7GÜN XƏBƏR

7GÜN XƏBƏR 7GÜN XƏBƏR 🖥️ t.ly/NImOf «7GÜN XƏBƏR» qəzeti 2012-ci ildə təsis edilib.

Qəzetin rəsmi saytı olan 7gun.org aktual mövzular və digər maraqlı məqalələrlə gündəlik yenilənir.

✓ Təsisçi və ilk baş redaktor: Cavid Şirəliyev

16/06/2026

Hakimdən jurnalistə qarşı qərəzli qərar.11.06.2026- ci il tarixdə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədirliyi ilə keçi...
12/06/2026

Hakimdən jurnalistə qarşı qərəzli qərar.
11.06.2026- ci il tarixdə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədirliyi ilə keçirilən prosesdə 7 GÜN XƏBƏR qəzetinin həbsdə olan rəhbəri, jurnalist Cavid Şirəliyevlə bağlı ədalətsiz ve qərəzli qərar qəbul edildi.
Məlum olan odur ki,iddihamın əsasını təşkil edən sənədlərin yerinde olmamasını görməzlikdən gəlmək artıq məhkəmə tərcüməsində adiləşmişdir.
Bu, ədalətsiz ve qərəzli qərar birdaha sübut etdi ki, Qanun Şah deyil,Şah qanundur.

Kamran Əliyev,kimdir günahkar?  Son illər ölkədə sifarişli və qanunsuz həbislərin sayında sürətli artım müşahidə olunur....
01/06/2026

Kamran Əliyev,kimdir günahkar?
Son illər ölkədə sifarişli və qanunsuz həbislərin sayında sürətli artım müşahidə olunur.İndi nadir hallarda məhkum edilməmiş insana rast gəlmək mümkündur yazının ardını saytımızda oxumaq mümkündür.

Ədliyyə Naziri Fərid Əhmədova şok müraciət
15/05/2026

Ədliyyə Naziri Fərid Əhmədova şok müraciət

Ölkədə insan hüquqlarnın müdafiyəsi sahəsində olduqca ciddi problemlər mövcuddur.  Hüququn nə oldğunu bilməyənlər özləri...
27/04/2026

Ölkədə insan hüquqlarnın müdafiyəsi sahəsində olduqca ciddi problemlər mövcuddur.
Hüququn nə oldğunu bilməyənlər özlərini hüqua mudafiəcisi kimi təqdim edenlər ayri- ayri məmurlardan aldıqları tapşirıq əsasnda insan hüquqları ilə bağlı real vəziyyəti gizlədirlər.
Həmin "hüquq müdafiəciləri"insanların hüquqlarnı onların maddi vəziyyətindəm və müyyəyen quruplara mənsubiyyətindən asli olaraq müdafiə edirlər .Təbbiki ,buda yol verilməzdi ,və qəbul edioməzdir.Bu bizs qədim Hindistandaki kastalarıxatırladır.
Əslində hüquq müdafiəcisi nece olmalı və insan hüquqlarnı müdafiyə edərkən nəyə üsdünlük verməlidir?
Bu və ya digər suallara mümkün qədər qısaca cavab verməyə çalışacağam .Hüquq müdafiəçisi yüksək insani keyfiyətlərə malik,ləyaqətli,dürüst peşəkar olmalı,öz peşəsinə vicdanla yanaşmaldır.Hüquq müdafiəçisi insan hüquqlarnı müdafiyə edərkən hansısa ayrı -seçkilyə üsdünluk verməməlidir.Yalnız dəyərləri müdafiə etməlidir.Bəs görəsən indi bu tələblərə cavab veren hüqüq müdafiəçisi varmi?
Əlbəttdə ki, yoxdur!Ümumi maraqlar şuarı altında şəxsi və cılız mənafeələrinə xidmət edən qeyri- peşəkarları hüquq müdafiəçisi kimi qəbul edib,onların bizləri hüquq müstəvisində müdafiə edəcəklərinə inanmaq can üsdündə qalan xəsdənin yaşamaq arzusu və ümudi ilə cərrah xalatını geyinmiş qəssaba öz talehini. həvalə etmesine bərabərdir.
Müdrik atalarmız bu yerde gözəl deyib "Xəsdə(keci )can hayında,qəssab piy axdarır,"
Mövzunun davami olacaq.
7gün xəbər qəzetinin həpisdəki rəhbəri ,jurnalist Cavid Şirəliyev.

