Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

  • Home
  • Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi KİTABXANANIN SƏHİFƏSİ

Azərbaycan–İtaliya münasibətləri: Strateji tərəfdaşlıq nümunəsiSentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya Prezid...
02/10/2025

Azərbaycan–İtaliya münasibətləri: Strateji tərəfdaşlıq nümunəsi

Sentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan–İtaliya münasibətləri bu gün çox uğurla inkişaf edir və iki ölkə əsl strateji tərəfdaşdır. İtaliya Prezidenti artıq ikinci dəfədir ki, Azərbaycana rəsmi səfər edir. Bu, əlaqələrin sabit və davamlı şəkildə möhkəmləndiyinin göstəricisidir.

Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb. Siyasi əlaqələr ən yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq isə ildən-ilə daha da genişlənir. Hazırda İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.

Energetika sahəsində də əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ildən etibarən TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır. Bu gün Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdədir.

Prezident İlham Əliyev bildirib ki, əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisi ixracı istiqamətində də işləyir. Bu, gələcəkdə tərəfdaşlığın həcmini daha da artıracaq.

Səfər çərçivəsində təhsil sahəsində də mühüm addım atılıb. Açılışı planlaşdırılan İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əməkdaşlığın inkişafına böyük töhfə verəcək. Burada təhsil alan gənclər həm bilik əldə edəcək, həm də Azərbaycan–İtaliya dostluğunun elçilərinə çevriləcəklər.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan–İtaliya strateji tərəfdaşlığı təkcə rəsmi sənədlərdə deyil, real həyatda – iqtisadi layihələrdə, humanitar əməkdaşlıqda və siyasi münasibətlərdə də öz təsdiqini tapır. Bu münasibətlər dövlətlərarası əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.

Müsabiqənin keçirilməsində əsas məqsəd Muxtar Respublikada yaşayan istedadlı və həvəskar rəssamların aşkar edilib üzə çı...
01/10/2025

Müsabiqənin keçirilməsində əsas məqsəd Muxtar Respublikada yaşayan istedadlı və həvəskar rəssamların aşkar edilib üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
Gənc nəslin xalqımızın qədim və zəngin mədəni irsindən faydalanmaqla mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsidir.
Muxtar Respublikada fəaliyyət göstərən həvəskar rəssamların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

Müsabiqədə iştirak etmək istəyənlər 26 sentyabr 2025-ci il tarixdən 10 oktyabr 2025-ci il tarixədək Naxçıvan Dövlət Rəsm Qalereyasına gəlməklə və ya036-544-55-03 və 051-968-02-08 nömrələrinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ:

- Müsabiqədə Muxtar Respublikada yaşayan həvəskar rəssamlar iştirak edir.
- Müsabiqə 2025-ci ilin oktyabr-noyabr ayında keçiriləcək.
- Müsabiqədə iştirak edəcək şəxslər 2025-ci il 10 oktyabr tarixədək Naxçıvan Dövlət Rəsm Qalereyasına müraciət etməlidir.
- İştirakçıların mövzu ətrafında işləməsi üçün 3 saat vaxt verilir. Müsabiqədə rəsmlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində (yağlı boya, akvarel, qrafika, pastel və s.) mövzuya uyğun olara işlənməlidir. Əsərlər naturadan və yaxud müəllif təxəyyülü ilə istənilən janrda işlənə bilər.
- Hər iştirakçı maksimum 2 iş təqdim edə bilər

Müsabiqə iştirakçılarının işləri hər iki turda münsiflər heyəti tərəfindən 10 (on) ballıq sistemlə qiymətləndirilir.
Qiymətləndirmə “mövzunun aktuallığı”, “işləmə texnikası”, “kompozisiya” və “qurma” meyarları üzrə aparılacaqdır.
Qiymətləndirmədə münsiflər heyəti tərəfindən verilmiş yekun ballar əsasında qaliblər müəyyən ediləcək.

Müsabiqədə qaliblər üçün bir 1-ci, iki 2-ci, üç 3-cü yer müəyyən ediləcəkdir.
Müsabiqə qalibləri diplom, fərqlənən iştirakçılar isə fəxri fərman və qiymətli hədiyyələrlə ilə təltif ediləcəkdir.

30 sentyabr 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Kö...
30/09/2025

30 sentyabr 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Körpələr Evi Uşaq Bağçasında, Hacıvar, Aşağı Uzunoba, Nəcəfəlidizə, Naxışnərgiz, Cəhri, Çeşməbasar, Güznüt, Nehrəm və Yuxarı Buzqov kitabxana filialları tərəfindən isə müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

Bu gün Azərbaycanda Anım Günüdür!Vətən müharibəsinin başlamasından beş il keçir. Prezident İlham Əliyevin 2 dekabr 2020-...
27/09/2025

Bu gün Azərbaycanda Anım Günüdür!

