28/09/2026
MELONİ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR EDİB
İtaliyanın baş naziri Corca Meloni ölkəsindəki yanacaq xərclərinin azaldılması istiqamətində atılan addımlara görə Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib. Söhbət SOCAR-ın yerli törəmə müəssisəsinin benzin və dizel qiymətlərinə müəyyən məhdudiyyətlər və limitlər tətbiq etməsindən gedir. Həmin qərar nəticəsində İtaliya ailələrinin yanacaq xərcləri əhəmiyyətli dərəcədə aşağı düşüb və bu da vətəndaşların büdcəsinə müsbət təsir göstərib. Baş nazir bu təşəbbüsün iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb. Sonda Meloni göstərilən dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və SOCAR-ın rəhbəri Rövşən Nəcəfə xüsusi təşəkkürünü çatdırıb.
https://www.youtube.com/watch?v=x2jFcjUIliI
https://www.youtube.com/
https://x.com/
https://www.facebook.com/qerbiazerbaijantv
https://www.instagram.com/qerbi.aze.tv
https://tiktok.com/.tv