Baki24.az

Baki24.az xəbər

13/04/2023

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatını təqdim edir:
“Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb.
Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir.

28/03/2023

Təbibdən aciqlama !!

28/03/2023
12/03/2023

İstanbulun Büyükçekmece bölgəsində yerləşən Quran kurslarının birində dəhşətli hadisə yaşanıb.
kursda müəllimlərin şagirdləri qəddarcasına döydüyü anlar sosial şəbəkələrdə yayılıb.
Dini təhsil almaq üçün gələn uşaqlarla bu cür rəftar edilməsi qınanılıb.
Demək olar ki, bütün sosial platformalarda izləyicilər kursun bağlanmasını və həmin müəllimlərin layiqli cəza almasını tələb edib.
Məlumata görə, artıq həmin şəxslər polis tərəfindən saxlanılıb.

10/03/2023

Bu gün ki atışmanin görüntüləri.

10/03/2023

Bülvarda batan şəxsin xilas edilməsi .

10/03/2023

Yalniş Məlumat yazan .

10/03/2023

Silahli inident

09/03/2023

Azərbaycanda həkim xəstəni ayağını sındıracağı ilə hədələdi.
Bunu Gülyaz Heydərova bildirib.
O, bildirib ki, 16.12.2022-ci il, 21:30 radələrində həyat yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirib:
"Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. Həyat yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirdiyi gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır.
Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik)
Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir".
Gülyaz Heydərova vurğulayıb ki, əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir:

09/03/2023

Qardaş Türkiyənin nüfuzlu "Türkiye" qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib.

Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan "Asaeb Əhlil Haq", "Hərəkat ən-Nüceba" və "Hizbullah" kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb.

Address

Baku

Telephone

+994702286524

Website

Alerts

Be the first to know and let us send you an email when Baki24.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baki24.az:

Share