Fakt Tv

Fakt Tv Gazeteçi

Laçında 4-min  kitabın qapısına qıfıl vurulur❗️ Bəs Mədəniyyət Nazirliyi  Haradadır? Hörmətli Bakı Abadlıq Xidməti, kita...
11/08/2026

Laçında 4-min kitabın qapısına qıfıl vurulur❗️

Bəs Mədəniyyət Nazirliyi Haradadır?

Hörmətli Bakı Abadlıq Xidməti, kitabxananı açmaq nə idi, bağlamaq nədir?

İşğaldan azad edilmiş Laçında şəhər yenidən qurulur. Yeni binalar tikilir, yollar salınır, həyat qayıdır.

Amma bütün bunların ortasında Laçının mədəni həyatına aid bir qapı bağlanır Simurq kitabxanasının qapısı!

4-fevral 2024-cü ildə yaradılan bu kitabxana qısa müddətdə 4 minə yaxın kitabı bir araya gətirib. Bu fond təsadüfən yaranmayıb. Kitabları müxtəlif elm və təhsil müəssisələri, yazıçılar, şairlər, ziyalılar və ictimai fəallar könüllü şəkildə bağışlayıblar.

İndi isə kitabxana əvvəlcə 6-ay fəaliyyət göstərmir, ardınca isə tamamilə bağlanır.

Niyğ? Kim qərar verib? Niyə ictimaiyyətə aydın və əsaslandırılmış açıqlama verilmir?

4 minə yaxın kitabın taleyi necə olacaq???

Ən əsası isə, Azərbaycan Mədəniyyət Nazirliyi Laçında yeni yaradılmış bir kitabxananın bağlanmasına niyə göz yumur?

Biz illərlə Laçının işğaldan azad olunacağı günü gözləmişik...

Bu gün Laçın azaddır. Biz istəyirik ki, orada təkcə binalar deyil, mədəni həyat da yaşasın.

Bir şəhəri yalnız asfalt, bina və park şəhər etmir. Şəhəri şəhər edən onun yaddaşıdır.
Kitablarıdır, ziyalılarıdır, mədəniyyətidir, oxuyan insanlarıdır.

Əgər işğaldan azad edilmiş Laçında kitabxananı yaşatmaq üçün dövlət səviyyəsində bir çıxış yolu tapılmırsa, bu ən azı ciddi şəkildə müzakirə edilməli məsələdir!

Mədəniyyət Nazirliyi bu məsələyə təcili və açıq şəkildə münasibət bildirməlidir.

Simurq kitabxanasının bağlanmasının səbəbi nədir? Kitabxananın 4-minə yaxın kitabdan ibarət fondu hara köçürüləcək?

Laçında onun yerinə başqa kitabxana yaradılacaqmı? Yoxsa işğaldan azad edilmiş Laçında kitab üçün yer tapılmayacaq?

Biz Laçını yalnız yenidən tikmirik. Biz Laçını yenidən yaşatmalıyıq!

Laçının yaşaması üçün kitabxanaların qapıları bağlanmamalı, əksinə, daha da geniş açılmalıdır.

Mədəniyyət Nazirliyindən tələb edirik, Simurq kitabxanasının bağlanmasına aydınlıq gətirin və bu mədəniyyət ocağının fəaliyyətinin davam etdirilməsi üçün çıxış yolu tapın!

Çünki 4-min kitab sadəcə 4-min kitab deyil, Laçının gələcəyinə qoyulmuş 4 min ümiddir!

Yusif Şamil Oğlu

08/08/2026

Əmircan Şəhidlər Xiyabanında vandalizm aktı törədilib.

Əmircan Şəhidlər Xiyabanında şəhidimiz Kapitan Xəyyam Əliyevin məzarına qarşı vandalizm aktı törədilib.

Bu barədə şəhidimizin atası Əlixan Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.

Şəhidlərimizin uyuduğu məkanlara qarşı belə hərəkətlər yolverilməzdir. Hadisənin tezliklə araşdırılacağına, vandalizm aktını törədən şəxs və ya şəxslərin müəyyən edilərək qanunamüvafiq məsuliyyətə cəlb olunacağına inanırıq.

Şəhidlərimizin əziz xatirəsi müqəddəsdir və ona hörmətsizlik heç bir halda qəbulolunan deyil.

05/08/2026

Fulya Öztürk yenidən Qarabağ ❤️

04/08/2026

Tofiq Orucovun şərəfli adından şəxsi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Bunu öz övladları da deyir.

