525-ci qəzet - 525.az

525-ci qəzet - 525.az "525-ci qəzet" və 525.az saytının "Facebook" səhifəsi
(1)

Ağa Məhəmməd xan Qacarın səkkiz qardaşı vardı və hamısı da yaşca özündən kiçik idi: Hüseynqulu xan, Cəfərqulu xan, Musta...
08/09/2025

Ağa Məhəmməd xan Qacarın səkkiz qardaşı vardı və hamısı da yaşca özündən kiçik idi: Hüseynqulu xan, Cəfərqulu xan, Mustafaqulu xan, Murtuzaqulu xan, Rzaqulu xan, Mehdiqulu xan, Abbasqulu xan və Əliqulu xan. Əliqulu xandan başqa, bu qardaşların hamısı Ağa Məhəmməd şahın sağlığında dünyalarını dəyişmişdi. Hüseynqulu x**a 1775-ci ildə Əli xan Qacar tərəfindən sui-qəsd olunmuş, Abbasqulu xan kiçik yaşlarında öz əcəli ilə ölmüş, ömrü boyu saray xidmətçisi olmuş Mehdiqulu xan elə iş başındaca vəfat etmişdi. Qardaşlardan dördü isə İran taxt-tacı uğrunda mübarizədə Ağa Məhəmməd şaha xəyanət etdiklərinə görə ondan öz layiqli cəzalarını almışdı. Rzaqulu xan şahın əlindən qaçıb, Herat şəhərinə getmiş, səfil bir həyat sürərək 1776-cı ildə Məşhəddə ölmüşdü. Mustafaqulu xanın 1787-ci ildə gözləri çıxarılmış, 1790-cı ildə Cəfərqulu xan boğulub öldürülmüş, Murtuzaqulu xan isə Rusiyaya qaçmış, 1800-cü ildə Astraxanda ömrünə son nöqtə qoyulmuşdu. Həmin vaxt Ağa Məhəmməd şah Qacarın qardaşlarından yalnız yeganə sağ qalanı Əliqulu xan isə İran qoşun hissələrinin birinə sərkərdəlik edirdi.

150 illik maraqlı və tutumlu ömür yoluna malik Azərbaycan teatrının tarixi çoxsaylı sənətkar adları, sənət fədailəri ilə...
08/09/2025

150 illik maraqlı və tutumlu ömür yoluna malik Azərbaycan teatrının tarixi çoxsaylı sənətkar adları, sənət fədailəri ilə zəngindir. Lakin onların arasında elələri var ki, sənət yolunu sadəcə yaradıcılıqla deyil, həm də böyük bir amalın daşıyıcısı olmaqla şərəfləndiriblər. Xalq artisti Vidadi Əliyev həmin sənətkarlar sırasında özünəməxsus yeri ilə seçilir. Onun bir aktyor və rejissor kimi hələ sənətinin və sənətçi ömrünün başlarından etibarən göstərdiyi fədakarlıq, milli teatr ənənələrinin qorunub saxlanması uğrunda əzmkar mübarizəsi və zəngin yaradıcılıq yolu bu gün Azərbaycan mədəniyyətinin parlaq və şərəfli səhifəsidir.

Köhnə şairlər böyük şəxsiyyətləri, tarixdə izi qalan müstəsna insanları ulduzlara oxşadıblar və bu bənzətmədə haqq da va...
08/09/2025

Köhnə şairlər böyük şəxsiyyətləri, tarixdə izi qalan müstəsna insanları ulduzlara oxşadıblar və bu bənzətmədə haqq da var. Səyyarələr kimi, azman yaradıcılar da nuruyla hansısa zaman parçasını dolduraraq içəridən böyüdür. Ancaq ulduzlar sönsə də, bəzən yüzillər, minillər sonra da onların işığı insanlara çatmaqda və çoxdan sönmüş həmin səyyarələr elə indi də diri olan, nurunu saçmaqda davam edən kimi qavranılır.

