Parlaq İmzalar Nəşriyyatı

Parlaq İmzalar Nəşriyyatı Düşünərək yaşayanlar üçün... Biz düşündük ki, ən müqəddəs iş kitab ərsəyə gətirməkdir. Bəzən keyfiyyət naminə bir kitabın üzərində iki ay işlədik.
(212)

Cəmiyyətimizin xilasının, parlaq gələcəyimizin yalnız kitabla mümkün olduğunu dərk edərək, kitab qoxusu ilə məst olan bir kollektivlə, elə də asan olmayacağını anladığımız bu məsuliyyətli işə başladıq. Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir. Bunun üçün kitabın işlənilməsinə çap keyfiyyətin

ə yüksək həddə diqqət yetirdik. Bəzən bir cümlənin düzgün ifadə olunmasına görə kitabın çapını bir gün yubatdıq, oldu ki, bir kitabı 6-7 dəfə təkrar oxuduq. Biz düşündük ki, ən üstün insan kitab oxuyan insandır. Bunun üçün ən şərəfli işin kitab oxuyan şəxslərə xidmət etmək olduğunu özümüzə prinsip qəbul etdik və ilk dəfə olaraq oxucular üçün hər birinin hazırlanması və icrası günlərlə vaxt alan müxtəlif xidmətlər yaratdıq. Kitab alanlara müştəri deməyə, anbardakı kitablara “mal” deməyə, kitab haqqında “satmaq-almaq” ifadəsi işlətməyə utandıq. Bunun üçün bizim müştərilərimiz yoxdur, bizim OXUCULARIMIZ var, bizim anbarda “mal”ımız yox, XƏZİNƏMİZ var, bizim kitablarımızı alanlar yox, KİTABLARIMIZA QOVUŞANLAR var. Biz – ilk dəfə olaraq kitablarımıza zəmanət verdik. Belə ki, oxuduğunuz kitab xoşunuza gəlməsə, kitabı rahatlıqla geri qaytara bilərsiniz. Biz – ilk dəfə olaraq rayonda və ya şəhərkənarında yaşamasından asılı olmayaraq, hər kəsin kitaba əli çatsın deyə “bütün Azərbaycana kitabların pulsuz çatdırılması” xidmətinə başladıq. Belə ki, artıq bu kampaniya ilə ucqar rayonlarda yaşayanlar belə 2-3 gün ərzində kitablarımızı rahatlıqla əldə edirlər, özü də paytaxtdakı qiymətə. Biz – ilk dəfə olaraq aktiv kitab oxuyanlara fərq qoyaraq və önəm verərək, onlar üçün xüsusi güzəştləri özündə cəmləyən “Aktiv Oxucu Kampaniyası”na başladıq. Belə ki, bu kampaniyanın üzvləri kitabları 20-30 % endirimlə əldə edirlər. Biz – ilk dəfə olaraq hər kitab nəşr olunanda oxucular məlumatlansın deyə “növbəti kitab” sms-məlumat xidmətinə başladıq. Belə ki, artıq bu xidmət vasitəsi ilə yüzlərlə oxucu yeni kitablarımız nəşr olunanda bu şad xəbəri telefonundan oxuyur.

Üzərində rəqəm yazılmış kağızlar, heç vaxt üzərinə hərflər döşənmiş kağızlardan üstün ola bilməyəcək. Heç vaxt rəqəmli kağızları toplayanlar, hərfli kağızlara sahib olanlardan üstün ola bilməyəcək. Rəqəmli kağızlar daim enib-qalxacaq, hərfli kağızlar isə həmişə öz qüvvəsində qalacaq.

1 İyun – Uşaqlar Günündə Azərbaycan Hava Yolları və Parlaq İmzalar nəşriyyatı birlikdə unudulmaz bir sürprizə imza atdı!...
03/06/2025

1 İyun – Uşaqlar Günündə Azərbaycan Hava Yolları və Parlaq İmzalar nəşriyyatı birlikdə unudulmaz bir sürprizə imza atdı! 🥰

Bu xüsusi gündə səmanın mavi qoynunda səyahət edən bütün balaca sərnişinlərə həm Azərbaycan, həm də ingilis dilində "Balaca Şahzadə" kitabının xüsusi nəşri hədiyyə olundu. Hər bir uşaq kəşf olunmamış bir dünyadır və bu dünyanın içində səyahət etməyi sevən, gözlə görünməyənləri görən Balaca Şahzadə yaşayır. Bu gözəl gün kitabla başladı, göylərdə bir nağıl kimi davam etdi 🎆

İnanırıq ki, bu dəyərli hədiyyə dünyanın dörd bir yanına səyahət edən yüzlərlə uşaq və onların valideynləri üçün həmişə xoş xatirə olaraq qalacaq; onlar bu dəfə Azərbaycanı məhz kitabla xatırlayacaqlar! 💛

Bu gözəl, maraqlı layihəyə dəstək verdiyi üçün bütün AZAL komandasına təşəkkür edirik ✨️


