Nebula Publishing House

Nebula Publishing House Publishing house and talent agency focusing in variety of literal genres

"Balıqçının pişiyi idi və çox tez böyüyürdü. Nəhayət, isti yerini tərk edəcək qədər gücləndi, evin içində dolaşmağa və g...
20/05/2026

"Balıqçının pişiyi idi və çox tez böyüyürdü. Nəhayət, isti yerini tərk edəcək qədər gücləndi, evin içində dolaşmağa və gecələri camaşır torbasında keçirməyə başladı. Başınabuyruq düşüncələrin ovundaydı. Sofiya hər dəfə onu tapıb yataq otağına aparır, sevgiyə boğaraq qəlbini qazanmağa çalışırdı, amma nə qədər çox çalışırdısa, pişik bir o qədər sürətlə aradan çıxıb camaşır torbasına geri qayıdırdı. Torba tam dolanda pişik miyoldamağa başlayır və kimsə paltarları yumalı olurdu. Pişiyin adı "Ma Petit" idi, amma onlar onu Mızmız deyə çağırırdı.
– Sevgi çox qəribə şeydir, – Sofiya dedi. – Kimisə nə qədər çox sevirsənsə, bir o qədər az sevgi ilə qarşılanırsan.
– Düz sözə nə deyəsən, – nənə başını yellədi. – Yaxşı, onda nə etməli?
– Sevməyə davam etməli, – Sofiya təhdidedici səslə dedi, – daha da, daha da çox sevməli.
Nənə ah çəkdi, amma bir şey demədi".

Qiyməti: 8.50 AZN

Finlandiya ədəbiyyatının ən çox oxunan yazıçısı, uşaqlar üçün yazılmış əfsanəvi "Muminlər" seriyasının yaradıcısı Tove Yanssonun yetkin ədəbiyyatına miras qoyduğu "Yay kitabı" həyatın dalğalar kimi sakit, dinc anlarını, iti küləklər kimi emosional çovğunlarını səhifələrinə köçürüb.

Üstünə çoxlu torpaq atılmış yasın, təbiətlə vəhdətin və soyuq fin müdrikliyinin yer aldığı bu kitabın sizə danışmaq istədiyi çox şey var. Onu oxumaq və fasilə verib ətrafımızda baş verənlərə diqqət etmək lazımdır...

"Yenə də mübarizə əzmimi özümə hörməti itirmədən yüksək saxlamağı bacardım: onun zəhəri ilə mənim vecsizliyim vuruşurdu....
14/05/2026

"Yenə də mübarizə əzmimi özümə hörməti itirmədən yüksək saxlamağı bacardım: onun zəhəri ilə mənim vecsizliyim vuruşurdu. İkimiz də höcətləşərək mövqeyimizi möhkəmlətdik və romantizmdən xəbərsiz qocaldıq, ətrafımız bir-birini sevən cütlüklərlə dolu olsa da".

Belçika ədəbiyyatının bənzərsiz qələmlərindən biri Dmitri Verhulstun "Gecikən" əsəri sarkastik cümlələri, güldürən təhkiyəsi ilə önə çıxsa da, sonda üzünüzə kədər, zehninizə suallar yerləşdirəcək:
Yaşanmamış həyatın qisasını almaq nəsə qazandırır?
Qisas uğruna nə qədər irəli getmək olar?

Qiyməti: 6.90 AZN

Əldə etmək üçün bizə yaza və ödənişsiz çatdırılma xidmətimizdən yararlana, ya da şəhərin mərkəzi kitab mağazalarına yaxınlaşa bilərsiniz. 💚

Güləcəksiniz, fikrə dalacaqsınız, fasilə vermədən oxumağa davam edəcəksiniz! "KİTAB OĞRUSU"  kitabının müəllifi Markus Z...
10/05/2026

Güləcəksiniz, fikrə dalacaqsınız, fasilə vermədən oxumağa davam edəcəksiniz!

"KİTAB OĞRUSU" kitabının müəllifi Markus Zusak sıravi insanların gücündən, gözlənilməz cəsarətdən və bir-birimizi xilas etdiyimiz sakit, kiçik anlardan bəhs edən daha bir unudulmaz romanı ilə doğma dilimizdə!

"Markus Zusak bu zərif, fəlsəfi və dərin təsir bağışlayan romanda adi bir taksi sürücüsünün hekayəsini cəsarət, xeyirxahlıq və insanların bir-birinin həyatını kiçik, lakin güclü hərəkətlərlə dəyişə bilməsi haqqında unudulmaz bir əsərə çevirir". - Kirkus Review

Uşaq ədəbiyyatı seriyamızdan hansı kitabları oxumusunuz? Və başqa hansı modern klassik və ya modern uşaq ədəbiyyatı kita...
30/04/2026

Uşaq ədəbiyyatı seriyamızdan hansı kitabları oxumusunuz? Və başqa hansı modern klassik və ya modern uşaq ədəbiyyatı kitablarını dilimizdə görmək istərdiniz? 🫠

GIVEAWAYə qatıl! 🥳3 nəfər şanslı oxucudan biri ol! Markus Zusakın Azərbaycan dilinə tərcümə etdiyimiz yeni kitabı "Elçi"...
28/04/2026

GIVEAWAYə qatıl! 🥳

3 nəfər şanslı oxucudan biri ol!

