Sosial Xəbər İnformasiya Agentliyi

Sosial Xəbər İnformasiya Agentliyi "Sosial Xəbər" İnformasiya Agentliyinin rəsmi facebook səhifəsi

Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlü...
10/08/2024

Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.

Bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva öz şəxsi "X" səhifəsində məlumat verib.

"Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik", - deyə o yazıb.

ABŞ-nin "Apple" şirkəti tərəfindən istehsal olunan "Mac Mini" kompüterlərinin yeni modeli bu ilin sonunda satışa çıxarıl...
09/08/2024

ABŞ-nin "Apple" şirkəti tərəfindən istehsal olunan "Mac Mini" kompüterlərinin yeni modeli bu ilin sonunda satışa çıxarılacaq və o, hazırda mövcud olan ən kiçik stolüstü kompüter olacaq.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cihaz hazırda "Apple" tərəfindən hazırlanmış yeni nəsil "M4" prosessorları ilə təchiz olunacaq, artıq satışa çıxarılan modellər arasında bu prosessor yalnız "iPad Pro"da mövcuddur.

Qeyd olunur ki, yeni "Mac Mini" iki versiyada satılacaq, onlardan birində "M4"ün əsas versiyası, daha bahalı versiyada isə dəyişdirilmiş "M4 Pro" prosessoru istifadə olunacaq.

Bildirilir ki, bu model "Apple" şirkətinə Stiv Cobsun rəhbərlik etdiyi 2010-cu ildən bəri "Mac Mini" xəttində ilk böyük dizayn dəyişikliyinin nəticəsi olacaq.

Hollivud aktyoru Kolin Farrell müsahibəsində kanadalı model Kim Bordenave ilə 20 yaşlı oğlu Ceyms haqqında danışıb."Peop...
09/08/2024

Hollivud aktyoru Kolin Farrell müsahibəsində kanadalı model Kim Bordenave ilə 20 yaşlı oğlu Ceyms haqqında danışıb.

"People"a istinadən xəbər verilir ki, Ceyms inkişaf pozğunluğu, nitq ləngiməsi və əqli gerilik ilə xarakterizə olunan Angelman sindromundan əziyyət çəkir.

"Əvvəlcə onun çox sakit uşaq olduğunu düşünürdüm. Lakin sonradan bir çox göstəricilərə görə geri qalmağa başladı. Oturmadı, iməkləmədi. Başa düşdük ki, nə isə problem var", - o bildirib.

Ceymsə iki yaşı olanda diaqnoz qoyulub. Aktyorun sözlərinə görə, həkimlər məyusedici proqnozlar veriblər: oğlunun heç vaxt yeriyə bilməyəcəyi barədə xəbərdarlıq ediblər. Ancaq qorxuları gerçəkləşmədi: dördüncü doğum gününə qədər uşaq gəzməyə başlayıb.

Farrell qeyd edib ki, oğlunun ilk addımlarını heç vaxt unutmayacaq.

"Mən bilirdim ki, onlar (Ceyms və onun həkimi) nitq və yerimək üzərində işləyirlər. Terapevt yanıma gəldi və dedi: "Ceyms sizə bir şey göstərmək istəyir". O, mənə harada dayanmalı olduğumu göstərdi və Sonra onu götürüb ayağa qaldırdı və dedi: "Get". O, altı addım atdı və mən göz yaşlarımı saxlaya bilmədim", - o bildirib.

Aktyor qeyd edib ki, oğlu hər kəsə tanış olan gündəlik işləri yerinə yetirmək üçün çox səy göstərməlidir: məsələn, özbaşına yemək.

"Mən hər gün onunla fəxr edirəm, onun sadəcə sehrli olduğunu düşünürəm", - Farrel bildirib.

Aktyorun dediyinə görə, oğluna və ya Ceymsin anasına bir şey olsa, onun başına nə gələcəyindən çox narahatdır.

"Ən böyük qorxum odur ki, əgər onun anası və ya mənə bir şey olsa və Ceymsin 30-40 yaşı olarsa, o, xüsusi bir müəssisəyə getməli olacaq", - deyə aktyor əlavə edib.

O qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların olduğu ailələrə dəstək fondu yaradıb.

Qeyd edək ki, Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var. Uşağın anası polşalı aktrisa Alikya Baxledadır, onunla aktyor 2010-cu ildə oğlu doğulduqdan bir il sonra ayrılıb.

ABŞ-nin vitse-prezidenti, Demokratların dövlət başçısı vəzifəsinə namizədliyinə əsas namizəd Kamala Harris sentyabrda ke...
09/08/2024

ABŞ-nin vitse-prezidenti, Demokratların dövlət başçısı vəzifəsinə namizədliyinə əsas namizəd Kamala Harris sentyabrda keçiriləcək debatda ölkənin keçmiş lideri Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb.