Vətən müharibəsinin başlamasından beş il keçir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Aşağı Uzunoba və Didiv...
27/09/2025

26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Aşağı Uzunoba və Didivar kənd mədəniyyət müəssisələri tərəfindən Anım Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə Vətən Müharibəsi haqqında iştirakçılara məlumat verilmiş, döyüşçülərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçdikləri şanlı və şərəfli yol haqqında çıxışlar edilmişdir.

Anım Günü ilə bağlı tədbir keçirilib.     26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Anım Günü il...
26/09/2025

Anım Günü ilə bağlı tədbir keçirilib.

26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Anım Günü ilə bağlı Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə tədbir keçirilmişdir.

Əvvəlcə Babək şəhərində yerləşən şəhidlər abidə - memorial kompleksi ziyarət olunmuş, kompleksin ərazisindəki “Tarix yazan qəhrəmanlar” guşəsi önünə gül dəstələri qoyulmuş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Babək Rayon Mədəniyyət Sarayında davam edən tədbiri Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Vüsal Camalov açaraq bildirdi ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü.

Babək Rayon Uşaq Musiqi Məktəbinin direktoru Ramin Hacıyev, Babək Rayon Mədəniyyət Sarayının metodisti Gülnar Əliyeva və Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini İnayət Fətullayev tədbirdə çıxış edərək qeyd etdilər ki, Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır.

Həmçinin Babək Rayon Mədəniyyət İdarəsində Anım Günü ilə bağlı sərgi təşkil olunub.

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıq və Qürur Günü27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm kədər, həm də qürur gün...
26/09/2025

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıq və Qürur Günü

27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm kədər, həm də qürur günü kimi yaşayır. Bu gün biz Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini anır, onların müqəddəs ruhu qarşısında baş əyirik.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev şəhidlərimizin əziz xatirəsini yad edərək demişdir:
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm... Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq!”

Azərbaycan xalqı əsrlər boyu düşmənçilik siyasəti ilə üz-üzə qalmış, torpaqları işğala məruz qalmışdır. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə törədilən kütləvi qırğınlar, deportasiyalar və Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Ermənilərin ifrat millətçi siyasəti və xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizi işğal olunmuş, minlərlə günahsız azərbaycanlı həyatını itirmiş, yüz minlərlə insan isə doğma yurdundan didərgin düşmüşdür.

Amma tarix sübut etdi ki, Azərbaycan xalqı haqq yolunda heç vaxt geri çəkilməyib. 2020-ci ildə başlayan Vətən müharibəsi qəhrəman oğullarımızın qanı və canı bahasına Qələbə ilə nəticələndi. Şəhidlərimizin fədakarlığı, əsgər və zabitlərimizin şücaəti xalqımıza tarixi ədaləti bərpa etməyə imkan verdi.

Bu gün biz işğaldan azad olunmuş torpaqlarımıza qürurla qayıdırıq. Hər qarış torpağımızda şəhidlərimizin ruhu dolaşır, onların qanı ilə yoğrulmuş zəfər dastanı yazılır. Bu Qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Əziz şəhidlərimiz, siz Vətənimizin əbədi qəhrəmanları, Azərbaycan tarixinin unudulmaz simvollarısınız.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə tezliklə şəfa diləyirik!

Növbəti “Kitabxana Günü” keçirilmişdir.         26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxa...
26/09/2025

Növbəti “Kitabxana Günü” keçirilmişdir.

26 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxana Günü”ndə Lev Nikolayeviç Tolstoyun “Hacı Murad” povestinin müzakirəsini keçirmişdir.

Tədbiri Babək Rayon MKS – nin direktor müavini İnayət Fətullayev açaraq bildirdi ki, Lev Tolstoy yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur.

