Kinoinfo

Kinoinfo Gənc Film İstehsalçıları Assosiasiyasının film istehsalçıları və investorlar üçün kino xəbərləri saytı.

Rejissor Türkan Hüseyn: "Çox yaxşı film çəkə bilərsiniz, amma layihənizi təqdim edə bilmirsinizsə, beynəlxalq mühitə çıx...
07/08/2026

Rejissor Türkan Hüseyn: "Çox yaxşı film çəkə bilərsiniz, amma layihənizi təqdim edə bilmirsinizsə, beynəlxalq mühitə çıxmaq çətin olacaq".
Rejissor Türkan Hüseynin “Xatırladığını eşit” (“Hear what you remember”) adlı yeni bədii film layihəsi beynəlxalq kino mühitində mühüm dəstək qazanan layihələr arasında yer alıb. Chinar Film istehsalı olan filmin prodüseri Emil Nəcəfov, ko-prodüserləri isə Kəmalə İsrafilova və Türkiyədən Parda Film şirkətinin prodüseri Fəxriyyə İsmayılovadır.
Azərbaycan və Türkiyə birgə istehsalı olan layihə Rotterdam Beynəlxalq Film Festivalının (IFFR) nəzdində fəaliyyət göstərən nüfuzlu “Hubert Bals Fund”un “2026 Development Support” proqramına seçilən 20 layihədən biri olub. Müəllif və müstəqil kino layihələrini dəstəkləyən fond filmin inkişaf mərhələsinə töhfə göstərəcək.

Film layihəsi ilə bağlı rejissor Türkan Hüseyn Kinoinfo.az saytının suallarını cavablandırıb.

Ətraflı kinoinfo.az-da

Turkan Huseyn

Rejissor Türkan Hüseyn “Hubert Bals Fund”un “2026 Development Support” proqramının qalibləri arasında yer alıb. Onun Azə...
05/08/2026

Rejissor Türkan Hüseyn “Hubert Bals Fund”un “2026 Development Support” proqramının qalibləri arasında yer alıb. Onun Azərbaycan və Türkiyə istehsalı olan yeni bədii film layihəsi “Xatırladığını eşit” (Hear what you remember) nüfuzlu fond tərəfindən inkişaf dəstəyi almağa layiq görülən 20 layihədən biri seçilib.
Filmin süjetinə görə, bir qadın qətl işi üzrə məhkəmədə əsas şahid kimi çıxış etmək üçün yaddaşında basdırılmış bir xatirəni yenidən qurmağa çalışır. Lakin o, həqiqətin öz versiyasını formalaşdırmaq istəyən və ona təsir göstərməyə çalışan manipulyativ qüvvələrə qarşı mübarizə aparmalı olur.
Rotterdam Beynəlxalq Film Festivalının (IFFR) nəzdində fəaliyyət göstərən Hubert Bals Fund xüsusilə müstəqil və müəllif kinosunu dəstəkləyən nüfuzlu beynəlxalq fondlardan biridir. 2026-cı il seçimində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna xüsusi diqqət ayrılıb və Türkan Hüseynin layihəsi də bu istiqamət üzrə seçilən filmlər arasında yer alıb.
Layihə daha əvvəl Fransa İnstitutunun CNC ilə birgə Kann şəhərində keçirilən Türkiyə və Qafqaz üzrə film layihələrinin pitçinqi və Torino film laboratoriyasında iştirak edib.
Rejissor və ssenari müəllifi: Türkan Hüseyn
Produser: Emil Nəcəfov
Ko-produserlər: Kəmalə İsrafilova, Fəxriyyə İsmayilova (Parda Film - Türkiyə)

Turkan Huseyn

“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti beynəlxalq uğura imza atıb.Filmin rejisso...
05/08/2026

“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti beynəlxalq uğura imza atıb.
Filmin rejissoru Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” (Best Director – Short Documentary) nominasiyasının qalibi olub.
1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən “Nəsil yaddaşı” filminin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailəsinin keçmişini araşdırır. Filmdə arxiv materialları və tarixi xəritələrdən də istifadə olunub.
“Nəsil yaddaşı” filmi daha əvvəl Pakistanın Peşəvər Beynəlxalq Film Festivalı və “Iconic Indie Film Awards” festivallarında “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb. Film, həmçinin İtaliyanın “Rome Prisma Film Awards”, “Ischia Global Film Festival”, Türkiyənin “Golden Bridge Istanbul Short Film Festival”, “Anatolia International Film Festival”, Ukraynanın “Symbiotic Film Festival”, Ekvadorun “San Antonio Independent”, Uruqvayın “Montevideo World” və Nigeriyanın “Rivers International” film festivallarının əsas müsabiqə proqramlarında nümayiş olunub.
Sənədli filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.
Filmin istehsalına postprodakşn dəstəyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən göstərilib.

ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Babek Abbaszade

BÖHRAN: SƏBƏBLƏR VƏ ÇIXIŞ YOLLARIYazırlar və yazdırırlar ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında böhran yaşanır…Məs...
05/08/2026

BÖHRAN: SƏBƏBLƏR VƏ ÇIXIŞ YOLLARI

Yazırlar və yazdırırlar ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında böhran yaşanır…
Məsuliyyətlə və tam səmimi olaraq bəyan edirəm: AKİ daxilində heç bir böhran-filan mövcud deyil, ola da bilməz. Bəli, böhran yaratmaq istəyən və bunun üçün dəridən-qabıqdan çıxan bir qruplaşma var; onlar nəyin bahasına olursa-olsun, BÖHRAN GÖRÜNTÜSÜ yaratmağa cəhdlər edirlər ki, İttifaqın normal fəaliyyətinə əngəllər törənsin. Bunun üçün saxta bəyanat və yalanlar tirajlayır, müxtəlif orqanlara şikayətlər ünvanlayır, donos yazır, bəzi üzvləri şantaj edir və s.

Oxuculara aydın olsun deyə, qeyd edim ki, AKİ-nin 400-dən artıq üzvü var. Haqqında danışdığım o “ziyanvericilərin” sayı isə 10-15 nəfərdən artıq deyil. Və bu 10-15 nəfər Azərbaycan Kinematoqrafçılar İttifaqının bu ilin mayında keçirilmiş konfransını boykot edərək, sədr seçkisinin yetərsay olmadan keçirildiyini iddia etdilər. Sədr seçkisinin demokratik, azad və şəffaf keçirilməsini həzm edə bilmədilər, əvəzində, təkidlə, qeyri-insani inadkarlıqla sədrin təyinatla seçilməsini istədilər(!). Ancaq paradoks bundadır ki, bu “ziyanvericilər” həm konfransdan əvvəl AKİ-nin İdarə Heyətinin iclasının, həm də konfransın özünün baş tutmaması üçün sağlam məntiqə sığmayan bütün vasitələrdən istifadə etdilər. Görünən budur ki, AKİ-nin fəaliyyətinin iflic vəziyyətə düşməsi, orada işləyən yaradıcı və texniki personalın məvacibsiz qalması, başlanmış film layihələrinin, müsabiqələrin dondurulması, gənc kinematoqrafçıların kreativ layihələri, onlar üçün təşkil olunmuş pulsuz ingilis dili kursları, çeşidli və labüd master-klaslar və sair bu kimi onlarla yaradıcılıq işlərinin əngəllənməsi onların vecinə də deyil… Onların niyyəti və tək istəkləri öz adamlarından birini sədr seçilməsidir, vəssalam. Və nə yazıq ki, hörmətli aktrisamız AKİ-nin birinci katibi Şəfiqə xanım Məmmədova da bu tələlərdən yan keçə bilmədi…
Qeyd olunan qrup üzvləri nədənsə anlamırlar, yaxud anlamaq istəmirlər ki, kimin, ya kimlərinsə istəyi, (oxu: kaprizi) zorakılığa istinad etməməlidir – kinomuzun gələcəyi və tərəqqisi ilə bağlı hər hansı əhəmiyyətli hadisə AKİ-nin nizamnaməsinin, kino haqqında qanunun, üzvlərin azad seçim hüquqlarının pozulması ilə müşayiət oluna bilməz, bu, yolverilməzdir və bunun, sadəcə, alternativi yoxdur. Hörmətli Əli İsa Cabbarov, eləcə də İdarə Heyətinin əksər üzvləri dəfələrlə bəyan ediblər ki, kino sahəsində fəaliyyət göstərən və idarəçilik təcrübəsi olan istənilən peşəkar sənət adamı sədr vəzifəsinə öz namizədliyini irəli sürə bilər. Təki seçki demokratik prinsiplər əsasında, azad və ədalətli keçirilsin. Buyursunlar, bu meydan (əgər şeytan deyillərsə), bu da seçki, – öz namizədlərini təqdim etsinlər. Əlbəttə ki, şər-böhtanla yox, qayda-qanunla!..
Heç kəsə sirr deyil ki, bu gün AKİ, Azərbaycan Dövlətinin kinematoqrafiya sahəsində həyata keçirdiyi siyasəti reallaşdıran Mədəniyyət Nazirliyi və nazirliyin nəzdindəki ARKA ilə birgə, məsuliyyətli və ümidverici nailiyyətlərə imza atır. Etiraf etməliyik ki, bu gün Azərbaycan milli kinosu nəhayət ki, uzun illərin ətalətindən qurtularaq öz inkişaf mərhələsinə qədəm qoyub. Bu faktı və bu reallığı inkar etmək insafsızlıq olardı. Mədəniyyət Nazirliyi və ARKA milli kino sənayemizin inkişafı üçün nə qədər səmərəli və təqdirəlayiq işlər görübsə, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu addımları həmişə məmnuniyyətlə dəstəkləyib. Bununla yanaşı, AKİ öz növbəsində, son illər milli kino tariximizi yaşatmaq naminə kino xadimlərinin birləşməsi, məna, məzmun və formaca maraqlı filmlər ərsəyə gəlməsi, onların daha geniş arealda təmsil olunması, vizual-görüntü sənəti vasitəsilə ölkəmizin dünyada tanınıb-sevilməsi, o cümlədən milli-mənəvi dəyərlərin qorunması üçün kifayət qədər pozitiv işlər görüb və görür də. Hamı bilir ki, AKİ-də bütün bu mütərəqqi işlərin “lokomotivi” kinomuzu öz varlığından da artıq istəyən, qoruyan fədakar sənətkar – Əli İsa Cabbarovdur. Və bu faktı danmaq, inkar etmək Allahsızlıqdır…
Sual olunur: bu mövcud vəziyyət, kimi, yaxud kimlərisə niyə narahat etməlidir axı?.. Niyə bəzi “zərərverici” “xadimlər” bundan əndişələnir, təlaşa düşürlər? Nədən axı onlar öz konformist və merkantil maraqlarını kinomuzun taleyindən üstün tuturlar? Məncə cavab birdir: innovativ və kreativ düşüncə ilə kinomuza və onun taleyinə təmiz nəfəs gətirən istedadlı gənclərin yolunu kəsmək. Narsisizmə yoluxmuş, geri zəkalı və hisli-paslı təfəkkür sahiblərindən bundan artıq nə gözləmək olar ki?! Səd heyif.
Son olaraq qeyd edim ki, İdarə Heyətinin qərarına əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi yığıncağı (konfransı) bu il sentyabrın 5-dən gec olmayaraq keçirilməlidir. Şəxsi qənaətimə görə, bu dəfə konfransın işinə mane olmağa cəhd göstərənlər, nizamnaməyə uyğun olaraq, AKİ üzvlüyündən xaric edilməlidirlər.

