Bakivaxtiresmi

Bakivaxtiresmi XƏBƏRİN TEMPİNİ TUT “TEMPİNFO.AZ” xəbər sahəsində 15 ildən çox təcrübəsi olanlar tərəfindən idarə olunur.

Siz həm xəbərlərlə məlumat alacaqsınız, həm maariflənəcəksiniz, həm də istirahət edəcəksiniz. Standart xəbər yükü ilə yanaşı, oxucunu yormayan kontent vəd edirik. Mənbəyi, mənşəyi bəlli olmayan xəbərləri burada görməyəcəksiniz. Aydın və başadüşülən informasiya portalı sizin ixtiyarınızdadır.

“TEMPİNFO.AZ” belə konsepsiyası ilə tərəfdaşlara da münbit şərait yaradır. Bu cür platforma müxtəlif dövlə

t və özəl qurumlar üçün faydalı hesab edilir. Odur ki, “TEMPİNFO.AZ” həm xəbərin, həm oxucunun, həm də tərəfdaşların tempini tutmağı qarşısına məqsəd qoyub. Bizi izləməkdən yorulmayacaqsınız.

Əlaqə: +994555535990

08/06/2026

Çinin Sincan bölgəsindəki turizm məkanlarından birində nümayiş etdirilən humanoid robot döyüş hərəkətləri yerinə yetirərkən izdihamın önündə dayanan azyaşlı oğlan uşağına zərbə vuraraq onu yerə yıxıb.

Sözügedən bədbəxt hadisəyə səbəb robotun süni intellekt tərəfindən müstəqil idarə olunması yox, insan amili olub. Qurğu tamamilə avtonom deyil, məkanın meneceri tərəfindən uzaqdan pultla idarə edilirmiş.

📹: theyeshivaworldnews

08/06/2026

"5 yaşımda atamı görəndə gizləndim"

08/06/2026

❗️Qayda pozan sürücü: Yaxşı edirəm, ağıllı ol

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. Müvafiq əmrlə bu vəzifəyə Şamil ...
08/06/2026

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. Müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov təyin olunub. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

"Unikal"ın əldə etdiyi məlumata görə, Şamil Əzizov Vətən müharibəsi iştirakçısıdır.

Qeyd edək ki, Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb.

08/06/2026

Xəbər verdiyimiz kimi, Bakıda 7-ci sinif şagirdi vəfat edib.

Məktəbli ilə bərabər 52 yaşlı atası Əbülfəz Əbiyev də həyatını itirib.

Hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonuda qeydə alınıb. Ata və oğul dəm qazından zəhərləniblər.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən Ə.Əbiyev Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.

08/06/2026

Bakının Sabunçu rayonu ərazisində yerləşən Maştağa Olimpiya İdman Kompleksində növbəti problem yaşanıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, kompleksin ərazisini və bəzi daxili hissələrini yağış və ya texniki nasazlıq nəticəsində su basıb.

Hadisə ictimaiyyətdə ciddi narazılıq yaradıb.

İllərdir müxtəlif problemlərlə gündəmə gələn kompleks bu dəfə də baxımsızlıq və idarəetmədəki nöqsanlar səbəbindən müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən Maştağa Olimpiya İdman Kompleksi uzun müddət istifadədən kənarda qalıb, burada aparılan təmir işlərinin isə illərlə uzandığı barədə məlumatlar yayılıb.

Yerli sakinlər daha əvvəl də kompleksin fəaliyyət göstərməməsindən və idmançıların məşq üçün başqa ərazilərə üz tutmaq məcburiyyətində qaldıqlarından şikayət etmişdilər.

İndi isə su basma hadisəsi kompleksin texniki vəziyyəti ilə bağlı yeni suallar yaradıb. Dövlət büdcəsi hesabına tikilən və sonradan yenidən təşkil olunan belə bir idman obyektində su izolyasiyasının, drenaj sisteminin və mühəndis-kommunikasiya xətlərinin hansı vəziyyətdə olduğu maraq doğurur.

Məlumata görə, sözügedən Kompleks 22 il sonra Gənclər və İdman Nazirliyinin balansına verilib.

Xatırladaq ki, sözügedən idman müəssisəsinin nizamnamə kapitalı 2 270 438 manat və qanuni təmsilçisi Ərşad Cahid oğlu Nəsibovdur.

Ərazidən görüntüləri təqdim edirik.

📌📌📌 Şortikə görə gənci söyən şəxs üzr istədi👉👉👉 VİDEO:
08/06/2026

📌📌📌 Şortikə görə gənci söyən şəxs üzr istədi

👉👉👉 VİDEO:

Please be advised that LiteSpeed Technologies Inc. is not a web hosting company and, as such, has no control over content found on this site.

08/06/2026

Altıağac-Xızı yolu təhlükəli vəziyyətdədir.

"Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır". Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli M...
08/06/2026

"Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır".

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, məktəblərdə internetə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışırlar: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb".

“Həmçinin, terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, - deyə nazir müavini əlavə edib.

Address

Azərbaycan
Baku
1002

Telephone

+994555535990

Website

Alerts

Be the first to know and let us send you an email when Bakivaxtiresmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bakivaxtiresmi:

Share