Babək Rayon MKS – nin əməkdaşlarından Nailə Kərimova və Arzu İsayeva “Lev Tolstoyun həyat və yaradıcılığı”, “Hacı Murad povestinin məzmunu” mövzularında müzakirə iştirakçılarına məlumat verdilər. Çıxışlarda bildirildi ki, böyük rus yazıçısı və mütəfəkkiri qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. O, böyük zadəgan ailəsinin 4-cü uşağı olub. L.Tolstoy 1863-cü ildə özünün ən böyük əsəri – “Hərb və sülh” epopeyası üzərində işləməyə başlayır. Rus və dünya ədəbiyyatında unikal əsər olan bu roman üzərində iş altı il davam edir. L.Tolstoy 1873-1877-ci illərdə özünün ikinci böyük romanını – “Anna Karenina”nı, daha sonra “Dirilmə” romanını yazır. Qafqazın valehedici təbiəti və kazak həyatının sadəliyi onu “Kazaklar” avtobioqrafik povestini yazmağa sövq edir. Qafqaz təəssüratları “Basqın”, “Meşənin qırılması” hekayələrində, habelə çox sonralar yazdığı “Hacı Murad” povestində də əksini tapır. “Hacı Murad” povestində Çar Rusiyası Qafqazı ilhaq etsə də, bölgə xalqları işğalçılarla mübarizəni davam etdirir. Ruslara qarşı döyüşən Hacı Muradla Şeyx Şamil arasında düşmənçilik yaranır və həqiqi düşmən bu ixtilafdan yararlanmaq istəyir. Son nəticədə Hacı Murad işğalçıların tərəfinə keçir.

Müzakirə sonra diskussiya şəklində davam etmişdir.

Həmçinin “Kitabxana Günü”ndə Məzrə Kənd Kitabxana Filialında Seyid Hüseynin “Sarıköynək” əsərinin müzakirəsi keçirilib.

Prezident İlham Əliyevin BMT-də çıxışı – Azərbaycanın haqq səsinin dünyaya çatdırılması2025-ci il 25 sentyabr tarixində ...
26/09/2025

Prezident İlham Əliyevin BMT-də çıxışı – Azərbaycanın haqq səsinin dünyaya çatdırılması

2025-ci il 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəmizin mövqeyini və çağırışlarını dünya ictimaiyyətinə təqdim etdi. Prezidentin nitqi həm diplomatik məzmunu, həm də beynəlxalq ədalətə yönəlmiş açıq mesajları ilə böyük diqqət çəkdi.

Dövlət başçısı çıxışında Azərbaycanın işğaldan azad olunmuş torpaqları haqqında danışaraq, bu tarixi zəfərin xalqımız üçün qürur mənbəyi olduğunu vurğuladı. O bildirdi ki, bu uğur Azərbaycan dövlətinin qətiyyətli siyasəti, güclü ordusu və xalqın birliyi nəticəsində mümkün olub. Bu gün həmin ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır, regionda yeni reallıqlar formalaşdırılır.

Prezident İlham Əliyev beynəlxalq siyasətdə mövcud olan ikili standartları sərt tənqid edərək qeyd etdi ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə münasibətdə ayrı-seçkiliyə yol verilməsi beynəlxalq hüququ sarsıdır. Azərbaycanın mövqeyi birmənalıdır: bütün ölkələr üçün eyni hüquqi və siyasi prinsiplər tətbiq olunmalıdır.

Nitqdə Ermənistanla münasibətlərə də toxunuldu. Prezident vurğuladı ki, Azərbaycan hər zaman sülhə hazır olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitlik və inkişaf yalnız ədalətli və qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması ilə mümkündür.

Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyini diqqətə çatdıran dövlət başçısı humanitar missiyalara, qlobal yardım təşəbbüslərinə və beynəlxalq tərəfdaşlığa ölkəmizin fəal dəstəyini vurğuladı. Bu fəaliyyət Azərbaycanın dünya miqyasında artan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirildi.

Prezident İlham Əliyevin BMT-dəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə ədalət və hüquqa əsaslanan siyasət yürüdür. Dövlət başçısının nitqi yalnız ölkəmizin mövqeyini deyil, həm də qlobal miqyasda ədalətin və beynəlxalq hüququn üstünlüyünün təmin olunması üçün mühüm çağırış oldu.

Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.25 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyind...
25/09/2025

Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.

25 sentyabr 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qahab, Kərimbəyli və Nehrəm mədəniyyət müəssisələrində çalışan əməkdaşların iştirakı ilə Anım Günü ilə bağlı tədbirlər keçirilib.

24 sentyabr 2025 - ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Anım Günü" ilə əlaqədar kitab sərgi...
24/09/2025

24 sentyabr 2025 - ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Anım Günü" ilə əlaqədar kitab sərgisi təşkil edilərək oxucuların istifadəsinə verilmişdir.

23 sentyabr 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Vayxır, Yarımca, Nəzərab...
23/09/2025

23 sentyabr 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Vayxır, Yarımca, Nəzərabad, Gərməçataq, Payız, Xal - xal və Araz kitabxana filialları tərəfindən müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

Address


Telephone

+994706810311

Website

Alerts

Be the first to know and let us send you an email when Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

  • Want your business to be the top-listed Media Company?

Share