Əziz Mingəçevirlilər və şəhərimizin qonaqları. I Mingəçevir Kitab Sərgisi başladı. Kitablarımızı endirimlə əldə etmək üç...
31/05/2025

Əziz Mingəçevirlilər və şəhərimizin qonaqları. I Mingəçevir Kitab Sərgisi başladı. Kitablarımızı endirimlə əldə etmək üçün tələsin. 💛📚

Əziz mingəçevirlilər, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 1 iyun saat 14:00-da I Mingəçevir Kitab sərgi...
31/05/2025

Əziz mingəçevirlilər, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 1 iyun saat 14:00-da I Mingəçevir Kitab sərgisində imza saatı keçirələcək ✨️

Əziz mingəçevirli uşaq və valideynlər, iyun ayının 1-i saat 16:00-da I Mingəçevir Kitab sərgisində şagirdlərin sevimli m...
29/05/2025

Əziz mingəçevirli uşaq və valideynlər, iyun ayının 1-i saat 16:00-da I Mingəçevir Kitab sərgisində şagirdlərin sevimli müəllimi Günel Əkbərin “Şokolad ayı” kitabının imza günü və müəllif ilə görüş olacaq 💛 🥰

28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” adlı həd...
28/05/2025

28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” adlı hədiyyəlik kitab dəstini IV Sumqayıt kitab sərgisindən endirimlə 69 manata əldə edə bilərsiniz. 🇦🇿💛

Bayramınız mübarək! 💛📚

Əziz oxucular!😍“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin, (ANAİB)  Mingəçevir Şəhər Bələdiyyəsinin və  ...
27/05/2025

Əziz oxucular!😍

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin, (ANAİB) Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 may 1 iyun tarixlərində I Mingəçevir Kitab Sərgisi təşkil edilir.📚🎉

31 may 1 İyun tarixlərində keçiriləcək sərgi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq.🎊👏

Bayram əhvali-ruhiyyəli keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil ediləcək.📄👏

Sponsorlarımız və göstərdikləri dəstəyə görə təşəkkür edirik👏

📅 Tarix: 31 may – 1 iyun
⏰ Saat: 10:00 – 20:00
📍Məkan: Mingəçevir Bulvarı

Giriş sərbəstdir.👥

Dəyərli oxucularımız, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 28 mayda Sumqayıt Dövlət Universitetində keçi...
24/05/2025

Dəyərli oxucularımız, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 28 mayda Sumqayıt Dövlət Universitetində keçirilən kitab sərgisində “Biz nə oxuyaq?” mövzusunda seminar və oxucularla görüşü keçirələcək ✨

🤩 Sumqayıtlı kitabsevərlərə şad xəbərimiz var!🥰 IV Sumqayıt Kitab Sərgisi ilə sizə gəlirik!“Azərbaycan Nəşriyyatları Ass...
17/05/2025

🤩 Sumqayıtlı kitabsevərlərə şad xəbərimiz var!

🥰 IV Sumqayıt Kitab Sərgisi ilə sizə gəlirik!

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.👏🧡

📍Sərgi Sumqayıt Dövlət Universitetində baş tutacaq və təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün açıq qapı olacaq.

📅 Tarix: 27 – 28 may
⏰ Saat: 10:00 – 20:00

27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, 28 may isə Müstəqillik Gününə həsr olunacaq. 🇦🇿🎊

Bayram əhvali-ruhiyyəli keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil ediləcək.📄👏

Giriş sərbəstdir. 👥

YENİ KİTABLAR 📣Parlaq İmzalar və Yelobankın birgə əməkdaşlığı ilə “Yoldaş” seriyasının iki yeni kitabı çap olundu 💛Nobel...
14/05/2025

YENİ KİTABLAR 📣

Parlaq İmzalar və Yelobankın birgə əməkdaşlığı ilə “Yoldaş” seriyasının iki yeni kitabı çap olundu 💛

Nobel mükafatı laureatı E. Heminqueyin ölməz əsəri “Qoca və dəniz” insan inamı, sarsılmazlığı haqqında yazılmış ən güclü əsərlərdən biridir. Bu hekayə dözümlülüyün sakit gücünü və mübarizənin, müqavimətin təbiətini dolğun şəkildə əks etdirir.

“Usta Zaxarius” hekayəsi Avropada dəqiq elmlərlə mənəviyyat arasında gedən ziddiyyətdən bəhs edir. Jül Vern bunu yaratdığı güclü personajın – saatsaz Zaxariusun içində baş verən təlatümlərlə, İblisin maddi şəkildə təcəssümünü yaratmaqla, hadisələrin baş verdiyi Cenevrə şəhərinin gözəl təsviri ilə mükəmməl şəkildə ifadə edir.