Allah-Təala mənəviyyatımızın və mədəniyyətimizin tərkib hissəsi olan milli kinomuzu bədxah insanların nəfsindən qorusun!

Eldəniz Quliyev

Azərbaycan Kinematoqrafçılar İttifaqı

“SƏN, EY UŞAQLIQ” SSENARİ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNUBAzərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 1 oktyabr...
05/08/2026

“SƏN, EY UŞAQLIQ” SSENARİ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNUB

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin nəticələrinə əsasən:
I yer: Azər Allahverdi - “Ruzgar”
II yer: Nurlan Həsənli, Naiq Babayev - “Anam xaric”
III yer: Şəbnəm Xeyrulla - “Meşə növbətçisi”

Bununla yanaşı, məzmun və dramaturji baxımdan yüksək qiymətləndirilən daha üç ssenari diplomla təltif olunub:
Elvin Məcidli - “Akvarium”: ailə daxili münasibətlərin uşaq baxışından həssas təsvirinə görə
Rövşən Məmmədov - “Qardaşım”: böyümək mövzusunu fəlsəfi-sosial müstəvidə yüksək ustalıqla ifadə etdiyinə görə
Reyhan Yusifqızı - “Qapı arxasında “O”: vicdan mövzusunun orijinal bədii həllinə görə diplomlarla təltif olunur.

Builki müsabiqənin münsiflər heyətinin tərkibinə kinotənqidçi Sevda Sultanova, sənətşünas Aliyə Dadaşova və ssenarist, prodüser, münsiflər heyətinin sədri Nicat Dadaşov daxil olub. Münsiflər heyətinin katibi Ülviyyə Əhmədovadır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı qalibləri və diplomla təltif olunan müəllifləri təbrik edir, onların gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı

"44" tammetrajlı bədii filmin treyleri yayımlanıb. Film tezliklə tamaşaçılara təqdim olunacaq.
02/08/2026

"44" tammetrajlı bədii filmin treyleri yayımlanıb. Film tezliklə tamaşaçılara təqdim olunacaq.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

AZƏRBAYCAN KİNOSU GÜNÜ: ULDUZLARIN İŞIĞINDAAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərə...
29/07/2026

