
13/08/2025
Azərbaycanın ilk e-ticarət inkubasiya proqramı olan ecomX uğurla ilk DemoDay tədbirini keçirdi .
Altı ay davam edən proqram çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Lənkərandan seçilən iştirakçılar əvvəlcə 3 aylıq intensiv təlim mərhələsini tamamladılar. Daha sonra isə öyrəndiklərini real nəticəyə çevirməklə, işlək vəziyyətdə olan e-ticarət platformalarını quraraq fəaliyyətə başladılar.
Nəticədə, ölkəyə 15 yeni e-ticarət layihəsi qazandırıldı. Bu layihələrin böyük bir hissəsi artıq aktiv satışlar həyata keçirir və göstəricilərini sürətlə yüksəldir.
ecomX proqramında iştirak edən bütün təşəbbüskarları, onların təqdim etdiyi layihələri təbrik edir və təşəkkürümüzü bildiririk. Biz bu uğurlu başlanğıcla kifayətlənmir, məzunlarımızla birlikdə işləməyə və onların bizneslərini daha da inkişaf etdirməyə davam edəcək.
Dəstəyə görə .azerbaijan təşəkkür edirik.