Kitabları parlaqimzalar.az saytından 20% endirimlə əldə edə bilərsiniz ✨️

Əziz dostlar, “Kitab qatarı” bu dəfə Günel Əkbər ilə yola düşəcək 😊Bakı-Sumqayıt-Bakı sürət qatarı ilə sevimili müəllim ...
13/05/2025

Əziz dostlar, “Kitab qatarı” bu dəfə Günel Əkbər ilə yola düşəcək 😊

Bakı-Sumqayıt-Bakı sürət qatarı ilə sevimili müəllim və müəllifimiz Günel Əkbər ilə maraqlı Sumqayıt turu baş tutacaq 💛
Səfər boyu bir-birindən maraqlı tədbirlərimiz olacaq. Qatarda musiqili dəqiqələr, səmimi söhbət və kitab ətrafında müzakirələr sizi gözləyir. Həmçinin gənclər şəhərimiz Sumqayıtda gözəl vaxt keçirəcəksiniz.

Birgünlük bu fərqli tədbirin xatirəsinin uzun müddət sizinlə olacaq ✨️

Biletlərin sayı məhduddur — bu möhtəşəm səyahətə yalnız 20 nəfər şans qazanacaq 🥰

Səyahətimizə daxildir:

💺 Biznes-klas vaqonda gediş-gəliş
🚐 Sumqayıtdaxili nəqliyyat
🥀 Şəhidlər xiyabanına ziyarət
🍽 Sumqayıtda səhər yeməyi
🎞 “Tağıyev” filminə baxış
🍰Çay süfrəsi
🌊Sumqayıt bulvarında gəzinti
🎼 Səfərboyu *canlı* musiqi müşayiəti

☎️ Ətraflı məlumat və qeydiyyat üçün: +994 99 863 89 88

10/05/2025
Dəyərli oxucularımız, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 11 mayda Naxçıvan kitab sərgisində seminar və...
07/05/2025

Dəyərli oxucularımız, “ZİDD” kitabının müəllifi, marketoloq Orxan Şahbazın 11 mayda Naxçıvan kitab sərgisində seminar və imza saatı keçirələcək ✨️

Address

Qara Qarayev Prospekti 82A
Baku
AZ1096

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994559697259

Website

https://forms.gle/WEDH2PDy8S9Dm4GX8

Alerts

Be the first to know and let us send you an email when Parlaq İmzalar Nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Parlaq İmzalar Nəşriyyatı:

Share

Category

Our Story

Cəmiyyətimizin xilasının, parlaq gələcəyimizin yalnız kitabla mümkün olduğunu dərk edərək, kitab qoxusu ilə məst olan bir kollektivlə, elə də asan olmayacağını anladığımız bu məsuliyyətli işə başladıq. Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir. Biz düşündük ki, ən müqəddəs iş kitab ərsəyə gətirməkdir. Bunun üçün kitabın işlənilməsinə çap keyfiyyətinə yüksək həddə diqqət yetirdik. Bəzən bir cümlənin düzgün ifadə olunmasına görə kitabın çapını bir gün yubatdıq, oldu ki, bir kitabı 6-7 dəfə təkrar oxuduq. Bəzən keyfiyyət naminə bir kitabın üzərində iki ay işlədik. Biz düşündük ki, ən üstün insan kitab oxuyan insandır. Bunun üçün ən şərəfli işin kitab oxuyan şəxslərə xidmət etmək olduğunu özümüzə prinsip qəbul etdik və ilk dəfə olaraq oxucular üçün hər birinin hazırlanması və icrası günlərlə vaxt alan müxtəlif xidmətlər yaratdıq. Kitab alanlara müştəri deməyə, anbardakı kitablara “mal” deməyə, kitab haqqında “satmaq-almaq” ifadəsi işlətməyə utandıq. Bunun üçün bizim müştərilərimiz yoxdur, bizim OXUCULARIMIZ var, bizim anbarda “mal”ımız yox, XƏZİNƏMİZ var, bizim kitablarımızı alanlar yox, KİTABLARIMIZA QOVUŞANLAR var. Biz – ilk dəfə olaraq kitablarımıza zəmanət verdik. Belə ki, oxuduğunuz kitab xoşunuza gəlməsə, kitabı rahatlıqla geri qaytara bilərsiniz. Biz – ilk dəfə olaraq rayonda və ya şəhərkənarında yaşamasından asılı olmayaraq, hər kəsin kitaba əli çatsın deyə “bütün Azərbaycana kitabların pulsuz çatdırılması” xidmətinə başladıq. Belə ki, artıq bu kampaniya ilə ucqar rayonlarda yaşayanlar belə 2-3 gün ərzində kitablarımızı rahatlıqla əldə edirlər, özü də paytaxtdakı qiymətə. Biz – ilk dəfə olaraq hər kitab nəşr olunanda oxucular məlumatlansın deyə “növbəti kitab” sms-məlumat xidmətinə başladıq. Belə ki, artıq bu xidmət vasitəsi ilə yüzlərlə oxucu yeni kitablarımız nəşr olunanda bu şad xəbəri telefonundan oxuyur. Üzərində rəqəm yazılmış kağızlar, heç vaxt üzərinə hərflər döşənmiş kağızlardan üstün ola bilməyəcək. Heç vaxt rəqəmli kağızları toplayanlar, hərfli kağızlara sahib olanlardan üstün ola bilməyəcək. Rəqəmli kağızlar daim enib-qalxacaq, hərfli kağızlar isə həmişə öz qüvvəsində qalacaq.