Sahil Haber Ajansi

Sahil Haber Ajansi BTV Azərbaycanın aparıcı xəbər kanallarından biridir.

Peşəkar komandası ilə ictimai, siyasi, iqtisadi və mədəni sahələrdə baş verən hadisələri operativ və obyektiv işıqlandırır, izləyicilərə dəqiq və dolğun informasiya təqdim edir.

01/11/2025

Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi–uşaq bağçasından azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

30/10/2025

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbas oğlu Əzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən "Sofi Həmid Piri" qəbiristanlığında dəfn olunub.

30/10/2025

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntuları ilə bağlı genişmiqyaslı cinayət işi açılıb. Lent.az-ın yaydığı məlumata görə, istintaq çərçivəsində AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə dindiriliblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar 2020–2023-cü illərdə Akademiyada baş verən ciddi maliyyə və vəzifə pozuntularını üzə çıxarıb.

30/10/2025

Astara rayonunda toyu günü ölən 17 yaşlı gəlinin xəstəxanaya daxil olma səbəbi açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BTV-nin sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

30/10/2025

Paytaxt məktəblərində fəaliyyət göstərən bufetlərdə qida təhlükəsizliyinə nə dərəcədə riayət olunduğu mövzusu gündəmdədir. Şəhər sakinləri arasında apardığımız sorğuya əsasən, bir çox valideynlər və şagirdlər məktəb bufetlərində satılan məhsulların keyfiyyətindən narazıdır.

Sorğuda iştirak edənlərin bəziləri bufetlərdə təzə və sağlam qidaların az olduğunu, bəzi məhsulların isə standartlara cavab vermədiyini bildiriblər. Digər tərəfdən, bəzi valideynlər qeyd ediblər ki, bəzi məktəblərdə nəzarət yüksək səviyyədədir və qidalar mütəmadi olaraq yoxlanılır.

Ekspertlərin fikrincə, məktəb bufetlərində təklif olunan qidaların keyfiyyətinə mütəmadi olaraq gigiyenik və sanitar baxımdan nəzarət olunmalıdır. Qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi uşaqların sağlamlığı üçün ciddi risk yarada bilər.

Qeyd edək ki, Təhsil və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məktəblərdə bu istiqamətdə yoxlamalar aparılsa da, hələ də bəzi təhsil müəssisələrində problemlər qalmaqdadır.

29/10/2025
29/10/2025

Azərbaycanın Konstitusiyası ölkənin suverenliyini möhkəmləndirib, keçmişin bütün çətinliklərini indiyə və gələcəyə doğru çevirmək üçün yeni bir mərhələ yaradıb. Həmçinin coğrafi imkanları dayanıqlı inkişaf üçün ümidverici fürsətlərə çevirib. Bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

29/10/2025

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

29/10/2025

Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.

29/10/2025

Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimi qurama obrazlar… Hələ son deyil… Siyahıya elektron platformalardan göndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilən şirnikləndirici reklamları və daha nələri-nələri əlavə edə bilərik. Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır.

Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq.

Əziz vətəndaşlar!

Ona görə də kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.

Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin.

Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!

24/10/2025

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən çoxmərtəbəli binada qəza hadisəsi baş verib. İlkin məlumata görə, binanın eyvan hissəsi aşıb və aşağı mərtəbədə fəaliyyət göstərən restoranın üzərinə çöküb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə ciddi maddi ziyan dəyib. Restoranın tavan və inventar hissələrinə zərər dəyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda hadisənin səbəbləri araşdırılır.

21/10/2025

Texnologiyanın sürətli inkişafı süni intellektin (Sİ) imkanlarını hər keçən gün daha da genişləndirir. Artıq bir çox sahələrdə insanın yerinə qərar qəbul edən, analiz aparan və yaradıcılıq nümayiş etdirən sistemlər mövcuddur. Lakin mütəxəssislər bildirirlər ki, süni intellekt hələlik insan kimi düşünə bilmir.

Elm adamlarının fikrincə, süni intellekt yalnız verilən məlumatlar əsasında nəticə çıxara bilir və onun “şüuru” yoxdur. Yəni, insan beyni kimi duyğu, təcrübə və emosiyalara əsaslanan qərarlar qəbul etmir. Bununla belə, gələcəkdə süni intellektin daha da inkişaf edərək insan düşüncəsinə yaxın qabiliyyətlər qazanacağı istisna edilmir.

Hazırda dünyanın aparıcı texnoloji şirkətləri insan düşüncəsini təqlid edən sistemlərin yaradılması istiqamətində araşdırmalar aparırlar.

İxtisasçılar hesab edirlər ki, süni intellektin tam şəkildə insan kimi düşünməsi üçün yalnız texnoloji deyil, həm də etik və fəlsəfi sualların cavablandırılması vacibdir.

Address

Binəqədi Rayonu, Cavadxan Küçəsi 4A
Baku
1102

Alerts

Be the first to know and let us send you an email when Sahil Haber Ajansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sahil Haber Ajansi:

Share