Məktəbəqədər və ibtidai təhsil jurnalı

  • Home
  • Məktəbəqədər və ibtidai təhsil jurnalı

Məktəbəqədər və ibtidai təhsil jurnalı "Məktəbəqədər və ibtidai təhsil" jurnalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri Indexed academic Journal

Elmi-pedaqoji dialoqun formalaşmasına təsir göstərən mühüm platforma: elmi-pedaqoji jurnallar Elm və Təhsil Nazirliyinin...
31/05/2025

Elmi-pedaqoji dialoqun formalaşmasına təsir göstərən mühüm platforma: elmi-pedaqoji jurnallar

Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının əməkdaşları 177 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə görüşüblər.

Görüşdə məktəbin direktoru Arzu Süleymanova elmi jurnal və məktəb əməkdaşlığının vacibliyindən danışdı. O, qeyd etdi ki, elm və təhsil sahəsindəki yenilikləri izləmək, öz ixtisasları ilə bağlı nəzəri və metodiki hazırlıqlarını artırmaq üçün müəllimlər elmi jurnalları ardıcıl izləməli, eləcə də öz təcrübələri ilə bağlı məqalələrlə çıxış etməlidirlər. Elmi-pedaqoji jurnallar məktəbdə tədris keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir. Bu jurnallar həm də müəllimlərə yeni ideyalar və yaradıcılıq impulsları verərək onların tədris prosesinə dinamiklik qatır, təcrübə mübadiləsi və həmkarlararası əməkdaşlığı stimullaşdırır. Bu jurnallar vasitəsilə müəllimlər qabaqcıl təcrübələri öyrənir, fərqli yanaşmaları müqayisə edir və öz fəaliyyətlərində innovativ həllərə yer verirlər. Elmi-pedaqoji jurnallar həm də müəllimlərə geniş elmi ictimaiyyətin diskussiyalarında iştirak etmək imkanı yaradır. Məktəblə elmi jurnalların əməkdaşlığı qarşılıqlı inkişaf və təcrübə mübadiləsi üçün geniş perspektivlər açır. Belə əməkdaşlıq məktəbin elmi-pedaqoji fəaliyyətini gücləndirir, müəllimlərin elmi araşdırmalara daha aktiv qoşulmasına imkan yaradır. Eyni zamanda, müəllimlərin təcrübəsi elmi jurnalların məzmununu zənginləşdirir, onların tədris prosesinin real problemlərinə daha dərindən nüfuz etməsinə şərait yaradır. Arzu Süleymanova vurğuladı ki, bu əməkdaşlıq həm müəllimlərin, həm də elmi jurnalların fəaliyyət dairəsini genişləndirmək baxımından da əhəmiyyətlidir. O, jurnalın gələcək fəaliyyətinə uğurlar dilədi.
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı jurnalın zəngin tarixi və inkişaf mərhələlərindən ətraflı bəhs etdi. O vurğuladı ki, bu jurnal məktəbəqədər və ibtidai təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər və praktik əməkdaşlar üçün həm elmi-nəzəri, həm də metodiki baxımdan əhəmiyyətli resursdur. Jurnal ötən əsrin 70-ci ilində Azərbaycanın maarif naziri, akademik Mehdi Mehdizadənin təşəbbüsü ilə yaradılıb və uzun illər pedaqoji elmlər doktoru, professor Yahya Kərimovun rəhbərliyi altında fəaliyyət göstərib. İllər ərzində jurnal sahə üzrə mütəxəssislərin stolüstü vəsaitinə çevrilərək onların elmi və peşəkar inkişafına dəstək verib. B.Mikayıllı vurğuladı ki, elmi-pedaqoji jurnallar elmi-pedaqoji dialoqun formalaşmasına təsir göstərən mühüm platformadır. Pedaqoji kollektivlərlə görüşlər bu dialoqun inkişafı üçün əhəmiyyətli istiqamətdir.
B.Mikayıllı qeyd etdi ki, jurnal bu gün də məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri, bu sahənin praktik əməkdaşları, ibtidai sinif müəllimləri, psixoloqlar, xüsusi təhsil üzrə mütəxəssislər, təhsil və pedaqoji fikir tarixi tədqiqatçıları üçün dəyərli mənbə olaraq qalır. Onun məzmunu müasir təhsil problemlərinin həlli yollarını işıqlandırır, yeni metodiki yanaşmaları paylaşır və pedaqoji innovasiyaların yayılmasına xidmət edir. Jurnal, həmçinin bir sıra nüfuzlu beynəlxalq elmmetrik bazalarda indekslənir ki, bu da onun elmi nüfuzunu və təsir gücünü daha da artırır.
B.Mikayıllı jurnalın yeni formalaşdırdığı ənənələrdən də ətraflı bəhs etdi. O qeyd etdi ki, 2020-ci ildən başlayaraq jurnalın redaksiyası hər il aktuallığı ilə seçilən yeni bir mövzu müəyyənləşdirərək onun ətrafında geniş tədqiqatlar aparır. İlin sonunda isə həmin tədqiqatların nəticələri jurnalda dərc olunur. Bu təşəbbüs jurnalın elmi məzmununu daha da zənginləşdirir, eləcə də təhsil sahəsindəki çağırışlara çevik reaksiya vermək imkanını artırır. Nəticədə, jurnalın ətrafında yeni tədqiqat qrupları formalaşır və tədqiqatçılar arasında əməkdaşlıq möhkəmlənir. Ən sevindirici məqam isə odur ki, artıq xarici tərəfdaşlar da bu tədqiqat qruplarına maraq göstərirlər. Bu isə jurnalın beynəlxalq elmi mühitdə nüfuzunun və təsir gücünün artmasına şərait yaradır.
Görüş jurnal əməkdaşları və məktəbin müəllimlərinin qarşılıqlı çıxışları, fikir mübadiləsi və təklifləri formatında davam etdirildi, əməkdaşlığın perspektivləri müzakirə olundu.

