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.

Leandro "Qarabağ"da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

28/06/2026

İsveçin Azərbaycan əsilli iqlim və ətraf mühit naziri Ruminə Purmuxtari Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının iclasına körpə oğlunu da gətirib.

Əslən Təbrizdən olan Ruminə Purmuxtari körpə oğlu ilə Avropa İttifaqı Şurasının iclasında çıxış edərək, iştirakçıların diqqətini çəkib.

28/06/2026

ABŞ-ın Las-Veqas şəhərində yerləşən McDonald's restoranında pulsuz su stəkanı ilə qazlı içki götürmək istədiyi iddia edilən müştəri ilə restoran əməkdaşı arasında mübahisə davaya çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəflərin bir-birinə hücum etdiyi, digər əməkdaşların isə onları ayırmağa çalışdığı görünür.

Özbəkistanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır.Uşaqların smartfonlardan istifadəsin...
27/06/2026

Özbəkistanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır.

Uşaqların smartfonlardan istifadəsini tamamilə qadağan etmək mümkün deyil. Əsas məqsəd bu istifadənin müəyyən qaydalar çərçivəsində tənzimlənməsi və rəqəmsal istifadə mədəniyyətinin formalaşdırılmasıdır.

Məktəblərdə bununla bağlı qaydalar artıq tətbiq edilir və həmin qaydalara əsasən şagirdlər təhsil müəssisəsinə daxil olmamışdan əvvəl mobil telefonlarını təhvil verməlidirlər.

27/06/2026

Ötən gün Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələri Hərbi Memorial Məzarlığı ziyarət edib.

Şəhid kiçik çavuş Hüseyn Tağıyevin qızı atasını ziyarət edərkən Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni və "Qarabağ" ordenli general-mayor Zaur Rüstəmovu qucaqlayıb. Yayılan görüntülər hamını təsirləndirib.

Video: guchinaliyeva

27/06/2026

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez aktrisa Katya Kabak ilə evlənib.

Cütlük bu gün nikah masasına əyləşib. Onların rəsmi nikah mərasimi Moskvanın 1 saylı Nikah Sarayında baş tutub.

Nikah mərasimindən sonra yeni evlənənlər və qonaqları ikimərtəbəli ekskursiya avtobusu ilə toy şənliyinin keçiriləcəyi məkana yollanıblar.

Qeyd edək ki, Rodrigez və Kabak 2023-cü ilin payızından münasibətdədirlər. 2025-ci ilin mayında müğənni həyat yoldaşı Anna Devoçkina ilə 16 illik evliliyini başa çatdıraraq rəsmi şəkildə boşanıb. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon zəngi vasitəsilə ayrıldığını bildirib.

Timur və Anna 2007-ci ildə ailə qurublar. Onların iki övladı var. Ayrılığın səbəbi kimi Annanın onun xəyanətlərinə işarə etdiyi bildirilsə də, şoumen bu iddiaları inkar edib. Qısa müddət sonra Rodrigez yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısında görünməyə başlayıb.

//axsam.az

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.Mərasimlərdə Heydər Əli...
27/06/2026

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Address

Baku-Baladshary

Alerts

Be the first to know and let us send you an email when Bakı Vaxtı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

l="false"> Add listing
  • Login
  • Subscribe

    We will notify you when anything happens in Baku-Baladshary.