Son zamanlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayevə qarşı bir qrup şəxs tərəfindən təxribat xarakterli kampaniya aparılır.

Rövşən Rzayev hər zaman şəhid ailələrinin, qazilərimizin, eləcə də qaçqın və məcburi köçkünlərin yanında olub, onların problemlərinin həlli istiqamətində dəstəyini əsirgəməyib.

Şəhid və ya veteran anasını kamera qarşısında oturdub, şəhidlərin şəkillərini önünə qoyaraq danışdırmaq, yaşlı bir qadından istifadə edib cəmiyyətin ən həssas məqamlarına toxunmaq qəbuledilməzdir.

Şəxsən mən də dəfələrlə ehtiyacı olan ailələrlə bağlı Rövşən Rzayevə müraciət etmişəm. Hər dəfə də problemlərin operativ şəkildə həll olunmasının şahidi olmuşam.

Bu yaxınlarda isə bir evdə yaşayan, ümumilikdə 9 nəfərdən ibarət iki ailə mənə müraciət etdi.

Mən də onların Qarabağa köçürülməsi ilə bağlı Rövşən Rzayevə müraciət etdim. Müraciətimi qəbul etdi və həmin ailələrə tam təmənnasız şəkildə köməklik göstərdi.

Danışığımız zamanı qeyd etdi ki, əsas məqsədləri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına, öz ocaqlarına qayıdışını təmin etməkdir və bu istiqamətdə dəstəklərini əsirgəmirlər.

Rövşən Rzayevin istər şəhid ailəsinə, istərsə də adi vətəndaşa qarşı kobud rəftarı, əlbəttə ki, qəbul edilə bilməz. Ancaq eyni zamanda, heç bir əsası olmayan, şər və böhtan xarakterli paylaşımların yayılması da qəbulolunan deyil.

Hər kəs tənqid edərkən faktlara söykənməli, cəmiyyəti çaşdıracaq əsassız iddialardan uzaq durmalıdır. Şəhidlərimizin müqəddəs adı, onların ailələrinin hissləri və mərhum insanların xatirəsi heç vaxt şəxsi maraqlar naminə istifadə edilməməlidir.

Yusif Şamil Oğlu

36 yaşlı həmyerlimiz Tofiq Musayev UFC karyerasında 2-ci qələbəsini Lüdovit Kleyn üzərində texniki nokautla qazandı.
01/08/2026

36 yaşlı həmyerlimiz Tofiq Musayev UFC karyerasında 2-ci qələbəsini Lüdovit Kleyn üzərində texniki nokautla qazandı.

01/08/2026

Reallıq?

30/07/2026

Kəramət Böyükçöl səni deyirlər. 😏

14/07/2026

Milli Qəhrəman İlqar Mirzəyevin anasının onun məzarı başında dediyi sözlər hamını təsirləndirib.

Allah rəhmət eləsin!

Bu gün Vətənimizin igid oğlu, “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun doğ...
12/07/2026

Bu gün Vətənimizin igid oğlu, “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

1972-ci il 12 iyul tarixində Ağdam rayonunun Cinli kəndində dünyaya göz açan Raquf Orucov ömrünü Vətənə xidmətə həsr etdi. O, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olaraq adını Azərbaycan hərb tarixinin şərəf səhifələrinə yazdı. Bu gün Sumqayıt Şəhidlər xiyabanında uyuyan qəhrəmanımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.

Raquf Orucovun ən böyük irsi onun Vətən sevgisi, döyüş yoldaşlarının hörmətlə xatırladığı igidliyi və gələcək nəsillərə örnək olan qəhrəmanlığıdır. O, Aqşin və Nihad adlı iki oğluna şərəfli bir ad, həyat yoldaşı Sevinc Alızadəyə isə müqəddəs şəhid ailəsinin qürurunu əmanət etdi.

Təəssüf doğuran məqamlardan biri də budur ki, xalq arasında böyük rəğbət qazanan, göstərdiyi misilsiz qəhrəmanlıqla dillər əzbəri olan Raquf Orucova bu günə qədər layiq olduğu Azərbaycanın Milli Qəhrəmanı adı verilməyib.

İnanırıq ki, dövlətimiz onun xidmətlərini ən yüksək səviyyədə qiymətləndirəcək və bu tarixi ədalət gec-tez öz yerini tapacaq.

Allah rəhmət eləsin!

(Yusif Şamil oğlu)

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
11/07/2026

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Fakt Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category