İdiot community

İdiot community İdiot buradadır ki, sizin zövqünüzü oxşasın. Biz, axmağıq :)

13/01/2021
29/08/2020

Rafiq Hüseynli - Gecdi daha (''Gün keçdi'' filmindən)

Söz: Baba Vəziroğlu
Musiqi: Kəmaləddin Heydərov
Cover&correction: Hacı Abdullayev

© idiot community 2020

28/08/2020
27/08/2020

Məhəmmədhüseyn Şəhriyar - Yalan dünya

Söz: Məhəmmədhüseyn Şəhriyar
Musiqi: Ay işığında
Tar: Rəşad Həsənzadə
Cover&correction: Hacı Abdullayev

© idiot community 2020

27/08/2020

Nəzakət Məmmədova - Gəl, inad etmə böylə

Söz: Bəhram Nəsibov
Musiqi: Bəhram Nəsibov
Cover&correction: Hacı Abdullayev

© idiot community 2020



Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulun...
22/08/2020

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.[1] Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.

Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi.

Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.

Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədən...
22/08/2020

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.

1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir.

2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Əməkdar Artist fəxri adına layiq görülür.

2005 ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun H. Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olur.

Bu dövrdən başlayaraq, 2005 – 2010 illər arası Aygün H. dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir:

Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.

Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisiylə, eləcə də, Şərq ölkələrinin muğam sənətiylə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olur və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşür. Böyük muğam bilicisi olan Elxan müəllim məsləhət görür ki, əgər sən bu suallara cavab tapmaq istəyirsənsə, o zaman Niyazinin “ Rast”, Fikrət Əmirovun “ Şur”, “ Kürd – Ovşarı”, “ Gülüstan – Bayatı- Şiraz” sifonik – muğamlarına müraciət elə , sullarına bütün cavablar orda var. Bunun nəticəsi olaraq Aygün H. “Humayun” muğamının üzərində simfonik – muğam yazmaq istəyi ilə 2010 ildə yaradıcılıq axtarışlarına başladı. Amma bu yaradıcılıq axtarışları zamanı ona aydın oldu ki, arzusuna yetmək üçün yenə də təhsil almaq lazımdır , bu dəfə artıq, bəstəkarlıq peşəsi üzrə. Ona görə də , 2012 ildə Aygün Azərbaycan dövlət musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakultəsinə daxil olur.Hal – hazırda təhsilini başa vurmaq üzrədir. Yaradıcılıq axtarışları isə davam edir, yenilik həvəsi daha bir layihənin ortaya çıxmasına vəsilə oldu. 2013 ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün H. “ Yenə o bağ olaydı” adlı müəllif proqramıyla efirə çıxır. Bu proqramda Aygünün amalı özünün bu günki musiqi ilə bağlı düşüncələrini, duyumunu, bu sənətin böyük dühalarının yaratdıqlarına söykənərək yeni bir dünyagörüşünü təqdim etməkdir.

19/08/2020

Söz: Eyvaz Həsənov
Miryusif Manafov
Bəhram Nəsibov
Asif Babazadə
Musiqi: Bəhram Nəsibov
Cover&correction: Hacı Abdullayev

© idiot community 2020

18/08/2020

Rejissor: Həsən Seyidbəyli
Ssenari müəllifi: Maqsud İbrahimbəyov
Baş rollarda: Süleyman Ələsgərov
Şəfiqə Məmmədova
Muxtar Maniyev
Səfurə İbrahimova
Ziya Seyidbəyli
Nəsibə Zeynalova
Əliağa Ağayev
Aqil Ağacanov
Operator: Arif Nərimanbəyov
Bəstəkar: Emin Sabitoğlu
Rəssam: Məmməd Hüseynov
İstehsalçı: "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi: 30 dekabr 1969
Filmin növü: tammetrajlı bədii film
Cover&correction: Hacı Abdullayev

© idiot community 2020

Address

Baki
Baku-Baladshary
AZ096

Telephone

0706680759

Website

Alerts

Be the first to know and let us send you an email when İdiot community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İdiot community:

Shortcuts

Share

Category