story.az

story.az Hər fotonun bir hekayəsi var.

Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı və millət vəkili Anar Məmmədxanovun doğum günüdür...
20/07/2025

Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı və millət vəkili Anar Məmmədxanovun doğum günüdür.

***
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib.

17 yaşı olanda İradə Məmmədxanlıya aşiq olur. Onlar elə həmin il evlənməyə cəhd edirlər, ancaq Anarın atası, yaxınları onların evlənməyinə razı olmurlar. Sevgililər illər sonra - Anarın 23 yaşı olanda evlənirlər. Bu evlilikdən onun 3 övladı – 2 qızı və 1 oğlu dünyaya gəlib.

O, 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Anar Ermənilərin at oynatdığı Rusiyanın KVN səhnəsində onların kürəyini yerə vurur. Özünün yaratdığı komanda ilə qalib olur.

Anar Azərbaycanın ilk gənc millət vəkili olub və ardıcıl üç çağırış milli məclisə deputat seçilib.

Anar Məmmədxanov həm də media kapitanı idi. Həm müxalifət, həm iqtidar, həm də xalqa bu media orqanında eyni tribuna verilirdi. O, hətta bəzi sosial və siyasi çətinliklərlə qarşılaşan vətəndaşların problemləri ilə şəxsən maraqlanır, həmin problem həll olunana qədər prinsipiallıq göstərirdi. Media orqanını yaratmaqda ən ümdə məqsədi isə düşməni informasiya müharibəsində məğlub etmək idi.

Sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Camal oğlu Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

Stop Russian Aggression! Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınsk polislər tərəfindən vəhşiçəsinə d...
01/07/2025

Stop Russian Aggression!

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınsk polislər tərəfindən vəhşiçəsinə döyülərək saxlanılıb.

İsrailin İrana hücumundan sonra əldə olunan foto görüntülər.
15/06/2025

İsrailin İrana hücumundan sonra əldə olunan foto görüntülər.

İsrailin İrana hücumu və Tehranın cavab zərbələrindən sonra İsraildən əldə olunan foto görüntülər.                      ...
15/06/2025

İsrailin İrana hücumu və Tehranın cavab zərbələrindən sonra İsraildən əldə olunan foto görüntülər.

13 yaşlı azərbaycanlı şahmatçımız dünya nəhəngini mat etdi! ♟️Blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə yığmas...
15/06/2025

13 yaşlı azərbaycanlı şahmatçımız dünya nəhəngini mat etdi! ♟️

Blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə yığmasının heyətində çıxış edən gənc həmyerlimiz, 13 yaşlı Xaqan Əhməd şahmat aləmini heyrətə gətirib!

2290 FIDE reytinqinə sahib Xaqan, hazırda dünya reytinqində ikinci yerdə qərarlaşan, dünya səviyyəli qrossmeyster Hikaru Nakamuranı məğlub etməklə möhtəşəm nəticəyə imza atıb. Bu sensasiyalı qələbə şahmat ictimaiyyəti üçün əsl sürpriz olub!

Eyni gündə keçirilən blits yarışında 13 qarşılaşmadan 9 qələbə qazanan Xaqan, çıxışlarının təsadüf olmadığını sübut edib və gələcək böyük uğurların siqnalını verib.

Səninlə qürur duyuruq – yolun daim açıq olsun! 🇦🇿

Dünyanın damı sayılan Everestin zirvəsinə qalxmaq bir möcüzədirsə, ardınca planetin 4-cü ən yüksək zirvəsi olan Lhotzeyə...
19/05/2025

Dünyanın damı sayılan Everestin zirvəsinə qalxmaq bir möcüzədirsə, ardınca planetin 4-cü ən yüksək zirvəsi olan Lhotzeyə də qalxmaq artıq tarix yazmaqdır! 💪🇦🇿

Azərbaycanlı qadın alpinist Vəfa Musayeva bunu bacardı! İki nəhəng zirvəni fəth edərək həm gücün, həm iradənin, həm də qadın iradəsinin simvoluna çevrildi.

Qürur duyuruq! 👏

Bu gün Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür.İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anada...
19/05/2025

Bu gün Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür.

İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.

1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub.

İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb.

Milli Qəhrəman adına layiq görülən pilot 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Hər iki yerdə su basma halıdır, amma yanaşmalar, mühit və nəticələr fərqlidir.Kimi bunu gündəlik həyatına uyğunlaşdırır,...
16/04/2025

Hər iki yerdə su basma halıdır, amma yanaşmalar, mühit və nəticələr fərqlidir.

Kimi bunu gündəlik həyatına uyğunlaşdırır, kimi isə həyatın ritmini tamamilə dəyişməli olur.

Məkanlar fərqli olsa da, təbiət hər yerdə eyni şəkildə özünü xatırladır.

Gələcəyin müəllifi sən ola bilərsən!Hər bir böyük yol kiçik bir addımla başlayır. Təhsil almaq, elmə yönəlmək, özünü ink...
06/04/2025

Gələcəyin müəllifi sən ola bilərsən!

Hər bir böyük yol kiçik bir addımla başlayır. Təhsil almaq, elmə yönəlmək, özünü inkişaf etdirmək – bunlar həyatında dəyişiklik yaratmağın ən güclü yollarıdır.

Marie Curie, Ada Lovelace, digər elm və texnologiya öncülləri də bir vaxtlar sizin kimi yola çıxmışdılar.

Qələmin gücünə inan. Kitabların sehrini kəşf et. Hər gün öyrən və bir addım irəlilə.

Bu dünya sizi gözləyir – sadəcə başlayın. Elm seçimin olsun, gələcək isə uğurun!

Azərbaycan əsgəri – düşmən üçün kabus, Vətən üçün qürur!
31/03/2025

Azərbaycan əsgəri – düşmən üçün kabus, Vətən üçün qürur!

Sizin zəhmətiniz, fədakarlığınız və sevginiz dünyanı daha gözəl və daha ədalətli edir.Bayramınız mübarək!               ...
07/03/2025

Sizin zəhmətiniz, fədakarlığınız və sevginiz dünyanı daha gözəl və daha ədalətli edir.

Bayramınız mübarək!

Xocalının qaranlığı, Zəfərlə aydınlandı!
25/02/2025

Xocalının qaranlığı, Zəfərlə aydınlandı!

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when story.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to story.az:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share