AzNews.az

AzNews.az Məqsədimiz oxuculara daima düzgün və dolğun xəbər çatdırmaqdır.

Medianın İnkişaf Agentliyi tərəfindən mətbuat nümayəndələri kababxanalardan auditoriyalara daşındı, ADA kimi nüfuzlu uni...
12/07/2025

Medianın İnkişaf Agentliyi tərəfindən mətbuat nümayəndələri kababxanalardan auditoriyalara daşındı, ADA kimi nüfuzlu universitetlərdə təlimlərə, seminar və elmi-praktik müzakirələrə cəlb olundu. Bu, medianın cəmiyyətə daha yaxşı xidmət etməsi üçün müsbət bir dönüş idi. Amma indi böyük şirkətlərin - xüsusilə bazarda monopol mövqeyə malik olan Azersun Holding in- medianı yenidən kababxanaya çəkməsi, başqa sözlə, köhnə metodlara qayıtması narahatlıq doğurur.

Tez və Düz!

Rusiya öz postsovet məkanında rus dilini ideoloji təsir vasitəsi kimi saxlayır və bu dil vasitəsilə öz geopolitik ambisi...
03/07/2025

Rusiya öz postsovet məkanında rus dilini ideoloji təsir vasitəsi kimi saxlayır və bu dil vasitəsilə öz geopolitik ambisiyalarını gerçəkləşdirməyə çalışır. Bu ambisiyaları sıradan çıxarmaq post-imperial dövrdə öz kimliyini daha aydın dərk edən Azərbaycanın strateji qərarıdır. Bu qərar nə emosional, nə də populist addımdır - dövlətçilik təfəkkürünün diktə etdiyi zərurətdir. Bu labüd prosesi uğurla sonuclandırmaq bizim həm dövlət, həm də cəmiyyət olaraq vəzifəmizdir.

Tez və Düz!

Rusiya Azərbaycandan nə istəyir?- bəzən soruşurlar.Rusiya Azərbaycandan sərvətlərimizi, gücümüzü, müstəqilliyimizi, tərə...
03/07/2025

Rusiya Azərbaycandan nə istəyir?- bəzən soruşurlar.

Rusiya Azərbaycandan sərvətlərimizi, gücümüzü, müstəqilliyimizi, tərəqqi əzmimizi, qürurumuzu, iradəmizi, ləyaqətimizi istəyir.

Rusiya öz "neo-imperial reflekslər"i ilə postsovet ölkələrinin milli tərəqqi modellərinə qarşı çıxır.

Tez və Düz!

Bu rəqəmdən çox aydın şəkildə görünür ki, Azərbaycanda dövlət qulluqçusu olmaq istəyən ali məktəb məzunlarının 71,9 faiz...
23/06/2025

Bu rəqəmdən çox aydın şəkildə görünür ki, Azərbaycanda dövlət qulluqçusu olmaq istəyən ali məktəb məzunlarının 71,9 faizi imtahanlardan keçə bilmir, başqa sözlə, dövlət qulluğuna yararsız çıxarılır.

Tez və Düz!

11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yayd...
23/05/2025

11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır.

Doktaranturaya qəbul imtahanlarında elə sistem icad ediblər ki, ingilis dilini B2 səviyyəsində bilən iddiaçıların əksəriyyəti A1-lə A2-nin arasında qalır. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda BDU-nun hüquq fakültəsinin bakalavr proqramından az qala çətin hüquq biliyi tələb edilir. Ali məktəbdə hüquq keçməyən məzunlar o alternativ proqramınızı harada öyrənməlidir? Buna cavab verilməlidir! Bu yaxınlarda eşitdim ki, məhkəmələrdə xeyli sayda hakim vakansiyası olduğu halda, ali təhsilli, müəyyən praktikaya sahib hüquqşünaslar DİM-in imtahanlarından keçə bilmir. Məhz DİM-in külli-ixtiyar sahibi olmaq cəhdlərinin nəticəsidir ki, Azərbaycan Respublikasının ən nüfuzlu ali məktəblərinin belə verdiyi diplomlar bütün əsas funksiyalarını itirib. Bakalavr, magistr, bir çox hallarda doktorantura diplomları belə, DİM-in imtahanlarına “giriş bileti” səciyyəsi daşıyır. Bu nə imtahanmaniyadır?

Tez və Düz!

28/02/2025

Laçına yağar...

Söz: Taleh Şahsuvarlı
Səs: Ayna Məmmədova

Azərbaycanda akademik sistemin yenilənməsi qarşısında ən böyük iki maneə var.  Bunlardan birincisi, Dövlət İmtahan Mərkə...
22/02/2025

Azərbaycanda akademik sistemin yenilənməsi qarşısında ən böyük iki maneə var. Bunlardan birincisi, Dövlət İmtahan Mərkəzidir.
İkincisi, sovet sisteminin qalığı olan Ali Attestasiya Komissiyasını ləğv etmədən, Azərbaycanın elm adamlarının araşdırmaçılıq motivasiyasını və əzmini sındırmaqdan başqa heç nəyə yaramayan bu qurumu tarixin arxivinə göndərmədən hər hansı elmi dinamikadan danışmaq mümkün deyil.

Tez və Düz!

Address


Alerts

Be the first to know and let us send you an email when AzNews.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AzNews.az:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share