Səhmdar Aze

Səhmdar Aze Burada əsasən səhmdarların ümumi yığıncaqları barədə məlumatlar təqdim edilir.

12/12/2023

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdar­larının növbədənkənar ümumi yığıncağı 12 yanvar 2024-cü il saat 10.30-da cəmiyyətin yerləşdiyi ünvan­da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Müşahidə şurasının, cəmiyyətin sədrinin və təf­tiş müfəttişinin yenidən seçilməsi.

2. Digər məsələ.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri, saat 13.00-dək tanış ola bilərlər.

Əlaqə telefonu- 051 – 306 – 66 – 98.

Ünvan- Bakı şəhəri, Nizami rayonu H.Əliyev pros­pekti, 3-cü kəsişmə küçəsi.

11/12/2023

"BAKI ENERJİ QURAŞDIRMA" ATSC
VÖEN: 1800182311
25 yanvar 2023-ci il tarixində “BAKI ENERJİ QURAŞDIRMA" ATSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıcağın keçirilməsi Hövsan Mədəniyyət evi – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov 9 ünvanında, saat 12:00-a təyin edilmişdir. Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:
1. “BAKI ENERJİ QURAŞDIRMA" ATSC-nin adının dəyişdirilməsi və Nizamnaməsinin qüvvədə olan qanunvericiliyiə uyğunlaşdırılması ilə əlaqədar yeni redaksiyada təsdiq edilməsi;
2. İcra orqanının formalaşdırılması və qanuni təmsilçinin seçilməsi;
3. Müşahidə Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi;
4. Təftiş Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
5. Hesablama Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
6. Audit Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
7. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər və inzibati işlər

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

11 DEKABR 2023 10:59

11/12/2023

"Cəlilabad Broyler" ASC
VÖEN: 8300060391
“Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyətinin 05.01.2024-cü il tarixinə saat 12:00-a təyin edilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi. Azərbaycan Respublikası Nazirlik Kabinetinin 09.12.2023-cü il tarixli, 447 №-li İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında Qərarına əsasən 07.01.2024-cü il tarixinə, saat 12:00-a təxirə salınmışdır. Yığıncağın keçirilmə ünvanı və yığıncağın gündəliyində dəyişiklik edilməmişdir. Səhmdarlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: 051 395 60 95

11 DEKABR 2023 10:18

09/12/2023

14 dekabr 2023-cü il saat 14.00-da “DƏZGAHQAYIRMA ZAVODU” ASC səhmdarları­nın növbədənkənar yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının maliyyə - təsərrüfat fəaliyyəti barədə yekun hesabatın müzakirəsi.

2. Hesablama komissiyasının yaradılması və onun tərkibinin müəyyən edilməsi.

3. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu – +994 50 228 38 24, +994 50 228 22 18, +994 55 390 01 02.

Ünvan – Şirvan şəhəri, Cənub sənaye Qovşağı “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin inzibati binası.

09/12/2023

"Quba Konserv-2" ASC-nin səhmlərini satmaq istəyən şəxslər müraciət edə bilərlər.

09/12/2023

Fond bazarında ABB səhmləri nominal dəyərindən yuxarı qiymətə kotirovka olunur

Dekabrın 6-da birjada keçirilmiş ünvanlı alqı-satqı zamanı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hər səhmi üzrə əqdin qiyməti 0,34 manat təşkil edib. Bu, həmin qiymətli kağızların nominal dəyərindən (27 qəpik) 25,9% çoxdur.

ABB səhmlərinin birja kotirovkası bu ilin noyabrında artmağa başlayıb. Həmin vaxt bankın 1 ədəd səhmi 0,30 manata alınıb-satılıb. Bu ilin iyul ayında ABB səhmdarlarının ümumi yığıncağı 2022-ci il üçün mənfəətdən dividend şəklində 156,6 milyon manatın bölüşdürülməsi barədə qərar qəbul edib.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin 3,4%-i fiziki və özəl hüquqi şəxslərə məxsusdur. Səhmlərin yerdə qalan 96,6%-i Maliyyə Nazirliyinin (92,56%), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (3,81%) və “Aqrarkredit” QSC-nin (0,23%) şəxsində dövlətə məxsusdur. Bankın nizamnamə kapitalı 1 milyard 225,6 milyon manatdır.

