İxtisas Seçimi Abituriyentlərə kömək 2022

İxtisas Seçimi Abituriyentlərə kömək  2022 19 il ixtisas seçimi təcrübəmizə güvənib Abituriyent, subakalavr üçün ixtisas seçimi ilə sizinləyik.

08/05/2025

Valideyinlərin və Abituriyentlərin nəzərinə: Dələduzlara aldanmayın❗❗❗

Tik-Tok sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi loqo və adından istifadə edərək, "pulunu ver, balını artırım" çağırışı ilə paylaşımlar edilir və müəyyən məbləğ qarşılığında DİM tərəfindən keçirilən imtahan ballarını artıra biləcəyini vəd edilir.

"Bu cür hallarla rastlaşan həm abituriyentlər, həm də valideynlər diqqətli olmalıdırlar.

DİM-in informasiya məlumat bazalarına kiminsə daxil olması, kiminsə orada nəyisə dəyişməsi və ya nəyəsə müdaxilə etməsi mümkün deyil."- DİM-dən bildirilib.

01/03/2025

İmtahan verən abituriyentlərin nəzərinə:

Həyat imtahanlarla doludur. Sabah iştirak edəcəyiniz imtahan da həyatınızda olan imtahanlardan bəlkə də ən kiçiyidir. İnsan imtahan verə- verə püxtələşir, kamilləşir. Ona görə də sabahkı imtahana özünüzə tam əmin olaraq iştirak edin. Özgüvən, özünə əminlik sizi uğura aparan əsas yoldur. Bütün imtahanlar sizi zamanla sınağa çəkəcək. Odur ki, sizi gözləyən bu imtahanda da zamana dəyər verin, qiymətini bilin. Bu həyatda Ən dəyərli şey zamandır. Vaxtınızı düzgün bölün sualları asandan çətinə doğru həll edin. Sona 30-40 dəqiqə qalmış yazdığınız sualları cavab kartına doldurun. Çalışın bütün sualları cavablandırın.Buraxılış imtahanında səhv düzü aparmır. Hər birinizə uğurlar arzulayıram.🙏

4 Fevral 1921 - ci il dünya şöhrətli alim, qeyri səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür.  Lütfi ...
04/02/2025

4 Fevral 1921 - ci il dünya şöhrətli alim, qeyri səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Lütfi Zadə nəinki Azərbaycan üçün bəşəriyyət üçün barmaqla sayılan bəşəri şəxsiyyətlərdən biridir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

Doğum günün mübarək böyük şəxsiyyət.

10/01/2025

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.

10/01/2025

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı.

▪️I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq

▪️Bildirilib ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

20/06/2024

Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanları başlayır. İmtahan verən bütün müəllimlərə uğurlar arzulayıram.

20/06/2024

22 iyun tarixindən etibarən ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üçün bakalavrların ixtisas seçimi başlayır.

Bu il magistratura pilləsinə 15791 plan yeri ayrılıb. 2023-cü ildə isə 14081 plan yeri ayrılmışdı.

Bu il magistratura pilləsinə ayrılan dövlət sifarişli (ödənişsiz) plan yerlərinin də sayı artıb. Belə ki, bu il 6816 plan yeri ödənişsiz, DS-dır. Keçən il isə 6388 plan yeri idi.

Beləliklə keçən illə müqayisədə plan yerində 1710 yer (12,1%) artım var. DS ixtisasların sayında 428 yer (6,7%) artım var.

14/06/2024

l və lV qrupların blok imtahan nəticələri elan olundu.

11/06/2024

Azərbaycan Texnologiya Universitetinə bu ildən 400-dən çox balla qəbul olacaq tələbələr aylıq 100 AZN, 500-dən çox balla qəbul olacaq tələbələrə aylıq 200 AZN əlavə təqaüdlər veriləcək.

11/06/2024

Sertifikasiyada 2-ci dəfə şans verilən müəllimlərdən 3909 nəfəri YENƏ KƏSİLİB!

(3424 nəfər ibtidai sinif müəllimi, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi)

Qeyd. Nəzərinizə çatdırım ki, keçid balı 30 baldır.

Dünyada inqilab edən Azərbaycanlı alim - Tural XudiyevT.Xudiyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti b...
04/06/2024

Dünyada inqilab edən Azərbaycanlı alim - Tural Xudiyev

T.Xudiyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər.

O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada Azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc edilib.

📝İlk təhsilini Bakıda 275 saylı məktəbdə alıb, orta təhsilini Şirvan özəl türk liseyində davam etdirib.

🇹🇷📍Hacettepe Universitetində "Atom enerjisi mühəndisliyi” fakültəsində bakalavr təhsili alıb. Bilkent Universitetində Material elmləri və Nanotexnologiyalar üzrə fəlsəfə doktoru adını alıb.

🎓📘Elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xudiyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işığı 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edə bilir.

👁👓Soydaşımız deyir ki, görmə əngəlli insanın gözünə hazırladıqları işığa həssas nanostrukturları yerləşdirdikdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlanır və insanın görmə qabiliyyəti bərpa oluna bilər.

📍O, hazırda Sinqapur Dövlət Universitetində Material Elmləri və Mühəndisliyi fakültəsinin dosentidir.

25/05/2024

İmtahan verən abituriyentlərin nəzərinə:

Həyat imtahanlarla doludur. Sabah iştirak edəcəyiniz imtahan da həyatınızda olan imtahanlardan bəlkə də ən kiçiyidir. İnsan imtahan verə- verə püxtələşir, kamilləşir. Ona görə də sabahkı imtahana özünüzə tam əmin olaraq iştirak edin. Özgüvən, özünə əminlik sizi uğura aparan əsas yoldur. Bütün imtahanlar sizi zamanla sınağa çəkəcək. Odur ki, sizi gözləyən bu imtahanda da zamana dəyər verin, qiymətini bilin. Bu həyatda Ən dəyərli şey zamandır. Vaxtınızı düzgün bölün sualları asandan çətinə doğru həll edin. Sona 30-40 dəqiqə qalmış yazdığınız sualları cavab kartına doldurun. Hər birinizə uğurlar arzulayıram.

Address

Baku

Telephone

+994552921472

Website

Alerts

Be the first to know and let us send you an email when İxtisas Seçimi Abituriyentlərə kömək 2022 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İxtisas Seçimi Abituriyentlərə kömək 2022:

Share