Hilal.az

Hilal.az Hilal informasiya portalı

Adil Allahverdiyevdir - "Yaradıcı düşüncə olmadan elm olmaz"
21/11/2024

Adil Allahverdiyevdir - "Yaradıcı düşüncə olmadan elm olmaz"

Müsahibimiz Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevdir - - Hilal.az | Xəbər saytı

Monetri-BİZİMLƏ ASANDIR
30/08/2024

Monetri-BİZİMLƏ ASANDIR

MONETRİ - Hilal.az | Xəbər saytı

12/08/2024

İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə yayılan məlumatlar dezinformasiyadır.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar:

"Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".

Vurğulanıb ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınanılır:

"Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".

Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.

07/08/2024

Azərbaycanda adı sənədlərdə olan, əslində özü olmayan uşağa görə aliment alınıb

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə mətbuata Baş Prokurorluqdan bildirilib.

Araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb.
04/08/2024

Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb.

Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb. - Hilal.az | Xəbər saytı

Address

Baku

Telephone

+994556989811

Alerts

Be the first to know and let us send you an email when Hilal.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hilal.az:

Share