Patrul.az

Patrul.az Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köş

Zamanın axarı ilə insanlıq texnoloji inqilabın dərinliklərinə doğru irəliləyir. Bu inqilabın önündə gedən sahələrdən bir...
03/07/2025

Zamanın axarı ilə insanlıq texnoloji inqilabın dərinliklərinə doğru irəliləyir. Bu inqilabın önündə gedən sahələrdən biri də süni intellektdir. ChatGPT kimi proqramlar gündəlik həyatda, elmdə, təhsildə və hətta yaradıcı sahələrdə insanlara kömək edən vasitələrə çevrilib. Lakin bu inkişafın arxa tərəfində cəmiyyətləri düşündürməli olan daha ciddi və mənəvi bir məsələ dayanır: insanların Yaradanla bağlarının zəifləməsi.

Əvvəllər bir insan qarşısına çıxan çətinliklərlə üzləşdiyi zaman saatlarla, günlərlə düşünür, ağlını işə salır, çıxış yolu axtarırdı. Əgər nəticə əldə edə bilmirdisə, sonda ümidini Yaradanına bağlayır, dua edir, ruhən bir ünsiyyət qururdu. Bu proses həm düşüncə qabiliyyətinin dərinləşməsinə, həm də mənəvi gücün möhkəmlənməsinə səbəb olurdu.

Lakin bu gün süni intellektin əlçatanlığı insanlarda fərqli bir refleks formalaşdırıb: düşünmək yerinə axtar, dua yerinə soruş. İnsan hansısa məsələdə çətinliklə qarşılaşdıqda, artıq öz daxili gücünü və mənəvi dəstək ehtiyacını xatırlamadan, bir düymə ilə AI proqramına müraciət edir. Bu isə həm zehni tənbəlliyin yayılmasına, həm də mənəvi bağlılıqların zəifləməsinə gətirib çıxarır.

Bu prosesin daha təhlükəli tərəfi odur ki, insan özünü daha az aciz hiss edir. Halbuki insanın acizliyini qəbul etməsi, Yaradanla əlaqəsinin əsas şərtlərindən biridir. Süni intellekt isə bu ehtiyacı “əvəzləyən” funksiyada çıxış etdikcə, dua edən insan yerini sorğu verən insana verir.

Əlbəttə, texnologiyanın istifadəsi təbiidir və müəyyən dərəcədə faydalıdır. Amma bu faydanın qarşılığı insanın mənəvi təkamülündən imtinası olmamalıdır. Süni intellekt insana kömək edən bir vasitə olmalı, onu Yaradanından ayıran bir vasitə deyil.

Bu səbəbdən, cəmiyyətlər təkcə texniki savadlılığı deyil, mənəvi məsuliyyəti də inkişaf etdirməlidirlər. Unutmayaq ki, hər hansısa bir texnologiya vasitəsi ilə sürətlə cavab almaq bizi Yaradanın hikmətindən və insan olaraq varlığımızın dərin məqsədindən uzaqlaşdırmamalıdır.

Patrulaz.az saytının baş redaktoru Səməndər Niftəliyev

03/07/2025

Yevlax rayonunda baş vermiş hadisə bölgədə diqqət çəkib. Hadisə, Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavatorun yanması ilə əlaqədardır. Yangın, Aran qəsəbəsində, keçmiş hərbi hissə olmuş ərazinin yaxınlığında baş verib.

Patrulaz.az xəbər verir ki, ekskavator daha əvvəl icazəsiz söküntü işləri aparıb. Bu işlər zamanı dövlətdə məxsus olan texnikanın, Gülmaliyev Nizami İsmayıl oğlu tərəfindən idarə olunması lazım idi. Lakin faktiki olaraq idarə edən şəxs, İdarənin rəisi Ariz Mikayilovun bibisi oğlu, Ədilzadə Nicat İntiqam oğlu olub. Nicatın bu texnikanı idarə etmək hüququ olmadığı, hadisə zamanı əhəmiyyətli bir hüquqi pozuntunun baş verdiyi açıqlanıb.

Daha əvvəlki söküntü işlərinin həyata keçirilməsi zamanı, dəyəri 100 min AZN-dən artıq olan texnika tamamilə yanıb. Bu baş vermiş hadisə, yalnız texnikanın zərəri ilə kifayətlənməyib, eyni zamanda icazəsiz işlərin həyata keçirilməsi ilə əlaqədar hüquqi problemlərə yol açıb.

