03/10/2026
BTV Xəbər bildirir ki, Meksikanın Kankun şəhərində bir ana qızının avtobusda hərəkət zamanı bir kişi tərəfindən çəkildiyini iddia edib.
Məlumata görə, hadisə 17 nömrəli marşrut avtobusunda qız işə gedərkən baş verib. Ailə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Ana qadınlardan ictimai nəqliyyatdan istifadə zamanı diqqətli olmalarını və ehtiyat tədbirlərinə əməl etmələrini istəyib.
Hadisə ilə bağlı şəxsin kimliyi və görüntüləri hansı məqsədlə çəkdiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, şəxsi tanıyan və ya oxşar halla qarşılaşan şəxslərə məsələni aidiyyəti qurumlara bildirmələri, qarşıdurmadan çəkinmələri tövsiyə olunur.
Müəllif: Fərmanlı Camal
© 2026 BTV Xəbər. Bütün hüquqlar qorunur.
📞 Qaynar xətt: 060 212 03 03
✉️ E-mail: [email protected]
🌐 www.btvxeber.com