Komissarlığın nümayəndəsi yadımda təxminən belə qalıb: bürokratik maşının, ruhsuz mexanizmin tipik nümayəndəsi və canlı ...
08/09/2025

Komissarlığın nümayəndəsi yadımda təxminən belə qalıb: bürokratik maşının, ruhsuz mexanizmin tipik nümayəndəsi və canlı təcəssümü; sifəti elə bil daşdan yonulub - əbədi bir etinasızlıq, yorğunluq qrimasası həkk olunub üzündə. Danışmadan belə adamı sıxıntıya salır. Səs monoton, sözlər quru və mexaniki, sanki təlimatdan oxuyur. Onun üçün nə hisslərin, nə də həyat hekayətlərinin əhəmiyyəti var. Sənin kim olduğun, nə düşündüyün onun üçün maraqlı deyil. Onun işi başa düşmək deyil, sadəcə idarə etmək və itaət tələb etməkdir...

Hekayəçilik. Yazıçı-publisist İmamverdi İsmayılov bədii yaradıcılığa Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakü...
08/09/2025

Hekayəçilik. Yazıçı-publisist İmamverdi İsmayılov bədii yaradıcılığa Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi ikən yazdığı "Təqaüd" adlı hekayəsi ilə başlamışdır. Hekayədə tələbəlik həyatının səciyyəvi detalları əsasında gəncləri düşündürən yaddaqalan hadisələr qələmə alınmışdır. Sonrakı dövrlərdə də İmamverdi İsmayılov hekayəçilik fəaliyyətini davam etdirmişdir. Onun müxtəlif illərdə qələmə aldığı "Yurd gürzəsi", "Astanada ölüm", "Göyərçin köçü" və sair hekayələrində cəmiyyət həyatının aktual məsələləri təsvir edilmişdir. İmamverdi İsmayılovun yaradıcılığı, o cümlədən də hekayələri publisistika ilə bədii nəsrin üzvü əlaqəsi və sintezi əsasında yazılmış yaddaqalan ədəbiyyat nümunələridir. Haqlı olaraq qeyd edildiyi kimi, İmamverdi İsmayılov "Publisistika ağırlıqlı hekayəçidir".

Müsahibimiz yazıçı-jurnalist, İTV-nin "Sabaha saxlamayaq" verilişinin aparıcısı Vüsalə Məmmədovadır.
08/09/2025

Müsahibimiz yazıçı-jurnalist, İTV-nin "Sabaha saxlamayaq" verilişinin aparıcısı Vüsalə Məmmədovadır.

Fernandu Santuş istefaya göndərildi
08/09/2025

Fernandu Santuş istefaya göndərildi

Müasir dövrdə əhalinin maliyyə ehtiyaclarını qarşılamaq üçün bir sıra alternativ maliyyələşmə vasitələri mövcuddur. Bu v...
08/09/2025

Müasir dövrdə əhalinin maliyyə ehtiyaclarını qarşılamaq üçün bir sıra alternativ maliyyələşmə vasitələri mövcuddur. Bu vasitələr arasında ən geniş yayılmışı banklardan kredit əldə etməkdir. Lakin son illərdə bankların kredit şərtlərinin sərtləşməsi, tələb olunan sənədlərin çoxluğu və prosesin vaxt aparması bir çox vətəndaşları alternativ yollar axtarmağa vadar edir. Belə alternativlərdən biri də lombardlardır.

“Tramp Putinə istədiyini verdi” - Zelenski
08/09/2025

“Tramp Putinə istədiyini verdi” - Zelenski

Türkiyə millisinin tarixinə düşən məğlubiyyət"Ay-ulduzlular" dördüncü dəfə qapısında 6 cavabsız qol gördü...
07/09/2025

Türkiyə millisinin tarixinə düşən məğlubiyyət

"Ay-ulduzlular" dördüncü dəfə qapısında 6 cavabsız qol gördü...

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əlaqələr daim genişlənir
06/09/2025

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əlaqələr daim genişlənir

Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatından səkkiz il ötür
06/09/2025

Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatından səkkiz il ötür

Address

Yasamal Rayonu, Əhməd Cəmil Küçəsi, 64/66
Baku
AZ1141

Telephone

+994125102883

Website

Alerts

Be the first to know and let us send you an email when 525-ci qəzet - 525.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 525-ci qəzet - 525.az:

Share