“Yeni Sabah”ın əldə etdiyi məlumatlara görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır. Bu araşdırma, hadisənin səbəblərini və hüquqi məsuliyyətləri aydınlaşdırmaq məqsədini güdür.

Hadisənin baş verməsi, bölgə sakinləri arasında narahatlıq yaratmışdır. Söküntü işlərinin icazəsiz aparılması və bunun nəticəsində baş vermiş yangın, müvafiq dövlət orqanlarının diqqətini cəlb edib. Bu cür hadisələrin təkrarlanmaması üçün daha ciddi nəzarət və qanuni tənzimləmə tələb olunduğu bildirilib.

Göründüyü kimi, Yevlax rayonunda baş verən bu hadisə yalnız texniki ziyanla bağlı deyil, həm də hüquqi məsuliyyətlərlə bağlı sualların yaranmasına səbəb olub. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi vacibdir.

03/07/2025

Siyəzən rayonunun Yenikənd kəndində salınmış süni göllə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinə qarşı ciddi ittihamlar irəli sürülüb.

Patrulaz.az-a daxil olan məlumata əsasən, kəndin keçmiş bələdiyyə sədri Əbülfəz Muradov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun göstərişi ilə kənd ərazisində üç süni göl salıb.

İddialara görə, Novruz Novruzov həmin göllərin yaradılmasından sonra Əbülfəz Muradovu Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Rahib Qurbanovun yerinə təyin edəcəyi vədini verib.

Şikayətdə bildirilir ki, bu vədi yerinə yetirmək məqsədilə Ə.Muradov göllərin salınmasına şəxsi vəsaitindən xeyli məbləğ sərf edib.

Adının açıqlanmasını istəməyən vətəndaş redaksiyamıza açıqlamasında bildirib:

“Novruz Novruzov and içə bilər ki, rüşvət almır, korrupsiyaya qarşıdır. Amma verilən hədiyyəni də geri qaytarmır”.

Eyni zamanda, Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Rahib Qurbanovun da fəaliyyətinə dair narazılıqlar səsləndirilib. İddialara əsasən, o, səlahiyyət müddətinin bitməsinə baxmayaraq, vəzifəsini qanunsuz şəkildə davam etdirir.

Hazırda söylənilən bu ittihamlarla bağlı qarşı tərəflərin mövqeyini öyrənməyə hazırıq.

02/07/2025

Şərh sizdə...

02/07/2025

Bakının Ramana qəsəbəsində yerləşən su kanalına kanalizasiya sularının axıdılması ciddi antisanitar vəziyyət yaradıb.

Patrulaz.az-a daxil olan məlumata görə, Ramananın Gülçülük savxozu ərazisində, Mənsur Şərifov küçəsi 168 ünvanında yerləşən ərazidə çirkli sular xüsusi nasoslar vasitəsilə Bakı Su Kanal İdarəsinin balansında olan açıq su kanalına boşaldılır.

Redaksiyamıza təqdim olunan görüntülərdə evlərin arasında yerləşən kanala çəkilmiş boru vasitəsilə çirkab suların birbaşa axıdıldığı açıq-aydın görünür. Nəticədə ətraf ərazi zibilliyə çevrilib, ağır qoxu və sağlamlıq üçün təhlükəli şərait yaranıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək, kanalın təmizlənməsini və bu antisanitar vəziyyətin tezliklə aradan qaldırılmasını xahiş edirlər.

Gülbəniz Səfərova

01/07/2025

TƏCİLİ, BAKIDA ƏMƏLİYYAT❗️

Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Rusiya vətəndaşları olan şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

30/06/2025

Ötən həftə paylaşımlarımla bağlı 14.000reaksiya almışam! Hər kəsə dəstəyə görə təşəkkür edirəm!🎉

25/06/2025

Bu gün saat 14:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, “Teras Park” yaşayış kompleksinin yaxınlığında avtomobil yanğını baş verib.

Patrul.az-ın əldə etdiyi məlumata görə, Mitsubishi markalı minik avtomobili qəfil alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

17/06/2025

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “*Kalaşnikov*” avtomatı, daraq və *51 ədəd patron*, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb.
Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı *1960* ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

🔊‼️Azərbaycan ərazisindən İran havasahəsinə dron daxil olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
17/06/2025

🔊‼️Azərbaycan ərazisindən İran havasahəsinə dron daxil olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Address

Nəşriyyat Prospekti
Baku

Telephone

+994506700067

Alerts

Be the first to know and let us send you an email when Patrul.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share