“Elmi məqalələrin yazılmasına verilən tələblər” mövzusunda təlim keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində 26...
30/05/2025

“Elmi məqalələrin yazılmasına verilən tələblər” mövzusunda təlim keçirilib



Azərbaycan Dövlət Pedaqoji Universitetində 26-27 may 2025-ci il tarixində elmi fəaliyyətlə məşğul olan müəllimlər və tədqiqatçılar üçün “Elmi məqalələrin yazılmasına verilən tələblər” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin əsas məqsədi tədqiqatçıların və müəllim heyətinin elmi yazı bacarıqlarının inkişafına dəstək vermək, elmi nəşrlərə çıxış imkanlarını genişləndirmək və beynəlxalq standartlara uyğun məqalə hazırlama bacarıqlarını təkmilləşdirmək olub. Təlimin nəzəri hissəsində elmi məqalənin strukturu, tədqiqat probleminin formalaşdırılması, metodoloji çərçivənin qurulması, plagiatla mübarizə, akademik etika və mənbələrlə düzgün işləmə prinsipləri, beynəlxalq indeksli jurnallara məqalələrin təqdim olunması mərhələləri, eləcə də metodoloji tələblər və s. haqqında ətraflı məlumat verilib. Praktik hissədə isə iştirakçılarla birgə real nümunələr üzərində təhlillər aparılıb, məqalə yazılışında rast gəlinən tipik səhvlər göstərilib və onların aradan qaldırılması yolları müzakirə olunub, məqalələrin redaksiya tələblərinə uyğunlaşdırılmasına dair tövsiyələr təqdim edilib.

Praktik yanaşmaların tətbiqi ilə müşayiət olunan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə yadda qalıb. Maarifləndirici təlimi Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı aparıb.

28/05/2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış:"Elmi-pedaqoji mətbuat: tarixilik və müa...
21/05/2025

