Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi

Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi MARJA - Biznes və Maliyyə Xəbərləri Agentliyi www.marja.az Xəbər və press-relizlərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
18/09/2025

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Həsən Quliyev: "Fiziki şəxslər üçün bu məhsul depozitlərə əlavə olaraq daha yüksək gəlir mənbəyidir. Hüquqi şəxslər üçün isə gəlir mənbələrinin diversifikasiyası və risklərin balanslaşdırılması baxımından faydalıdır".

❗️Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olubGürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın S...
18/09/2025

❗️Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

Hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
18/09/2025

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Rəsmi məzənnələr açıqlandı
18/09/2025

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı
17/09/2025

FED faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (FED) fazi qərarını açıqlayıb. Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 0,25 faiz bəndi azaladaraq 4–4,25 faiz aralığına endirib. İqtisadçıların əksəriyyəti də FED-in faizlərini 0,25 faiz bən

İndi Bank of Baku istiqrazlarını əldə edərək illik 13% gəlir qazanmaq və istənilən vaxt geri satmaq mümkündür.40 milyon ...
17/09/2025

İndi Bank of Baku istiqrazlarını əldə edərək illik 13% gəlir qazanmaq və istənilən vaxt geri satmaq mümkündür.

40 milyon manatlıq istiqraz emissiyasını həyata keçirən Bank of Baku-nun bu layihəsi ilə bağlı daha bir mühüm addım atıldı. 16 sentyabr tarixində “Bakı Fond Birjası” və “ABB-İnvest İnvestisiya Şirkəti” arasında imzalanmış müqaviləyə əsasən, “ABB İnvest” Bank of Baku-nun istiqrazları üzrə rəsmi market meyker kimi fəaliyyətə başladı. Beləliklə, şirkət sözügedən istiqrazlar üzrə livkidliyin əsas təminatçısına çevrildi.

Belə ki, alıcılar əldə etdikləri istiqrazları tədavül müddətinin sonunu gözləmədən istənilən vaxt market meykərə, yəni “ABB-İnvest”ə sata biləcəklər. Bu isə Bank of Baku istiqrazlarını daha sərfəli və çevik investisiya fürsətinə çevirir.

Xatırlatmaq istərdik ki, Bank of Baku istiqrazlarına abunə yazılışının son tarixi 19 sentyabrdır. İstiqrazların əsas şərtləri isə aşağıdakı kimidir.

Nominal dəyər: 100 AZN

Faiz dərəcəsi: 13% (ilk 20 milyon tranş üzrə)

Faiz ödənişi: hər 90 gündən bir

Müddət: 18 ay

Valyuta: AZN

Əlavə xərcsiz – heç bir komissiya ödənişi olmadan

Fiziki şəxslər üçün vergidən azad faiz gəliri

Bank of Baku istiqrazlarını “ABB Mobile” tətbiqi üzərindən rahatlıqla əldə etmək mümkündür.

Nəqliyyat şirkətinin rəhbəri dəyişiib
17/09/2025

Nəqliyyat şirkətinin rəhbəri dəyişiib

Azərbaycanın nəqliyyat şirkətlərindən biri olan "Alliance Logistics"in rəhbəri dəyişib. Şirkətə rəhbərlik edən Natiq Heydərovun yerinə Natiq Cəfərov təyin olunub. N.Cəfərovun beynəlxalq logistika sahəsində 20 ildən artıq təcrübəsi var. Son illərdə

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi
17/09/2025

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Almaniyanın iri kredit təşkilatı Deutsche Bank-ın strateqi Maykl Hsueh, bankın 2026-cı il üçün qızıl qiyməti proqnozunu hər unsiya üçün 3 700 dollardan 4 000 dollara qaldırdıqlarını açıqlayıb. Marja xəbər verir ki

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıbMilyonlarla insanın sevilən içki brendi “Coca-Cola” həyəcanla keçirilə...
17/09/2025

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb

Milyonlarla insanın sevilən içki brendi “Coca-Cola” həyəcanla keçirilən musiqili-əyləncəli yay kampaniyasına yekun vurub. Belə ki, şirkət 3 iyul – 10 sentyabr müddətində “Musiqi 2025” stimullaşdırıcı lotereyasını həyata keçirib.

Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 l-lik “Coca-Cola” Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite” olub.

Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü Gənclik Mall ticarət mərkəzinin -1 mərtəbəsində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə aparılır.

Qaliblərə aşağıdakı hədiyyələrdən biri təqdim edilib:

- Coca-Cola ilə Ekskluziv Musiqi Təcrübəsi – Jah Khalib konsertinə 2 nəfərlik bilet – 12 ədəd
- iPhone 16E – 60 ədəd
- iPad mini – 120 ədəd
- AirPods 4 – 200 ədəd
- Coca-Cola loqotipi olan çanta – 2000 ədəd
- Coca-Cola loqotipi olan səsgücləndirici – 6500 ədəd

Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutub və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılıb. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı olub.

Xatırladaq ki, “Coca-Cola” fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilib.”Coca-Cola” ötən illərdə Azərbaycanda Musiqili Yay Kampaniyası ilə yanaşı “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər də keçirib.

"Bakı Kart"a yeni direktor təyin edilib
17/09/2025

"Bakı Kart"a yeni direktor təyin edilib

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib. Bu, Rüfət Babakişiyevdir.  O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib.  "K Group" 2014-c&

Address

Info@marja. Az
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi:

Share