İnfoteka.az

İnfoteka.az Müstəqil xəbər portalı

Novruz bayramınız mübarək!az
21/03/2025

Novruz bayramınız mübarək!
az

Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub.martın 17-si “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu...
18/03/2025

Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub.

martın 17-si “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Meydanın ortasında yerləşdirilən səməni, eləcə də Novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa, cəngavərlər, poeziyamızda xüsusi yeri olan Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Məhsəti Gəncəvi kimi dünyaşöhrətli söz ustadlarımızın obrazlarını canlandıran aktyorlar, maskodlar, xadulistlər şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər.
Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Həmçinin tədbirdə tanınmış incəsənət xadimlərinin sevilən ifaları rəğbətlə qarşılanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, Milli Məclis deputatlarının, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində müxtəlif oyunlar, ümumi və məktəbəqədər təhsil müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Adil Əliyev Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Xəbərin ardı “infoteka.az” saytında…
az

Yel çərşənbəsi - təbiətin yeni nəfəsi.Novruz öncəsi ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi gəlib çatdı. Yel biz...
11/03/2025

Yel çərşənbəsi - təbiətin yeni nəfəsi.

Novruz öncəsi ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi gəlib çatdı. Yel bizi əhatə edən, içində yaşadığımız hava mühitinin önəmli tərkib hissəsidir. Təbiət hadisəsi kimi o hər zaman gərəklidir, ancaq Novruzqabağı yel daha böyük anlam daşıyır. Belə ki, Novruz yelini ulularımız təbiətdə yeni nəfəs, köhnəlikləri silib aparan, gəlişiylə dünyaya yeni düzən verən ruh kimi qəbul ediblər. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır, cana gətirir.

Yel ruh kimi gözə görünmür, o həm zərif, həm sərtdir, gözlənilməz və güzəştsizdir. Həm də o, gəlişiylə təbiəti yenidən oyandırır, nizamlayır, qarşıdakı mərhələyə hazırlayır, adladır. Yelin yaradıcı, müqəddəs kimi mənalandırılması, dəyərləndirilməsi onun dünyada, insan həyatında əvəzsiz varlıq olmasıyla bağlıdır. Onun qarşısını kəsən hansısa güc yoxdur, bütün təbiət onun istəyinə uyğunlaşır. Bu sayaq yel qışın çətinliyini, əzab-əziyyətini aparmaq üçün çox gərəklidir. Beləliklə, yel insanın arzuladığı, lakin gücünün yetmədiyi istəklərini yerinə yetirmiş olur.

Azərbaycan türklərinin əski inanclarında yel yaradıcı varlıq olaraq qəbul edilib. Bu baxımdan yelə “Tanrının nəfəsi” kimi inanılması təsadüfi deyil. Ulularımız yelin doğmalığını, onlar üçün əvəzsizliyini “Yel baba” deyimi ilə folklor yaddaşımıza yazıblar. Yaz yeli Novruzdan ən doğma soraqdır.
Yel çərşənbəsində qadınlar evi silib-süpürər, xalça-palazı, pərdələri yuyar, yorğan-döşəyi günə verərlər. Eləcə də evin görkəmində əsaslı, gözəçarpan dəyişikliklər edər, otaqlara yelin dəyməsi üçün qapı-pəncərəni açıq qoyarlar.
Çərşənbə axşamı bayram süfrəsi açılar, ortaya çeşidli Novruz nemətləri qoyular, həyətlərdə tonqal qalanar.

Yel çərşənbəsi günü qalanan tonqallar Novruzun daha bir müjdəçisidir. Xanımlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat tədarükü görürlər. Novruza sadəcə bir çərşənbə qaldı - Torpaq çərşənbəsi.
az

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə payl...
08/03/2025

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
az

İstanbulda möhtəşəm Ay görüntülənib.az
06/03/2025

İstanbulda möhtəşəm Ay görüntülənib.
az

🇦🇿🇹🇷Ankara bu gün.az
05/03/2025

🇦🇿🇹🇷Ankara bu gün.
az

Bu gün Od çərşənbəsidir.Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.İlin axır çərşənbələrindən ikinc...
04/03/2025

Bu gün Od çərşənbəsidir.

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 11-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.

2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
az

Xoş gəldin Ramazan
01/03/2025

Xoş gəldin Ramazan

Zelenski Ukraynanın atəşkəsə getməyəcəyini bildirib.Tramp isə cavabında qeyd edib ki, Zelenski ABŞ-yə  hörmətsizlik edir...
01/03/2025

Zelenski Ukraynanın atəşkəsə getməyəcəyini bildirib.

Tramp isə cavabında qeyd edib ki, Zelenski ABŞ-yə hörmətsizlik edir. “Mən bilirəm ki, siz qalib gələ bilməyəcəksiniz”, - Tramp əlavə edib.
az

.az
26/02/2025

.az

Bu gün Novruzun ilk - Su çərşənbəsidir.Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-də...
25/02/2025

Bu gün Novruzun ilk - Su çərşənbəsidir.

Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır. “Çillə” ağrı-acı deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir.

Qədimlərdən bu yana ulularımız sərt qışda həmişə yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.

Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.

Bu gün yazın gəlişini xəbər verən Novruzun ilk - Su çərşənbəsidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
az

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when İnfoteka.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İnfoteka.az:

Share