Sabiq məmurun adından istifadə edərək övladı üçün aliment tələbiylə gündəmə gələn Ana narkotik istifadəçisi imiş:Narkoti...
16/04/2026

Sabiq məmurun adından istifadə edərək övladı üçün aliment tələbiylə gündəmə gələn Ana narkotik istifadəçisi imiş:
Narkotik işləri üzrə qurulmuş klassik müdafiə taktikası işə yaramadı. Fidan Abbasova ilə bağlı məhkəmə qərarı – narkotik istifadəsi təsdiqləndi.

7Gun.az xəbər verir ki Son dövrlərdə müxtəlif qalmaqallı iddialarla gündəmə gələn özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb) Abbasova Fidan Loğman qızı ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. Məlum olub ki, o, narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib və bu fakt məhkəmə tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2026-cı il tarixli qərarına əsasən, Abbasova Fidan Loğman qızının əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yer alan məlumatlara görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, 04 mart 2026-cı il tarixində ondan götürülmüş sidik nümunəsində narkotik maddə Marixuana — THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Abbasova Fidan Loğman qızı təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.
Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi klassik hüquqi taktikadan istifadə etməklə təqsirkarı məsuliyyətdən yayındırmağa çalışıb.

Belə ki, F.Abbasova məqsdəli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçmiş, nəticələr mənfi çıxdığı- narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə etmişdir.

Qərardan narazı qalan Abbasova Fidan Loğman qızı apellyasiya şikayəti ilə çıxış edərək, həm narkoloji mərkəzin, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib.

Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib. Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən bir daha təsdiqlənib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibbi elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi 24 fevral tarixindən 10 mart tarixinədək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənmişdir. Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olmuşdur.
Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

•Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;
•Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;
•Apellyasiya şikayətində qeyd olunan menstrual tsiklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

•Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib
Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın “taktika” ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.

Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Abbasova Fidan Loğman qızının inzibati xəta törətməsi faktı- narkotik istifadəçisi olması tam sübuta yetirilmiş hesab edilib.

03/04/2026

Müğənni Nərmin Kərimbəyova “Səninəm” adlı keçmişin meqa hitinə müraciət edib.

7Gun.az xəbər verir ki, sözügedən kompozisiyanın musiqisi millət vəkili, bəstəkar Novruz Aslana, sözləri isə təkrarolunmaz Xanım İsmayılqızına məxsusdur.
"Səninəm" mərhum sənətkar İlhamə Quliyevanın repertuarından sevilmişdi.

Ötən ilin yay aylarında
İTV-də yayımlanan “İllərin Nəğmələri” adlı layihədə Nərminin “Səninəm” ifası ilə iştirakı bir çoxlarının, həmçinin mahnı müəllifinin diqqətini çəkmişdi.

Novruz Aslan mahnının yeni tərz aranjimanla ifa olunmasını və ifaçıya bu işdə hər cür dəstək olacağını bildirmişdi. Yeni aranjiman Rasim Əsgərov və Dahinə həvalə olundu.

Bəstənin yeni versiyada səslənməsi, mahnının orijinal abu-havasını dəstəkləyərək Nərminin səhnə şıltağlığını daha da vurğuladı və ərsəyə yenilənmiş tam yay atmosferli “Səninəm” mahnısı gəldi.

Mahnı üçün təşkil olunmuş xüsusi fotosessiya Kərimbəyovanı müasir şərq tərzində, keçmişdə populyar olan və yenidən dəbə gələn makiyajla işıqlandırdı.
“Səninəm” Nərmin Kərimbəyovanın rəsmi "youtube" kanalında aktivdir.

27/03/2026

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when 7GÜN XƏBƏR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 7GÜN XƏBƏR:

Shortcuts

Share

Category