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış:
"Elmi-pedaqoji mətbuat: tarixilik və müasirlik müstəvisində”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı redaksiyası milli mətbuat tariximizin əlamətdar hadisəsinə – Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış hazırlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 aprel 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Jurnalın redaksiyası öz ənənəsinə sadiq qalaraq bu il üçün planlaşdırılmış xüsusi buraxılışı milli mətbuatımızın yubileyinə həsr etməyi qərara almışdır.
Bu əlamətdar hadisə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı, müasir dövrdə elmi biliklərin təbliğı və təşviqi missiyasını layiqincə həyata keçirən “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 55 illik yubileyinə təsadüf edir. Jurnalın xüsusi buraxılışının bu sayında Azərbaycan pedaqoji mətbuatının keçdiyi inkişaf yolu, onun təhsil sistemimizin təşəkkülündə və keyfiyyətcə yeni mərhələyə keçidində oynadığı tarixi rol elmi-nəzəri kontekstdə təhlil ediləcək. Jurnalda yer alacaq məqalələr vasitəsilə elmi-pedaqoji jurnalistikanın formalaşmasında xidmətləri olan şəxslərin həyat və fəaliyyəti, elmi nəşrlərin elmin inkişafına təsiri, eləcə də sovet və müstəqillik dövrlərində elmi-metodik mətbuatın funksiyaları araşdırılacaq. Bu baxımdan, pedaqoji mətbuatın yalnız maarifçilik missiyası daşımaqla kifayətlənmədiyi, həm də elmi biliklərin təbliğində, pedaqoji fikir və təcrübənin yayılmasında, müəllim və tərbiyəçilərin peşəkar inkişafında mühüm vasitəyə çevrildiyi elmi əsaslarla ortaya qoyulacaqdır.
Xüsusi buraxılışda, həmçinin müasir dövrdə pedaqoji mətbuatın üzləşdiyi problemlər, çağırışlar, informasiya cəmiyyətində elmi-metodik nəşrlərin dayanıqlılığı, pedaqoji kadr hazırlığında elmi-pedaqoji mətbuatın əhəmiyyəti kimi aktual məsələlərə dair analitik və konseptual yazılar dərc olunacaq.
Bu buraxılışın başlıca məqsədi elmi-pedaqoji mətbuatın tarixi təcrübəsini sistemli şəkildə təhlil etməklə yanaşı, onun strateji rolunu və gələcək inkişaf perspektivlərini elm və təhsil ictimaiyyətinin diqqətinə çatdırmaq, tədqiqatçılar, müəllimlər və jurnalistlər üçün metodoloji çərçivələr təqdim etməkdir.
Elmi-pedaqoji mətbuat, yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda cəmiyyətin maariflənməsinə, təhsil siyasətinin yönləndirilməsinə, pedaqoji dəyərlərin qorunub saxlanmasına və inkişafına xidmət edən strateji platformadır. Bu baxımdan, onun keçmişinə nəzər salmaq, aktuallığını təmin etmək gələcəyin təhsilini düşünməkdir.

"Uşaqları kim, necə öyrədir?"Yaponiyada məktəbəqədər təhsil sistemi ilə ailə tərbiyəsi arasında dərin və düşünülmüş bir ...
12/05/2025

"Uşaqları kim, necə öyrədir?"

