Imamverdi Behbudlu

Imamverdi Behbudlu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Imamverdi Behbudlu, Social Media Agency, Baku.

01/02/2025

Trenddən heç vaxt düşməyən 3 bacarıq.

Texnologiya çağında hər şey o qədər sürətlə inkişaf edir, dəyişir ki, bəzən insan bilmir hansı qabiliyyətin inkişaf etdirsin.

Biri deyir, süni intellektlə işləməyi öyrənin, biri də deyir, hamıda artıq ehtiyac olmadığı üçün zəifləyən qabiliyyətləri özünüzdə təkmilləşdirin.

Mən düşünürəm ki, dünən də, bugün də, sabah da bizi həmişə öndə tutacaq və tərkibi çox az dəyişən bir qabiliyyət paketi var.

Bu paketin adını sonda deyəcəm. İndilik içinə baxaq.

Bu paketin içində 3 bacarıq var.

1. Kompleks problem həll etmə
2. Tənqidi düşüncə
3. Kreativlik

Əgər bir insanda bu bacarıqların üçü də cəm olubsa, o insan olur "unstoppable man". Yəni o insan həmişə önlərdə olacaq.

Bəs bu 3 qabiliyyəti birlikdə inkişaf etdirmək mümkündürmü?

Bu sualın cavabın verməzdən əvvəl bu 3 bacarığın birləşib yaratdıqları paketin adını sizə deyim. Bu paketin adı Storytelling-dir. Hekayələşdirmədir.

Çünki bir Storyteller problem həll etməlidir. Auditoriyasını yaxşıca təhlil edib keyfiyyətli bir hekayə qurması və anlata bilməsi üçün təndiqi düşünməlidir. Ən əsası anlatdığı şeyləri qarşı tərəfin zehnində canlandırmaq üçün kreativ olmalıdır.

İndi gələk sualın cavabına, əgər bir insan Storitellinq-i yaxşıca mənimsəyib dərinləşərsə, bəli, o zaman bu 3 qabiliyyət öz-özlüyündə inkişaf edəcək.

Əgər 21-ci əsrin öndə gedənlərindən olmaq istəyiriksə, storytelling sahəsində özümüzü inkişaf etdirməliyik.

Xüsusi ilə də sahibkarlar və marketinq sahəsində çalışanlar üçün bu bacarıqların mənimsənməsi zərurətə çevrilib.

Send a message to learn more

08/04/2024

Mənə elə 3 bacarıq de ki, həmin o 3 bacarığı 21-ci əsrin tərəzisinə qoyanda digər bütün bacarıqların toplamından ağır gəlsin?

Əgər bu bacarıqların hansıları olduğunu tapsaq və mütəmadi olaraq inkişaf etdirsək, vəssalam, bizdən yoxdur! Firəvan həyat!

Amma təəssüflər olsun ki, bu 3 bacarığın nə olduğunu tapmaq, nəinki tapmaq, hətta təxmin etmək belə heç də asan deyil. "World Economic Forum"un raportları bizə onu göstərir ki, dünya nəznində insan resursları tərəfindən ən çox tələb olunan bacarıqların siyahısı hər il dəyişməkdədir.

Çünki texnologiya hər keçən gün artantəcilli yeyinləşən sürətlə inkişaf etməkdir.

Amma buna baxmayaraq dünyanın ən böyük e-ticarət platforması olan Amazonun qurucusu Jeff Bezosun bir ifadəsi məni fərqli düşünməyə vadar etdi.

O deyir ki, mənə heç vaxt bu gün trendə olan şeylə investisya etmək maraqlı olmayıb, gələcəkdə trend ola biləcəyini düşündüyüm şeyə də həmçinin. Mənim üçün maraqlı olan bilirsiniz nədir? Dünən də trendə idi. Bugün də trendədir. Gələcəkdə də trenddə olacaq. Bax məni ən çox maraqlandıran şey budur.

Yəni bir evin sütunu kimi… Evdəki hər şeyi dəyişə bilərsən, amma sütunlar həmişə öz yerindədir. Onlar həmişə olduğu kimi qalacaq.

Heç vaxt trenddən düşməyəcək olana, dəyişməyəcək olana yatırım etmək.

Ona görə də, məncə, videonun əvvəlində verdiyim sualı bir az fərqli formada yenidən özümüzə verək.

O hansı bacarıqdır ki, dünən ona sahib olanlar bugün qabağa düşdülər, bu gün də ona yatırım edənlər sabah çox-çox qabaqda olacaqlar?

Bu barədə araşdırmalar edib özüm üçün 3 bacarıq çıxarmışam. Növbəti postda sizlərlə paylaşacam. Gəlin ona kimi siz də bu barədə fikirlərinizi şərhdə bölüşün.

Növbəti postda görüşənədək!

01/04/2024

Hamının axtardığı, birlikdə çalışmağa can atdığı şəxslərdən biri olmağın üçün sənə nələr lazımdır?

Sənlə eyni işi görən 10 nəfərdən 1-cisi olmağın üçün sənə nələr lazımdır?

"Əlbəttə ki, fiziki göstəricilərin yüksək olmalıdır, fiziki cəhətdən güclü bədənə, əzələyə sahib olmalısan" cavabını verərdim, əgər söhbət 6-7-ci əsrdən getsəydi, hələ odlu silah kəşf olunmasaydı…

Onda belə çıxır ki, artıq fiziki göstəricilərin yüksək olması güclü olmaq mənasına gəlmir? Kimin sərmayəsi yəni pulu varsa, güc ondadırmı?

Əgər 15-19-cu əsrlərdə yaşayırıqsa, bəli…

Hmm, demək artıq güclü olmaq üçün fiziki göstəricilərin yüksək olması, külli miqdarda sərmayəyə sahib olmağımız kifayət deyil.

Güc bilgi, informasiya, başqa cür desək data kimdədirsə, ondadır, hə?!

Tamamilə doğrudur! Dünənə kimi belə idi.

Amma artıq informasiya yox, informasiya emalının çağındayıq, Sadəcə dataya, informasiyaya sahib olmaq kifayət deyil. İnformasiyanı tez zamanda əldə etməyin, onu emal edə bilməyin və ortaya məhsul (nəticə) çıxarmağın vaxtıdır.

Onda gəlin yazının əvvəlində sizlərə verdiyim sualı redaktə edib, yenidən özümüzə verək, bu barədə araşdırma edək, topladığımız məlumatları emal edib ortaya bir məhsul çıxaraq. Özümüzə məxsus bir fikir formalaşdıraq və burada bir-birimizlə paylaşaq.

Sual budur:

"Lazımı informasiyaya hamıdan tez çatıb, onu sürətli bir şəkildə emal edib məhsula(nəticəyə) çevirən insanlardan olmaq üçün bizə nə lazımdır?"

Həmçinin mən də öz fikirlərimi növbəti yazımda sizlərlə bölüşəcəm. Görüşənədək!

Address

Baku
AZ1089

Alerts

Be the first to know and let us send you an email when Imamverdi Behbudlu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imamverdi Behbudlu:

Share