Futbolinfo

"Sabah" UEFA Çempionlar Liqasına iştirak ərizəsini təqdim edib."Mançester Yunayted"ə qarşı keçiriləcək matçda Valdas Dam...
01/09/2026

"Sabah" UEFA Çempionlar Liqasına iştirak ərizəsini təqdim edib.

"Mançester Yunayted"ə qarşı keçiriləcək matçda Valdas Dambrasukasın sərəncamında olacaq futbolçular.

Qapıçılar: Amin Ramazanov, Stas Pokatilov, Rauf Əyyubov, Rəvan Mirzəmmədov

Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka

Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov

Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina

"Sabah" "Zenit"in braziliyalı yarımmüdafiəçisi Du Keyrosu heyətinə qatıb.Bu haqda klub sosial şəbəkə hesablarında futbol...
01/09/2026

"Sabah" "Zenit"in braziliyalı yarımmüdafiəçisi Du Keyrosu heyətinə qatıb.

Bu haqda klub sosial şəbəkə hesablarında futbolçunun bayquş şəkli olan "tatoo"sunu paylaşıb.

Qurban Qurbanov: "Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxd...
01/09/2026

Qurban Qurbanov: "Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizimbir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm".

31/08/2026

"Qarabağ"ın futbolçusu Kadi Borqes "Sumqayıt"la matçın 32-ci dəqiqəsində kobud oyuna görə meydandan qovulur.

“Qəbələ” İK  baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı raz...
31/08/2026

“Qəbələ” İK baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.

“Qarabağ” Dani Bolt ilə yollarını ayırıb. Braziliyalı müdafiəçinin vidasını Ağdam klubu rəsmən açıqlayıb.2025-ci ilin ya...
31/08/2026

“Qarabağ” Dani Bolt ilə yollarını ayırıb.

Braziliyalı müdafiəçinin vidasını Ağdam klubu rəsmən açıqlayıb.

2025-ci ilin yayında “Qarabağ”a keçən cinah oyunçusu bu müddətdə 43 oyun keçirib, 1 qola imza atıb.

“Neftçi” daha bir transferə hazırlaşır."Futbolinfo" Şotlandiya mətbuatına istinadən xəbər verir ki, “Dandi Yunayted”in y...
31/08/2026

“Neftçi” daha bir transferə hazırlaşır.

"Futbolinfo" Şotlandiya mətbuatına istinadən xəbər verir ki, “Dandi Yunayted”in yarımmüdafiəçisi Viçko Şeveli Azərbaycana köçmək üzrədir. Bildirilir ki, xorvatiyalı oyunçunun transferi məsələsində klublar müəyyən məbləğ qarşılığında ortaq məxrəcə gəliblər.

25 yaşlı oyunçu ötən həftəsonu Şotlandiya çempionatında “Kilmarnok”la keçirilən səfər matçında iştirak etməyib. “Dandi Yunayted” rəhbərliyi Şeveliyə tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə etmək üçün Bakıya səfər etməyə icazə verib.

Qərb derbisindəki qələbə həm də “Turan Tovuz”un bərbad oyununa görə rəsmiləşdi. Gəncəlilər rəqibin bütün üstün keyfiyyət...
31/08/2026

Qərb derbisindəki qələbə həm də “Turan Tovuz”un bərbad oyununa görə rəsmiləşdi. Gəncəlilər rəqibin bütün üstün keyfiyyətlərini neytrallaşdırdı, qonaqlara öz oyununu nümayiş etdirməyə imkan vermədi və ələ düşən fürsəti dəyərləndirib xal hesabını açdı. Tovuzluların istənlən oyunu sərgiləməməsi Kurban Berdıyevin istefaya səslənməsinə səbəb oldu. Və bu başlanğıcdır. Heyəti yaşı 30-dan yuxarı olan veteranlarla dolduran klub rəhbərliyi zamanla yanlış transferlərin fəsadını hiss edəcək. 3 tura cəmi bir qol vuran komanda ötənilki formasından çox uzaqdır.

Yuri Vernidubun oyundan sonrakı açıqlamaları isə təəssüf doğurdu. Ukraynalı mütəxəssis “Neftçi”də yaxşı işlər görür, komandanın bu il daha uğurlu olacağının siqnallarını verir. Amma onun canlı yayımda “hakimlər “Zirə”ni sevir” deməsi kobud özünümüdafiə idi. Vernidub taktiki savaşda Sadıqova uduzdu, bunu etraf etməkdənsə, komandasının azlıqda qalmasını, oyunu çevirə bilməməsini kənar amillərə bağlamağa çalışdı. Təcrübəli mütəxəssis bəhanələrlə mövsümü yola verməyi düşünürsə, daha bir mövsümün əldən çıxdığını indidən demək olar.

“Neftçi” heyətini ciddi şəkildə yeniləyib. Bu səbəbdən belə məğlubiyyətlər mümkündür. Adaptasiya prosesi yekunlaşana kimi xal itkiləri olacaq. Lakin hər büdrəmədən sonra Vernidub səhvləri analiz etmək əvəzinə belə şou açmamalıdır. Hamı məğlubiyyətin niyə reallaşdığını gördü. Ukraynalı mütəxəssis ötən tur darmadağınla qalib gələn heyəti qorusaydı, Sadıqov qarşısında belə aciz olmazdı. Onun fasilədə 3 əvəzetməyə əl atmasını elə səhvlərinin etirafı kimi qəbul etməliyik.

30/08/2026

"Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziaşinin Azərbaycan dilində müsahibəsi.

"Sabah" Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Qeyrosu heyətinə qatmağa yaxındır.Bu barədə Rusiya mə...
30/08/2026

"Sabah" Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Qeyrosu heyətinə qatmağa yaxındır.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

26 yaşlı futbolçu icarə əsasında "Sabah"a qoşulacaq .

Qeyd edək ki, futbolçu "instagram"da "Sabah"ın səhifəsini izləməyə başlayıb.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Futbolinfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share