Qədim Qala Nəşriyyatı

Qədim Qala Nəşriyyatı Sadəcə oxumaq deyil, nə oxumaq önəmlidir! Nəşr etdiyimiz kitabları böyük diqqət və məsuliyyətlə seçirik.

Sadəcə oxumaq deyil, NƏ oxumaq çox önəmlidir – 2011-ci ildə “Qədim Qala” nəşriyyatı bu fikri rəhbər tutaraq bu yola çıxdı. Yarandığımız gündən hədəfimiz dəyişməz qalır – İNSAN qazanmaq. İşıqlı gələcək doğru kitabların yönəltdiyi sağlam nəsil, düzgün düşüncəli insanların sayəsində qurulur. Daha çox intellektual, psixoloji, insanlar üçün faydalı kitablar nəşr etməyə diqqət edirik. Uşaqlı-böyüklü hər kəsin oxuyub zövq ala biləcəyi, zövq almaqla yanaşı nələrsə öyrənə biləcəyi nəşrlərimizin qısa zamanda böyük oxucu kütləsi cəlb etməsi bizi sevindirir və dünyaya yelkən açmağa təşviq edir. Kitabların həm tərcümə və çapını, həm də satışını həyata keçiririk. Yerli və xarici yazarların ölkədə və həmçinin ölkə xaricində tanıdılması da əsas fəaliyyət istiqamətlərimizdəndir.

IV Bilik Kitab Sərgisində kitablarımızla yenidən oxucularımızla görüşmək və kitablar haqqında söhbətləşmək bizim üçün ço...
07/09/2026

IV Bilik Kitab Sərgisində kitablarımızla yenidən oxucularımızla görüşmək və kitablar haqqında söhbətləşmək bizim üçün çox xoş oldu.😍

Bu gözəl iki gündə bizimlə olan hər kəsə təşəkkür edirik. ❤️

Rövşən Abdullaoğlunun yeni kitabı tezliklə oxuculara təqdim olunacaq! 😍📚Bu kitab bir müddət məni təqib edən adamın həyat...
07/09/2026

Rövşən Abdullaoğlunun yeni kitabı tezliklə oxuculara təqdim olunacaq! 😍

📚Bu kitab bir müddət məni təqib edən adamın həyat hekayəsindən doğuldu. Bir gün yaxınlaşıb elə cümlə dedi ki, dayanıb onu dinləməli oldum:
“Sizin kitabınızı oxumaq üçün oxumağı öyrəndim”.

Danışdıqları yalnız bir insanın taleyi deyildi. İnsanın kim olmasını başına gələnlər təyin etmir – onun hekayəsi bu heyrətamiz həqiqətin təsdiqi idi. Düşündüm ki, bu həqiqət insanın əsl kimliyini, özünə belə tanış olmayan fövqəladə qüvvələrini aşkar edən bir kitabın yazılmasına səbəb olacaq qədər mühümdür.

“On sərkərdə” bir insanın mübarizəsi ilə başlayır, ancaq çox keçmədən üzünü sənə çevirir.
Əgər sənin yerinə qərarları keçmişin verməsəydi, indi kim olardın?

İnsan bəzən seçmədiyi bir həyatı o qədər uzun müddət yaşayır ki, onu öz taleyi hesab edir. Əgər gecənin bir vaxtı içindən “Başqa cür yaşaya bilərdim...” fikri keçirsə, onu susdurmağa tələsmə. Bu, peşmanlığın deyil, hələ yaşamadığın əsl həyatının səsidir.

  😍Yusuf Yıldızın “Quyu – Yusifin yuxusu” romanı bəşəriyyət tarixinin ən gözəl qissəsini tamamilə fərqli dillə canlandır...
03/09/2026

😍

Yusuf Yıldızın “Quyu – Yusifin yuxusu” romanı bəşəriyyət tarixinin ən gözəl qissəsini tamamilə fərqli dillə canlandırır. Bu kitabda kədərli quyu, sadiq köynək və soyuq zindan divarları dilə gələrək xəyanət, sevgi və səbir hekayəsini öz pəncərələrindən nəql edir.

Cansız varlıqların sehrli aləmini canlandıran bu poetik roman oxucunu həyatın sınaqları qarşısında səbirli olmağa ruhlandırır, təxəyyülünü zənginləşdirir və dürüstlüyün əsl gücünü hiss etdirir.

Kitab sərgiləri üçün darıxmışdınız? 😍📚Elə isə IV Bilik Kitab Sərgisini qaçırmayın!Biz də kitabsevərlərlə yenidən bir ara...
02/09/2026

Kitab sərgiləri üçün darıxmışdınız? 😍📚

Elə isə IV Bilik Kitab Sərgisini qaçırmayın!

Biz də kitabsevərlərlə yenidən bir araya gəlmək üçün səbirsizlənir və bütün oxucularımızı sərgidə bizimlə birlikdə olmağa dəvət edirik. ❤️

📅 5–6 sentyabr

⏰ 11:00–20:00

📍 Nizami rayonu, B. Nuriyev küçəsində, Heydər Bağı, “Laçın” Ticarət Mərkəzi ilə üzbəüz, “Xalqlar dostluğu”

İnsan olduğunu isbat etməyin bir yolu varmı? Yumruq boylu insanların öz talelərini dəyişmələri üçün qarşılarında duran ə...
31/08/2026

İnsan olduğunu isbat etməyin bir yolu varmı? Yumruq boylu insanların öz talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib.

Digər tayfaların heyvan hesab edərək ovlayıb yediyi piqmeylər daha sonra ağdərili istilaçıların təcavüzünə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan bu insanlar XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülünü tamamlamamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri sayılan piqmeylərin insan sayılmaq uğrunda mübarizəsindən bəhs edir.