08/12/2023

"Lənkəran Sənaye Cihaz" ASC-nin səhmlərini satan olarsa, müraciət etsin.

"Qəbələ Quşçuluq" ASC-nin səhmdarlarının ümumi yığıncağının bildirişi
06/12/2023

"Qəbələ Quşçuluq" ASC-nin səhmdarlarının ümumi yığıncağının bildirişi

06/12/2023

"H.Z.TAĞIYEV ADINA BALIQ HİSLƏMƏ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
VÖEN: 2900494371
08 yanvar 2024-cü il tarixində saat 11:00-da "H.Z.TAĞIYEV ADINA BALIQ HİSLƏMƏ" Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: İdarə heyətinə yeni sədrin seçilməsi.
Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ASC-nin inzibati binası

6 DEKABR 2023 11:30

06/12/2023

"Cəlilabad Broyler" ASC
VÖEN: 8300060391
“Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti 05.01.2024-cü il tarixində, saat 12:00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 1
Əlaqə nömrəsi: 051-395-60-95
Yığıncağın gündəliyi:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi.
2. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 (on milyon) AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması.
4. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini də xahiş edirik.

5 DEKABR 2023 15:50

29/11/2023

13 yanvar 2024-cü il saat 11.00-da “İmişli Yol Tikinti-6” ASC səhmdarlarının növbəti illik ümu­mi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.

2. Cəmiyyətin ləğv edilməsi.

3. Ləğvetmə komissiyasının yaradılması.

4. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.

5. Cəmiyyətin müşahidə şurasının və icra orqanın səlahiyyətlərinə xitam verilməsi.

6. Digər məsələlər.

Ümumi yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbəyov küçəsi 151 nömrəli ünvanda keçiriləcəkdir.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.

Əlaqə nömrəsi- +994503183020.

29/11/2023

"Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə! BİLDİRİŞ
2023-11-26 09:05 78
25 dekabr 2023-cü il saat 12:00-da "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ:

1. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil olunaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi;

2. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının onlara məxsus paylarının "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalından təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına keçirilməsi;

3. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin əmlakının, hüquq və vəzifələrinin təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi;

4. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalından payların, "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin əmlakının, hüquq və vəzifələrinin müvafiq olaraq hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi ilə əlaqədar tərtib edilmiş təhvil aktının təsdiq edilməsi və təhvil aktını imzalamaq səlahiyyətlərinin "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin direktoruna həvalə edilməsi;

5. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təsdiq edilmiş təhvil aktı üzrə müstəqil auditor yoxlanmasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün auditor "MOORE STEPHENS AZƏRBAYCAN" MMC ilə müvafiq müqavilənin bağlanması;

6. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilən "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin hazırlanması, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;

7. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təhvil aktına müvafiq qaydada "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətindən yenidən təşkil olunan "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçən əmlakın tərkibinin təsdiqi;

8. "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin yenidən təşkil olunmuş "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna həvalə edilməsi;

9. Digər məsələlər.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küç. 35

Əlaqə tel. +994 55 654 55 55

Yığıncağın gündəliyinə dair sənədlərlə "Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial qaydada təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Hörmətlə,

"Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin

direktoru Sadıqov Sadıq Elbrus oğlu

24 noyabr 2023-cü il.
https://respublika-news.az/news/hermes-energy-aciq-sehmdar-cemiyyetinin-sehmdarlarinin-nezerine-bildiris

Address

S. Rəhimov, 186
Baku
AZ1000

Telephone

+994557711923

Website

Alerts

Be the first to know and let us send you an email when Səhmdar Aze posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Səhmdar Aze:

Share

Səhifə barədə

Azərbaycandakı səhm bazarında baş verənlər, səhmdar cəmiyətlərində gedən proseslər, korporativ hərəkətlər, səhmdarların (investorların) hüquqlarının müdafiəsi ilə bağlı məlumatlarla burada tanış ola bilərsiniz. Sizi narahat edən və maraqlandıran sualları, eləcə də hər hansı məsələyə münasibətinizi bizim səhifədən yararlanmaqla təqdim etmək olar.