BBN.az - Banks and Business Newspaper

  • Home
  • BBN.az - Banks and Business Newspaper

BBN.az - Banks and Business Newspaper Bank sektoru haqqında bütün yeniliklər
📪 [email protected]

📌 Kartlar populyar qaldıqca interchange haqlarının azalması çətin görünür➡️ https://lnkd.in/dXc3ZPTN
28/08/2026

📌 Kartlar populyar qaldıqca interchange haqlarının azalması çətin görünür

➡️ https://lnkd.in/dXc3ZPTN

📌 Google banklar üçün xüsusi Gemini AI platformasını istifadəyə verib➡️ https://lnkd.in/d62Z3RGj
28/08/2026

📌 Google banklar üçün xüsusi Gemini AI platformasını istifadəyə verib

➡️ https://lnkd.in/d62Z3RGj

Banklar iş yeri məlumatlarını hansı əsasla əldə edir? -Açıqlama
28/08/2026

Banklar iş yeri məlumatlarını hansı əsasla əldə edir? -Açıqlama

Vətəndaşların şəxsi və məşğulluq məlumatlarının banklar tərəfindən hansı hallarda əldə edilə bilməsi ilə bağlı suallara aydınlıq gətirilib. BBN.az xəbər verir ki, Azərbaycan…

📌 “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib➡️ https://lnkd.in/dEFNY6Pi
25/08/2026

📌 “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

➡️ https://lnkd.in/dEFNY6Pi

Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank v...
25/08/2026

Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib. Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.

25 avqust – 30 sentyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində “Ofisait” mağazalarında Rabitəbankın Kartmane Taksit kartı ilə alış-veriş edən müştərilər 7%-dək keşbek əldə edə biləcəklər. Bununla yanaşı, Kartmane Taksit kartı ilə edilən alış-verişləri 6 ayadək faizsiz taksitə bölmək mümkündür.

Beləliklə, kampaniya məktəbə hazırlıq dövrünün əsas ehtiyaclarını vahid alış-veriş çərçivəsində qarşılamaqla yanaşı, xərclərin ailə büdcəsinə təsirini daha balanslı şəkildə bölüşdürməyə şərait yaradır. Valideynlər yeni tədris ili üçün tələb olunan məhsulları indi əldə edib ödənişlərini növbəti aylara keçirə, eyni zamanda alış-verişdən əlavə keşbek qazana bilərlər.

Kampaniya paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Tovuz, Qazax, Şamaxı, Mingəçevir, Şəmkir, Göyçay, Ağdaş, İsmayıllı, Bərdə və Xankəndidə yerləşən “Ofisait” mağazaları daxil olmaqla, şəbəkənin 40-dan çox satış nöqtəsində keçərlidir. Bu isə kampaniyanın təqdim etdiyi üstünlüklərdən həm paytaxtda, həm də regionlarda yaşayan müştərilərin yararlanmasına şərait yaradır.

Rabitəbank Kartmane ilə gündəlik maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə müştərilərinin xərclərini daha çevik idarə etməsinə dəstək göstərir. “Nəhəng qayıdış” kampaniyası da yeni dərs ili ərəfəsində faizsiz taksit və keşbek üstünlüklərini bir araya gətirərək məktəb alış-verişinin maliyyə yükünü daha rahat idarə olunan formaya çevirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tokayevdən Milli Bankla bağlı mühüm qərar – Süleymenov yenidən sədr təyin edildiQazaxıstan Prezidenti Kasım-Jomart Tokay...
25/08/2026

Tokayevdən Milli Bankla bağlı mühüm qərar – Süleymenov yenidən sədr təyin edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Bankının rəhbərliyi ilə bağlı mühüm kadr qərarı verib.

BBN.az xəbər verir ki, Tokayev Timur Süleymenovu Qazaxıstan Milli Bankının sədri vəzifəsinə yenidən təyin edib. Süleymenov 2023-cü ilin sentyabrından ölkənin baş bankına rəhbərlik edir.

Təyinat Qazaxıstanda yeni Konstitusiyanın qüvvəyə minməsindən və ölkənin siyasi-idarəetmə sistemində aparılan dəyişikliklərdən sonra həyata keçirilib.

Milli Bankla yanaşı, Prezident digər mühüm dövlət qurumlarının rəhbərləri ilə bağlı da qərarlar qəbul edib. Yermek Sagimbayev Milli Təhlükəsizlik Komitəsinin, Dmitri Malaxov Ali Məhkəmə Şurasının rəhbəri, Artur Lastayev isə İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsinə yenidən təyin olunub.

Lakin iqtisadi və maliyyə bazarları baxımından əsas diqqət Timur Süleymenovun Milli Bankın rəhbəri postunda saxlanılmasına yönəlib. Bu qərarla Qazaxıstanın pul-kredit siyasətinə rəhbərlik edən əsas şəxsin səlahiyyətlərini davam etdirəcəyi rəsmiləşib.

Süleymenov Milli Banka rəhbərlik etməzdən əvvəl Qazaxıstan Prezident Administrasiyasında çalışıb, daha əvvəl isə ölkənin milli iqtisadiyyat naziri vəzifəsini tutub.

Qazaxıstandakı son təyinatlar ölkədə genişmiqyaslı konstitusiya keçidi fonunda baş verir. Prezident Tokayev hökumət səviyyəsində də kadr dəyişikliklərinin gözlənildiyini açıqlayıb.

Süni intellekt mərkəzi bankların işini niyə çətinləşdirir?
24/08/2026

Süni intellekt mərkəzi bankların işini niyə çətinləşdirir?

Süni intellekt artıq yalnız texnologiya sektorunun inkişafına deyil, qlobal iqtisadi artıma, investisiyalara, maliyyə bazarlarına və hətta mərkəzi bankların faiz qərarlarına təsir edən…

ABA-nın İcraçı direktoru kartlara mədaxil limitlərinin tədbiqini izah edib-MÜSAHİBƏ
10/08/2026

ABA-nın İcraçı direktoru kartlara mədaxil limitlərinin tədbiqini izah edib-MÜSAHİBƏ

Avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq edilən gündəlik 5 əməliyyat limiti hansı zərurətdən irəli gəldi?   İlk öncə onu deyim ki, bu yanaşma…

Address

Bakı, Süleyman Rəhimov Küç, 309

AZE1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

012 497 15 15

Website

Alerts

Be the first to know and let us send you an email when BBN.az - Banks and Business Newspaper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BBN.az - Banks and Business Newspaper:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share