30/06/2023
“Egalite” nəşriyyatı olaraq 17 iyunda -də növbəti nəşrimiz olan Eric Hobsbawm-un “1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq” kitabının təqdimat tədbirini uğurla həyata keçirdik.
Təqdimatda kitabın redaktorları Toğrul Abbasov və Araz Bağırov ilə birlikdə bu kitabın əhəmiyyətindən, dünyada və bölgəmizdə yüksələn milliyyətçiliyi anlamağımıza necə kömək edə biləcəyindən, sosial elmlər sahəsindəki kitabların Azərbaycan dilinə tərcümə prosesindən danışdıq.
Tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığımızı bildirir, növbəti kitablarımızın təqdimatında yenidən görüşməyə ümid edirik!
*Əsər orijinaldan ilk dəfə olaraq Azərbaycan dilinə Ləman Orucova tərəfindən tərcümə edilmişdir.
Tədbirin keçirilməsində -nə göstərdiyi əməkdaşlıq üçün təşəkkür edirik!
Tədbirin işıqlandırılmasındakı dəstəyinə və fotolara görə jurnalist -yə xüsusi təşəkkür edirik!