Bu barədə "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, söhbət hələ Ağ Evin hazırkı rəhbəri Co Bayden yarışı tərk etməzdən əvvəl planlaşdırılan 10 sentyabr debatından gedir.

"Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və artıq tarix müəyyən edilib - 10 sentyabr", - Harris bildirib.

Eyni zamanda Tramp vitse-prezidentə sentyabrda üç raund debat keçirmək təklifi ilə çıxış edib. Respublikaçı Mar-a-Laqo mülkündə keçirdiyi mətbuat konfransında müvafiq olaraq 4, 10 və 25 sentyabr tarixlərində "Fox News", "NBC News" və "ABC News"da əvvəlcədən razılaşdırılmış debatlardan danışıb. Bununla belə, Tramp Harrisin onunla debata razılaşacağına şübhə edirdi.

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cüml...
09/08/2024

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır.

İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Seçim bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır.

Məlumat üçün qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

Ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupuna gəlincə, Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.

IV ixtisas qrupunda isə Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkün olur. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Bu gündən növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.Proses avqustun 31-...
09/08/2024

Bu gündən növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.

Proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkisinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.

Venesuelada "X" sosial şəbəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması haqqında qərar qəbul edilib.Qərarı Vene...
09/08/2024

Venesuelada "X" sosial şəbəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması haqqında qərar qəbul edilib.

Qərarı Venesuelanın Milli Telekommunikasiya Komissiyası qəbul edib.

Məsələyə ölkənin Prezidenti Nikolas Maduro da münasibət bildirib.

O qeyd edib ki, "X" sosial şəbəkəsi bütün normaları pozur:

"O, nifrət, faşizm, vətəndaş müharibəsi, ölüm, venesuelalılar arasında toqquşmanı aşılayıb və Venesuelanın bütün qanunlarını pozub", - deyə N.Maduro qeyd edib.

N.Maduronun "X" sosial şəbəkəsinin sahibi İlon Maskla münasibətləri elə də yaxşı deyil. Maduro iyulun 29-da yenidən prezident seçildikdən sonra Mask sosial şəbəkədə Venesuelaya gedəcəyini və onu uzunqulağın üzərində Kubadakı Quantanamo həbsxanasına göndərəcəyini vəd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Venesuela lideri Nikolas Maduro, həmçinin, "WhatsApp" mesajlaşma xidmətindən imtina etdiyini bəyan edib. Prezident bu mesajlaşma xidmətinin ölkəyə təhdid məqsədilə istifadə edildiyini, buna görə də tətbiqi telefonundan həmişəlik siləcəyini, kontaktlarını isə "WeChat" və "Telegram"a köçürəcəyini deyib.

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran ...
08/08/2024

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.

Bu barədə TASS məlumat yayıb.

"Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq", - Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərləri ilə keçirdiyi müşavirəni açarkən bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

S.Şoyqu Azərbaycana səfərdən əvvəl İranda olub.

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib. Xəbər verilir ki, Prezident İlham Əliyev bununla bağlı Sərən...
08/08/2024

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Xəbər verilir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.

Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb.Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vil...
07/08/2024

Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb.

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.

Bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.

Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 315 nəfər təşkil edib (ən azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb). 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Əməliyyat düşməni məğlub etməklə və dövlət sərhədinə çatmaqla başa çatacaq”, - Gerasimov deyib.

Pərvin Səfərova Muğam Mərkəzində vəzifə verildi.Sosial şəbəkələrdə səsi ilə məşhurlaşan müğənni Pərvin Səfərov vəzifəyə ...
07/08/2024

Pərvin Səfərova Muğam Mərkəzində vəzifə verildi.

Sosial şəbəkələrdə səsi ilə məşhurlaşan müğənni Pərvin Səfərov vəzifəyə təyin olunub. Bu barədə onun özü məlumat verib.

Pərvin Səfərov Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına xorda "xor artisti" vəzifəsinə təyin edilib.

Sənətçi bu vəzifəyə avqust ayının 6-dan etimad göstərib.

Nizami rayonunda restoran, kafe, s*x və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib - RƏSMİBakının Nizami rayon Sukan...
07/08/2024

Nizami rayonunda restoran, kafe, s*x və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib - RƏSMİ

Bakının Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.

"Azərsu" ASC-yə istinadən xəbər verilir.

Belə ki, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına avqustun 1-də baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.

Avqustun 5-də restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.

M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su s*xi”nə iyulun 24-də baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Avqustun 5-də təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.

C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində avqustun 1-də aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.

"Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub", - məlumatda deyilir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Sosial Xəbər İnformasiya Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share