˝Ləpirçi˝ silsiləsi oxucunu həm də müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə tanış edir; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirir.

Hər uşağın öyrənmək, inkişaf etmək və cəmiyyətin bir parçası olmaq haqqı var. Bunun üçün isə doğru yanaşma, anlayış və d...
27/08/2026

Hər uşağın öyrənmək, inkişaf etmək və cəmiyyətin bir parçası olmaq haqqı var. Bunun üçün isə doğru yanaşma, anlayış və dəstək vacibdir.

Zivər Xanlarovanın “İnklüziv dəyərlər işığında bütövləşmək” və “Uşaqlara nəyi necə öyrətməli” kitabları inklüzivliyin mahiyyətindən, uşaqların təlim-tərbiyəsində düzgün yanaşmalardan və onların inkişafını dəstəkləyən praktik üsullardan bəhs edir.

Həm inklüzivlik haqqında daha çox öyrənmək, həm də uşaqlara doğru şəkildə dəstək olmaq istəyənlər üçün bu iki kitab faydalı olacaq.

Kitablar haqqında daha ətraflı məlumat üçün 05540043132 nömrəsinə yaza bilərsiniz

Sentyabrı kitabla qarşılamağa hazırsınız?📚Kitabsevərlər üçün möhtəşəm bir görüşə az qaldı! IV Bilik Kitab Sərgisi 5–6 se...
26/08/2026

Sentyabrı kitabla qarşılamağa hazırsınız?📚

Kitabsevərlər üçün möhtəşəm bir görüşə az qaldı!

IV Bilik Kitab Sərgisi 5–6 sentyabr tarixlərində oxucuları, müəllifləri, nəşriyyatları və kitab dünyasının bütün sevənlərini bir araya gətirəcək.

Sərgidə iki gün ərzində kitablarla tanış olmaq, yeni nəşrləri kəşf etmək və zəngin mütaliənin bir parçasına çevrilmək mümkün olacaq. 📖

Bu il sərgidə 25-dən çox nəşriyyat iştirak edəcək. Bu isə o deməkdir ki, oxucuları müxtəlif janrlarda, fərqli mövzularda və hər zövqə uyğun yüzlərlə kitabın yer aldığı zəngin bir kitab dünyası gözləyir. 😍

Gəlin, birlikdə oxuyaq, kəşf edək, öyrənək və biliyin yaratdığı o gözəl dünyaya addım ataq! ❤️

📅 5–6 sentyabr

⏰ 11:00–20:00

📍 Nizami rayonu, B. Nuriyev küçəsində, Heydər Bağı, “Laçın” Ticarət Mərkəzi ilə üzbəüz, “Xalqlar dostluğu”

Kişi və qadın arasındakı fərqləri anlamaq münasibətlərdə həm emosional yaxınlığı, həm də xoşbəxtliyi qorumağa kömək edə ...
24/08/2026

Kişi və qadın arasındakı fərqləri anlamaq münasibətlərdə həm emosional yaxınlığı, həm də xoşbəxtliyi qorumağa kömək edə bilər.

Con Qreyin “Həm Marsdan, həm Veneradanam” və “Mars və Venera yataq otağında” kitabları kişi və qadın münasibətlərinə, dəyişən münasibət dinamikasına, eləcə də yaxınlığın emosional və fiziki tərəflərinə nəzər salır.

Münasibətlərinizi, özünüzü və qarşınızdakı insanı daha yaxşı anlamaq istəyirsinizsə, bu iki kitab sizin üçün faydalı ola bilər. 📚

Əziz oxucular, kitablarımızı bütün kitab mağazalarından, eləcə də onlayn şəkildə birbaşa bizdən əldə edə bilərsiniz. 📚📞 ...
20/08/2026

Əziz oxucular, kitablarımızı bütün kitab mağazalarından, eləcə də onlayn şəkildə birbaşa bizdən əldə edə bilərsiniz. 📚

📞 055 404 31 32 nömrəsinin “WhatsApp” kataloquna keçid edərək bütün kitablarımızla tanış ola bilərsiniz.

Həmçinin yeni nəşrlərimiz, sərgilərimiz və kampaniyalarımız haqqında məlumat almaq üçün bu nömrəyə “info” yazıb göndərə bilərsiniz.

Gecənin qaranlığında on iki yaşlı Homer anası və balaca bacısı Eyda ilə birlikdə Cənub torpaqlarındakı plantasiyadan qaç...
18/08/2026

Gecənin qaranlığında on iki yaşlı Homer anası və balaca bacısı Eyda ilə birlikdə Cənub torpaqlarındakı plantasiyadan qaçarkən anasını tuturlar. Lakin Homer artıq qayıda bilməz. İndi o, bacısı ilə birlikdə onları axtaran ağalarından xilas olmalıdır. Bacı-qardaş ağlasığmaz, sirli və həm də təhlükəli yollardan keçərək azadlığa qovuşmağa can atırlar.

“AZAD VADİ” təkcə azadlıq mübarizəsi, dostluq, fədakarlıq haqqında hekayə deyil. Bu kitab tarixdə kölələrin hüquqsuzluğu, onlara qarşı təcavüz, işgəncə, zorakılıq haqqında məlumat mənbəyi də sayıla bilər. Əsərin təsir gücünü və dəyərini artıran cəhətlərdən biri də vaxtilə həyatı bahasına köləlikdən qurtulmağa çalışan insanların yaratdığı marun icmalarının tarixindən ilhamlanaraq yazılmasıdır.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Qədim Qala Nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qədim Qala Nəşriyyatı:

Shortcuts

Share

Category