Millimedia.az

Millimedia.az "Millimedia.az" saytının rəsmi facebook səhifəsi bizi izləməyi unutmayın

25/05/2024

"Qadın sürücüyə qorxulu anlar yaşadan taksi sürücüsü saxlanılıb".

Millimedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib:

"Yolun hərəkət hissəsində avtomobilini saxlayaraq dəyənəklə digər sürücüyə hədə-qorxu gələn Sumqayıt şəhər sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib".

Xatırladaq ki, hadisə may ayının 23-də 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib.

Həmin görüntüləri təqdim edirik:

15/05/2024

Bakıda güclü yanğın başlayıb.

Millimedia.az xəbər verir ki, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazası yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

14/05/2024

Aparıcı Aytən Səfərova ilk dəfə keçirdiyi və bir nəfərin ölümünə səbəb olan qəzadan danışıb.

Millimedia.az xəbər verir ki, videoaçıqlama yayan aparıcı özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qəza görüntülərini əldə edə bilmir:

"Hər kəsə təşəkkür edirəm, bir çoxlarınıza cavab verə bilməmişəm. Gözəl söz yazanlara təşəkkür edirəm. Qəzadır da, qəza baş verir. Deyirlər, Aytən Səfərova rəhmətə gedib. Yox, sağam. Amma düşdüyüm qəzada rəhmətə gedən Ayxana Allah rəhmət eləsin. Onsuz məkanı cənnətdir. Anası Rəhiməyə, atası Sabitə Allah səbr versin.

Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır, məşhurdur deyə kadrları ört-basdır edir. Bu sakitçilikdən özümün də xoşum gəlmir. Kadrları özüm də görmüşəm və günahım yoxdur. İlk vaxtdan ailəmə, yaxınlarıma necə demişəmsə, elədir. Səhər 7-də işə gedirəm, 16 ildir gedib-gəldiyim yoldur. İşıqfora yaxınlaşanda sürəti azaldıram, 60-65 idi, qarşıma isə cip çıxır. Gəlir, sürətlə dönməyi bir tərəfə, hələ qazı basır. Düz get göstəricisi olan xəttən dönməsi bir yana, qırmızı işıqda dönür. Kadrları gördüm, amma əldə edə bilmirəm. Niyə, məqsəd nədir? İstintaq sirridir, dövlət sirri deyil axı. Ölüm halıdır, istintaq gedir. Niyə kadrlar ictimailəşmir? Mənə niyə verilmir? Vaxt getdikcə hiss edirəm ki, yaxşı qoxu gəlmir. İfunətin qarşısını almaq istəyirəm. Haqqımdı kadrı əldə etmək. Korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Ölkə başçısı deyir ki, vətəndaşın hüququ qorunmalıdır. Mənim haqqım kadrları görməkdir".

14/05/2024

Kim haqlıdır?

07/05/2024

🌧 Toya gələnlər yığışıb mağarı tutdular

Kürdəmirdə güclü yağış məclisdə çətin anlar yaşadıb.

03/05/2024

Azyaşlı son anda belə xilas oldu

02/05/2024

🚕Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb

Hadisə mayın 1-də "Bolt" şirkətinə məxsus avtomobildə baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb.

01/05/2024

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

Millimedia.az xəbər verir ki, bir nəfər metronun “Gənclik” stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiq edib.

“Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib”, - qurum rəsmisi bildirib.

Həmin görüntüləri təqdim edirik:

VİDEO: Baku.ws

30/04/2024

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub.

Millimedia.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb.

"Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mən yox Elcan (verilişin aparıcısı aktyor Elcan Rəsulov - red.) edib. Parik istəmirəm, insan göründüyü kimi olmalıdır" deyə, Əli Mirəliyev bildirib.

O, proqramın sonlarında parikini çıxarıb.

29/07/2023

Naxçıvanda Aşura günündə uşaqların görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub

28/07/2023

Meyxanaçı Rəşad Dağlının məhkəməsindən daha bir video yayıldı

28/07/2023

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.

Millimedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Address

Baku

Telephone

+994708114297

Website

Alerts

Be the first to know and let us send you an email when Millimedia.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Millimedia.az:

Share