1xeber

1xeber 1Xəbər İnformasiya Portalı

03/10/2026

Heç kim bizim işimizə müdaxilə etməsin.
Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. 🤘🇦🇿

28/09/2026

Erməninin dostu bizə necə dost ola bilər axı?

Əvəz Zeynallı xərçəngdən dünyasını dəyişdi
28/09/2026

Əvəz Zeynallı xərçəngdən dünyasını dəyişdi

28/09/2026

Azərbaycanla Türkiyə qardaşdır, amma hər kəsin öz evi, öz bacası, öz pəncərəsi də var.
🤘🇦🇿🇹🇷

28/09/2026

İlham Əliyev: Türkiyə yoxdursa, mən də yoxam!!!”

28/09/2026

🇦🇿❤️🇹🇷
İlham Əliyev: “Türkiyə burada yoxdur, amma mən varam. Cavabınızı verəcəyəm!”

25/09/2026

Netanyahunun çıxışına etiraz olaraq zalı tərk etdilər
BMT-nin baş assambleyasındakı çıxışı zamanı Netanyahuya etiraz olaraq bir çox diplomat tədbirin keçildiyi zalı hay-küylə tərk etdi.

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.İlk gündə iki sərbəst yürüş keçiriləcək.Bundan əlavə, "F...
24/09/2026

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

İlk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. "Formula 2": Sərbəst yürüş

12:30. "Formula 1": Birinci sərbəst yürüş

14:00. "Formula 2": Birinci sıralama turu

14:30. "Formula 2": İkinci sıralama turu

16:00. "Formula 1": İkinci sərbəst yürüş

Dünən Mirşahin kiçik bir mübahisəyə görə öz doğma oğlu, Real tvdə birgə işlədiyi Mirçingizin toyuna getməyib. Bu azmış k...
18/09/2026

Dünən Mirşahin kiçik bir mübahisəyə görə öz doğma oğlu, Real tvdə birgə işlədiyi Mirçingizin toyuna getməyib.

Bu azmış kimi Real tvnin digər işçilərinə də toya getməyi qadağan edib.

Nəticədə keçmiş “Yeganə” indiki “Valmora” şadlıq evində baş tutan toyda 20-25 adam iştirak edib.

Restoranda pul ödənmədiyi üçün hətta Mirçingizlə gəlini girov saxlamaq istəyiblər.

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyy...
11/09/2026

Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 07:00-dan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət rayonun Abdulla Rəhimov, İlqar Abbasov, Həzi Aslanov küçələrində tətbiq olunacaq.
Qeyd olunub ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur" deyə, məlumatda qeyd olunub.

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when 1xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share