24/11/2018
Salamlar. Aşağıda lazımlı proqram adları qeyd edəcəm.
1.Tube mate (bilməyən qalmaz ama yenə də qeyd edim) Android üçün rahat YouTube-dən, Facebook-dan mahnı, videonu mp3 vəya video şəklində yükləyə bilərsiz
2.swift streamz- Bir çox pullu kanallar var,Türkiyənin bein sports ,tivibuspor kimi pullu kanalları da göstərir (sürətli internet lazımdı )
3.Voscreen - Filmlərdən qısa kadrlar izləyərək ingilis dilinizi inkişaf etdirə bilərsiniz.
4.QPR & BARCODE- Androd telefonlar üçün (bilmirəm bəlkə də IOS üçün də var) istənilən malın barcode scan edib həmin malın original ya saxta olmasını göstərir . Istehsal firması yerindən tutmuş haqqında məlumata kimi. Hansı barcode tapmırsa, əminliklə saxta mal olduğunu bilmək olar.
5.Chorme Remote Deskop - Telefon ilə kompüterinizə daxil olub istədiyinizi edə bilərsiniz.
6.Netwa-whatsappda seçdiyiniz şəxs online olanda bildiriş gəlir
7.Android üçün: Native clipboard - istədiyiniz qədər yazını kopyalaya bilirsiniz və telefonu söndürüb yandıranda belə silinməz. Mesaj yazan yerə 2 dəfə vursanız kopyaladığınız şeyleri görə bilərsiz.
8.Musixmatch - playlistinizdə olan mahnıların sözləri ekrana gələcək.
9.Universal copy - istədiyiniz yerdən istədiyiniz yazını kopyalaya bilərsiz
10.Wally - ekranınız üçün yüksək keyfiyyətdə şəkillər tapa bilərsiz (full hd, 2k, 4k, raw)
Hələlik bu qədər. Əlavələriniz varsa, buyurun
P.s.Aktivlik çox olsa davamını paylaşacam