Markus Zusakın Azərbaycan dilinə tərcümə etdiyimiz yeni kitabı "Elçi"-ni qazanmaq üçün sən də şansını yoxla. ✅️

Şərtlər:

➡️ Bu postu bəyən;
➡️ Repost et;
➡️ Hekayə(story) olaraq heşteqi ilə paylaş;
➡️ Yarışa qatıldığını şərh bölməsində təsdiqlə.

Əgər profilin bağlıdırsa, o zaman story paylaşımının ekran görüntüsünü bizə ismarış olaraq yolla. ❤️

Yarış may ayının 3ünə qədər davam edəcək!

Başqa kitablarda da görüşək. 🥰

Bəzən ən adi insanlardan qeyri-adi işlər görmək tələb olunur. Ed Kennedinin hekayəsi isə bir tuz kartı ilə başlayır.Ed o...
27/04/2026

Bəzən ən adi insanlardan qeyri-adi işlər görmək tələb olunur. Ed Kennedinin hekayəsi isə bir tuz kartı ilə başlayır.

Ed on doqquz yaşlı taksi sürücüsüdür. Nə aydın bir gələcəyi var, nə planı, nə də böyük cəsarəti — ən azı o belə düşünür. Günlərini dostları ilə kart oynayaraq, bəlkə də, heç vaxt onu sevməyəcək bir qızı sevərək və onun kimi birinin dünyada necə iz qoya biləcəyini düşünərək keçirir.

Sonra poçt qutusunda ilk kart peyda olur.

Üç ünvan, tək göstəriş: hərəkətə keç.

Hər yeni kart Edi fərqli insanların həyatına aparır. Bəziləri köməyə möhtacdır, bəziləri dəyişməyə, bəziləri isə ümidə. Gələn hər ünvan Edi öhdəsindən gəlməli olduğu yeni tapşırıqla üz-üzə qoysa da, əsas sualın cavabını bilməmək onu əlacsız hiss etdirir:
Bu mesajların arxasında kim dayanır — və niyə məhz o?

"Kitab oğrusu" kitabının müəllifi Markus Zusak sıravi insanların gücündən, gözlənilməz cəsarətdən və bir-birimizi xilas etdiyimiz sakit, kiçik anlardan bəhs edən daha bir unudulmaz romanı ilə doğma dilimizdə!

Artıq satışda! 🌤

XI OXU Günü Kəkitab sərgisi davam edir! Yolunuzu gözləyirik. ❤️
26/04/2026

XI OXU Günü Kəkitab sərgisi davam edir! Yolunuzu gözləyirik. ❤️

Son 6 ayda ailəmizə 4 yeni kitab qoşulub. Ən çox hansı diqqətinizi çəkib? 🫠
25/04/2026

Son 6 ayda ailəmizə 4 yeni kitab qoşulub. Ən çox hansı diqqətinizi çəkib? 🫠

25/04/2026

12-ci kitabımız 🫠

"Bəlkə də, həyat onu tərk etmək üçün uzun bir hazırlıq dövründən başqa bir şey deyil."Yas tutmaq, məncə, çox vaxt basdır...
12/01/2026

"Bəlkə də, həyat onu tərk etmək üçün uzun bir hazırlıq dövründən başqa bir şey deyil."

Yas tutmaq, məncə, çox vaxt basdırdığımız və yola verdiyimiz proseslərdəndi. Tanıdığımız varlıqların yox olması o qədər dəhşətə gətirir ki, ona baxmasaq, sağalacağımızı düşünürük, halbuki qarşımızdakı bütün həyatımızı dəyişir ki, ona dönüb görə bilək.

🌊 Bu kitab özünə çağıran küləkli dənizi, ilk məhəbbət kimi isti qumu xatırladır. İllər öncə baş verən uşaqlıq sevgisini xatırlamaq və itirdiyi dəyərli insanın yasını yüngülləşdirmək üçün yayda qaldıqları evə qayıdan Maks yavaş-yavaş keçmişin acı-şirin xatirələrini, çılğın uşaq xəyallarını, qumlu ayaq və qayğısız düşüncələrlə dolu həyatını bizə açır, öz arvadı və qızı ilə olan həyatına paralellər gətirir, özünə güclə etiraf etdiyi dərin günahkarlıq və yas ilə üzləşir, olan olur, ölülər isə susur. "Bir tibb bacısı gəlib məni çağırdı. Onun ardınca içəri girəndə mənə elə gəldi ki, dənizə girirəm."

Hər sətri dalğa kimi əsən, külək kimi üşüdən bu dəyərli kitabı dilimizə möhtəşəm tərcüməsinə görə Anar Mahmudova və əziz Nebula nəşriyyatına minnətdaram! Ardı gəlsin🧡🌟

"Alis heç kimə demədiyi müddətcə o, hələ ölü deyildi. Alis istəmədiyi müddətcə o, hələ ölü deyildi. Hələ ona deyiləcək ç...
05/01/2026

"Alis heç kimə demədiyi müddətcə o, hələ ölü deyildi. Alis istəmədiyi müddətcə o, hələ ölü deyildi. Hələ ona deyiləcək çox sözü vardı. Yəqin ki, saatlar keçdikcə bütün sözlər də öz yerini tutardı. Bu gün hamı onu tək buraxmalı idi."


Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Nebula Publishing House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nebula Publishing House:

Share

Category