21/10/2023
🗓️20 oktyabr 2023-cü il tarixdə N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə
🇦🇿“8 Noyabr-Zəfər Günü “ münasibətilə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Təhsil Sektorunun 🤝🏻birgə təşkilatçılığı ilə ümümtəhsil məktəblərinin qız komandaları arasında 🤾🏻♀️voleybol idman növü üzrə🏆 rayon birinciliyi keçirilib.
❗İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
✅Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi müavini və idman sektorunun müdiri , fiziki tərbiyə müəllimləri və məktəbli qızlar iştirak ediblər.
🎯 Birinciliyin keçirirlməsində məqsəd gənclər arasında 🇦🇿vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliğ olunması, məktəbli qızlar arasında dostluq əlaqələrinin genişləndirilməsi , eləcə də, voleybol idman növünə marağın artırılması olub.
Çıxışçılar qeyd edərək bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin üçüncü ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu diqqətə çatdırılıb.Həmçinin çıxışçılar tədbir iştirakçılarına qələbə əzmi və uğurlar arzulayıblar.
👏🏻Maraqlı və yadda qalan oyun nümayiş etdirən 🤾🏻♀️zərif cinsin nümayəndələrindən ibarət komandalar arasında Z.Qarayev adına İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbi 🥇birinci yeri, E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey 🥈ikinci yeri, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbi və A.Məmmədov adına İsmayıllı rayon Diyallı kənd tam orta məktəbi isə müvafiq olaraq 🥉üçüncü yerləri qazanıblar.Qalib komandalar DŞR Gənclər və İdman İdarəsi tərəfindən 🏆kubok və 📜diplomlarla mükafatlandırılıblar.