Yaponiyada məktəbəqədər təhsil sistemi ilə ailə tərbiyəsi arasında dərin və düşünülmüş bir uyğunluq mövcuddur. Bu paralellər təsadüfi deyil, əsrlərlə formalaşmış mədəni və pedaqoji ənənələrin nəticəsidir. Məhz bu səbəbdəndir ki, bu ölkədə uşaqların tərbiyəsi vahid və uzlaşmış bir yanaşmaya əsaslanır.
Yapon valideynlərinin övladlarına münasibətində əcdadlarına duyduqları dərin ehtiram, onların pedaqoji yanaşmalarında da aydın şəkildə hiss olunur. Ənənəvi yapon tərbiyəsi nəsildən-nəslə ötürülən zəngin qaydalar, metodlar və prinsiplərlə formalaşır. Bu prinsiplərin mərkəzində uşağa sonsuz sevgi, başqalarının hüquq və maraqlarına hörmət, səbr və təmkin, şəxsi nümunə və ən əsası fərdiyyətçilikdən çox qrup oriyentasiyasına üstünlük verilməsi dayanır.
Bu dəyərlərin təməli hələ XVII əsrdə Yaponiyanın erkən maarifçilik dövründə qoyulmuşdur. O dövrün tanınmış pedaqoqları Todzyu Nakai (1608–1648) və Ekiken Kaibara (1630–1714) yapon pedaqoji fikrinin əsas istiqamətlərini müəyyənləşdirmiş, uşağın tərbiyəsinə dair müdrik yanaşmalar irəli sürmüşlər. Nakai deyirdi ki, insanın əxlaqı ailədə formalaşır və bu tərbiyə nə qədər dərin, nə qədər təmkinli aparılarsa, bir o qədər sabit və dayanıqlı olar. Todzyu Nakai Yaponiya Konfutsiçiliyinin nümayəndəsi və "Yaponiyanın Konfutsisi" adlandırılan məşhur filosofdur. O, Konfutsi ideyalarını yapon mədəniyyətinə uyğunlaşdıraraq ailə və tərbiyə məsələlərinə dair mühüm fikirlər irəli sürmüşdür. Todzyu əxlaqi tərbiyəyə və mənəvi inkişafın ailədən başlamasına xüsusi önəm verirdi.
Kaibara isə övlad böyütməyin yalnız qayda və qadağalarla deyil, şəxsi nümunə, təmkin və məhəbbətlə mümkün olduğunu vurğulayırdı. Onlar sadəcə dövrlərinin filosofları deyil, gələcək nəsillərə istiqamət göstərən böyük müəllimlər idilər. Kaibara Edo dövrünün filosofu, təbiətşünas və pedaqoqudur. Kaibara "Onna Daigaku" (1783) (Qadınların Böyük Təhsili) kimi əsərlərində ailə tərbiyəsinə, qadınların və uşaqların əxlaqi formalaşmasına dair konkret tövsiyələr vermişdir. Kaibara həm də sağlam həyat tərzi, tərbiyə və etik davranışın əsaslarını yazılı şəkildə sistemləşdirmişdir.
Şərq düşüncəsinin daha qədim təmsilçilərindən biri olan Nəsirəddin Tusi (1201–1274) də hələ XIII əsrdə bu istiqamətdə fikirlər söyləmiş, tərbiyəni insanın kamilliyə doğru inkişafı kimi təqdim etmişdir. Tusi "Əxlaqi Nasıri" əsərində bildirirdi ki, uşağın tərbiyəsi mərhələli olmalıdır, çünki insanın fitri xüsusiyyətləri zamanla yönləndirilir. Onun fikrincə, uşağın əxlaqı, davranışı və niyyəti ilk olaraq ailədə formalaşır və bu prosesdə tələsiklik, sərtlik deyil, mərhələlilik, səbir və müdriklik əsas rol oynamalıdır.
Beləliklə, Yapon pedaqoqları tərəfindən yüzillər sonra səsləndirilən “Uşaq tədricən böyüməlidir. Hər yaş dövrünün öz tələbləri olmalıdır. Davranışlara qoyulan məhdudiyyətlər isə tədricən və anlayışla tətbiq olunmalıdır”9 fikri əslində, böyük Tusi məktəbinin fəlsəfi-pedaqoji xəttində çoxdan öz yerini tapmışdı.
Yüzillərdir ki, Yaponiyada bu prinsip sadəcə bir nəzəri fikir deyil, real tərbiyə prosesinin təməlidir. Məktəbəqədər müəssisələr və ailələr arasında bu ruhda formalaşan vəhdət, uşağın daxili sabitliyini və sosial uyğunlaşmasını təmin edən ən vacib faktorlardan biridir.

https://www.facebook.com/share/p/16Abd1YRNL/
16/04/2025

https://www.facebook.com/share/p/16Abd1YRNL/

“Elsevier” vebinarları

"Elsevier” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi vebinarlar davam edir. Növbəti vebinarlar elmi yazı, nəşr və uğurlu tədqiqat karyerası mövzularını əhatə edəcək.

Vebinar 1: Elmi yazıda və akademik nəşrdə Generativ Süni İntellekt (GenAI)
•⁠ ⁠Elmi yazı və nəşr kontekstində GenAI-ın potensial faydaları və əsas problemlər
•⁠ ⁠“Elsevier”in müəlliflər, redaktorlar və rəyçilər üçün GenAI siyasətləri
•⁠ ⁠Tədqiqatçılar üçün “Elsevier”in GenAI əsaslı alətləri

Tarix: 22 Aprel 2025-ci il, saat 14:00

Vebinar 2: Necə mükafat qazanan tədqiqatçı olmaq olar?
•⁠ ⁠Elmi biliklərinizi gücləndirmək
•⁠ ⁠Güclü elmi nəticələr dərc etmək
•⁠ ⁠Tədqiqat sahəsində görünürlüyünüzü artırmaq

Tarix: 29 Aprel 2025-ci il, saat 14:00

Vebinarlarda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz:
🔗 Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_n8TN6RxHQkOHr6I6eUiCfQ #/registration

Təlimçi: “Elsevier”in rəsmi nümayəndəsi Saide Sak

Address


Telephone

+994503449676

Website

Alerts

Be the first to know and let us send you an email when Məktəbəqədər və ibtidai təhsil jurnalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Məktəbəqədər və ibtidai təhsil jurnalı:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Want your business to be the top-listed Media Company?

Share