Baku Media Center

Baku Media Center We are a leading, innovative and creative media company engaged in the production and broadcast.
(201)

Baku Media Center is a leading and innovative media company producing audiovisual products in Azerbaijan. The Center has extensive experience in organizing a range of local and international events.

02/06/2026

Bakı Media Mərkəzinin yaradıcı heyətinin “Beermix by Xırdalan” üçün ərsəyə gətirdiyi yeni reklam çarxını sizə təqdim edirik.

İllərin etibarını üzərində daşıyan “Xırdalan” bu dəfə yeni dadların və müasir enerjinin izinə düşür. Reklamda komandamız ənənəvi keyfiyyəti fərqli yanaşma ilə birləşdirərək brendə yeni vizual nəfəs gətirir.

Videoçarxda məhsulun klassik ruhu və yenilənən brend dünyasının harmoniyası gösə bilərsiniz.

27/05/2026

1918-ci ildə əsası qoyulan müstəqillik yolumuz bu gün də qürurla davam edir.

Azadlığımız, birliyimiz və dövlətçiliyimiz bayrağımız kimi daim uca olsun🇦🇿

28 May - Müstəqillik Günümüz mübarək!

25/05/2026

Bakı Media Mərkəzi 10–14 may tarixlərində keçirilən və Eurosport-da yayımlanan Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının canlı yayımını uğurla həyata keçirib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, 5 mərhələdən ibarət beynəlxalq UCI 2.1 kateqoriyalı yarış müasir texniki imkanlarla izləyicilərə təqdim olunub. Yayım motosiklet kamera qrupları, helikopter çəkilişləri və start-finiş nöqtələrində qurulan çoxkameralı sistem vasitəsilə həyata keçirilib.

Beynəlxalq idman yarışlarının canlı yayımı sahəsində dünyaca məşhur şirkət - Kutunak Prod ilə birlikdə bu mötəbər idman yarışını dünya auditoriyasına çatdıran böyük komandanın bir hissəsi olmaqdan qürur duyuruq.

19/05/2026

"Xırdalan Weissbier Style" özündə iki fərqli dünyanı - klassik alman buğda pivəsinin zəngin ənənəsini və illərdir adət etdiyimiz doğma "Xırdalan" dadını ustalıqla birləşdirir.

Hazırlanan videoçarxda məhsulun istehsal mədəniyyəti və brendin yenilənən yanaşması səmimi vizual dillə təqdim olunur. Bakı Media Mərkəzinin yaradıcı komandası tərəfindən "Xırdalan Weissbier Style" üçün ərsəyə gətirilən yeni reklam çarxını sizə təqdim edirik.

09/05/2026

Onun varlığı ilə Azərbaycan ağır sınaqlardan başı uca çıxdı. İnkişaf etdi, yüksəldi, dünyada tanındı və qüdrətli dövlət oldu.

Ulu Öndər bütöv bir xalqın taleyinə istiqamət verən lider kimi tarix yazdı və yaddaşlarda silinməz iz qoydu. Heydər Əliyev xalqının qəlbində daim yaşayacaq və ehtiramla xatırlanacaq.

Bakı Media Mərkəzinin istehsal etdiyi “Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq. Rejiss...
24/04/2026

Bakı Media Mərkəzinin istehsal etdiyi “Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq. Rejissor Fariz Əhmədovun tammetrajlı sənədli filmi “Sükut içində addımlar” 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək. Festival, Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya xarakterli sayılır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan film Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.

Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda duyğusal və həssas hissləri ilə diqqət çəkirlər.

Film Azərbaycan qadınını yalnız zərif cins nümayəndəsi kimi təqdim etmir. Onlar həm gizli müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik və güc, ölüm və qalım mövzuları sükutla birləşərək tamaşaçıya çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.

Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
culture.az gov.az





Drygas Film Production



16/04/2026

CityNet TV ilə uyğun məzmunu seçə bilərsiniz✨️
Valideyn nəzarəti sayəsində övladınız üçün uyğun məzmunu seçə və təhlükəsiz izləmə mühiti yaratmaq artıq daha asandır.

Bakı Media Mərkəzinin CityNet TV üçün hazırladığı reklam çarxını sizə təqdim edirik.

16/04/2026

CityNet TV hər yerdə səninlədir. 📡📺
İstənilən məkanda sevdiyin məzmunu rahat izləyə bilərsən.
Layihə Bakı Media Mərkəzinin yaradıcı komandası tərəfindən CityNet üçün hazırlanmışdır. 🎬

16/04/2026

CityNet TV ilə nəzarət səndədir. 📡📺

İstədiyin anda dayandır, davam et və ya məzmunu özün idarə et.

Layihə Bakı Media Mərkəzinin yaradıcı komandası tərəfindən CityNet üçün ərsəyə gətirilib. 🎬

Address

2H Mikayil Mushvig
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00

Telephone

+994124973897

Alerts

Be the first to know and let us send you an email when Baku Media Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baku Media Center:

Share