AZƏRBAYCAN KİNOSU GÜNÜ: ULDUZLARIN İŞIĞINDA

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” Kinostudiyası Azərbaycan Kinosu Günü münasibətilə xüsusi kino axşamı təqdim edir.
Azərbaycan kino tarixinin formalaşdığı əsas məkanlardan biri olan “Azərbaycanfilm” Kinostudiyası Bakı şəhərinin mədəni xəritəsinin əsas cəlbedici nöqtələrindəndir. Bu axşam tamaşaçılara kino sənəti ilə yalnız ekran vasitəsilə deyil, filmlərin yaradıldığı real mühitdə tanış olmaq imkanı təqdim edəcək.
Proqramda:
* kinostudiya ərazisində tur;
* real çəkiliş prosesini yerində izləmək imkanı;
* “Bəyin oğurlanması” filminin açıq hava nümayişi;
* xüsusi divar rəsminin təqdimatı;
* DJ performansı;
* “Gün keçdi” filminin açıq hava nümayişi;
* Xalq artisti Leyla Şıxlinskayanın iştirakı.
Vizual proqram “Atəş Hub” yaradıcı platformasının iştirakı ilə, tədbirin təşkilati koordinasiyası və DJ performansı isə “Yaradıcı Azərbaycan” layihəsinin rezidenti olan “Torpağın Səsi” komandası tərəfindən hazırlanır.
Bir axşamda Azərbaycan kinosunun keçmişi, bu günü, real çəkiliş prosesi, vizual sənət və musiqi eyni məkanda bir araya gələcək.
1 avqust | 18:30
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası
İştirak ödənişsizdir.
Yerlər məhduddur və əvvəlcədən qeydiyyat mütləqdir.
🔗 Qeydiyyat: https://forms.gle/ZmtGGb6Zi4oLzqgk7

AZƏRBAYCAN KİNOSU GÜNÜ “ULDUZLARIN İŞIĞINDA”Azərbaycan Kinosu Günü münasibətilə Bakı və regionlarda silsilə tədbirlər ke...
29/07/2026

AZƏRBAYCAN KİNOSU GÜNÜ “ULDUZLARIN İŞIĞINDA”

Azərbaycan Kinosu Günü münasibətilə Bakı və regionlarda silsilə tədbirlər keçiriləcək.

Proqram çərçivəsində:
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı və ekskursiya;
Nizami Kino Mərkəzində müasir Azərbaycan filmlərinin nümayişi;
Bakının müxtəlif məkanlarında və regionlarda film nümayişləri;
Televiziya kanalları və yerli striminq platformalarında Azərbaycan filmlərinin təbliği.

Gəlin, milli kino bayramımızı birlikdə qeyd edək!

ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

AZƏRBAYCAN FİLMLƏRİ SAİMAA BEYNƏLXALQ FİLM FESTİVALININ PROQRAMINA DAXİL EDİLİBAzərbaycan Respublikasının Mədəniyyət Naz...
29/07/2026

AZƏRBAYCAN FİLMLƏRİ SAİMAA BEYNƏLXALQ FİLM FESTİVALININ PROQRAMINA DAXİL EDİLİB
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi ilə istehsal olunmuş dörd film Finlandiyada keçiriləcək Saimaa Beynəlxalq Film Festivalının beynəlxalq proqramına daxil edilib. Festival çərçivəsində Azərbaycan istehsalı olan ekran əsərləri beynəlxalq auditoriyaya təqdim olunacaq.
Proqramda Nurlan Həsənlinin “Erkən hisslər”, Emin Əfəndiyevin "Tənha insanın monoloqu", Seyran Mahmudoğlunun “Kür – Çaylar anası” və Rafiq Hacıyevin “Oriondan sevgilərlə” filmləri yer alıb.
Festival 11–16 avqust tarixlərində Finlandiyanın Cənubi Kareliya bölgəsində keçiriləcək. Festivala seçilən bütün filmlərin yaradıcı heyətlərinə uğurlar arzu edirik.

ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

AKİ KATİBLƏRİ İDARƏ HEYƏTİNİN İCLASINI ÇAĞIRIRAzərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvlərinin nəzəri...
29/07/2026

AKİ KATİBLƏRİ İDARƏ HEYƏTİNİN İCLASINI ÇAĞIRIR

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvlərinin nəzərinə!

Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətin müzakirəsi və Konfransın keçirilmə tarixinin təyin edilməsi üçün İdarə Heyətinin iclası 2026-cı il, 30 iyul tarixində, saat 15:00-da AKİ-də keçiriləcək.

Katiblər:
Həmidə Ömərova
Əli İsa Cabarov
Oleq Səfərəliyev
Tahir Tahiroviç
Nadir Bədəlov
Türkan Hüseyn

Azərbaycan Kinematoqrafçılar İttifaqı

Address

Bülbül Pr. 30
Baku
1014

Alerts

Be the first to know and let us send you an email when Kinoinfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share