Rustam Nabizade

Rustam Nabizade RUSTAM NABİZADE

Baku — where ancient history meets a modern city.A view that tells more than words.
09/03/2026

Baku — where ancient history meets a modern city.
A view that tells more than words.



01 yanvar 2026-cı il tarixində kartinq obyektində baş vermiş hadisə nəticəsində 17 yaşlı Kamal Səfərli həyatını itirmişd...
01/03/2026

01 yanvar 2026-cı il tarixində kartinq obyektində baş vermiş hadisə nəticəsində 17 yaşlı Kamal Səfərli həyatını itirmişdir.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən ölüm çoxsaylı qabırğa sınıqları nəticəsində daxili orqanların — ağciyər və ürəyin zədələnməsi, həmçinin kəskin qan itkisi ilə əlaqədar baş vermişdir.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanmışdır. Hazırda ibtidai istintaq davam edir və hadisənin texniki və istismar şəraitinin müəyyən edilməsi məqsədilə müvafiq texniki ekspertiza təyin edilmişdir.

Hadisə zamanı istifadə olunmuş kartinq vasitələrinin və digər texniki avadanlıqların ekspertiza obyektləri qismində araşdırılması ilə bağlı əlavə vəsatətlər təqdim edilmiş və qəbul olunmuşdur.

Texniki ekspertiza yekunlaşmadığı və hadisənin başvermə mexanizmi tam müəyyən edilmədiyi halda obyektin kommersiya fəaliyyətinin və aktiv reklamının davam etdirilməsi aşağıdakı hüquqi və ictimai məsələləri aktuallaşdırır:

— Maddi sübutların ilkin vəziyyətinin qorunması tam təmin edilirmi?
— Ekspertiza obyektlərinin dəyişdirilməsi və ya modifikasiyası riski mövcuddurmu?
— Təhlükəsizlik tədbirlərinin normativ tələblərə uyğunluğu tam qiymətləndirilibmi?
— Digər vətəndaşların həyat və sağlamlığı üçün potensial risklər aradan qaldırılıbmı?

Zərərçəkmiş tərəf olaraq mövqeyimiz aydındır:

İbtidai istintaqın obyektivliyi, maddi sübutların toxunulmazlığı və ictimai təhlükəsizlik prinsipi kommersiya maraqlarından üstün tutulmalıdır.

Biz istintaqın tam, şəffaf və qanunvericiliyə uyğun şəkildə aparılmasını tələb edirik.

İnsan həyatı ən ali dəyərdir.

11/12/2025

The breath of winter is coming to Azerbaijan.

Səmərqənd Turizm Akademiyasını gördükdə sözün əsl mənasında heyran qaldım. İlk dəfə bir universitetdə bu qədər real və p...
08/12/2025

Səmərqənd Turizm Akademiyasını gördükdə sözün əsl mənasında heyran qaldım. İlk dəfə bir universitetdə bu qədər real və peşəkar şəkildə qurulmuş tədris mühitini gördüm:
🍽️ dünya mətbəxləri üzrə restoran laboratoriyaları,
🍷 şərab laboratoriyaları,
🛫 duty free zonası olan tam hava limaı modeli,
🚆 dəmir yolu terminalı.

Bu, sadəcə dərs otaqları deyil akademiya daxilində qurulmuş kiçik bir turizm sənayesidir. Burada tələbələr sadəcə mühazirə dinləmir mətbəxdən restorana, qeydiyyat masasından təyyarə salonuna qədər bütün prosesi praktik şəkildə öyrənirlər.

Özbəkistan güclü bir praktiki baza yaradır, və gənc mütəxəssislər real iş bacarıqlarını daha universitetdə oxuduqları müddətdə qazanırlar.

Əgər bir vaxtlar təhsil praktikadan uzaq idisə, burada tam əksidir. Özbəkistan turizm sahəsində beynəlxalq səviyyədə çalışa biləcək yeni bir peşəkar nəsil formalaşdırır.

Hər dəfə ölkə inkişafı, detallara diqqəti və sahəni irəli aparmaq istəyi ilə heyran edir. Səmərqənddən ayrılarkən tək bir fikir qaldı kaş ki, hər ölkə turizm təhsilinə belə məsuliyyət və sevgi ilə yanaşaydı.

Bu gün  işgüzar səhər yeməyində iştirak etmək mənim üçün xüsusi bir an idi. Çünki bu aviaşirkətlə münasibətim sadəcə uçu...
04/12/2025

Bu gün işgüzar səhər yeməyində iştirak etmək mənim üçün xüsusi bir an idi. Çünki bu aviaşirkətlə münasibətim sadəcə uçuşlardan ibarət deyil mənim səyahət hekayəm məhz 2010-cu ildə, Atatürk Hava Limanında yaşadığım unudulmaz bir təcrübə ilə başlamışdı. O vaxtdan bəri Turkish Airlines mənim üçün sadəcə aviaşirkət deyil, etibar, dəstək və yeni üfüqlərin açarı olub.

Bu gün tədbirdə iki vacib yenilik təqdim edildi:
🎁 Yeni Gift Card – artıq hər kəs sevdiklərinə ən gözəl hədiyyəni, səyahət hədiyyəsini verə bilər. Məncə, səyahət qədər dəyərli hədiyyə yoxdur.

🌍 Turkish Airlines dünyanın ən çox ölkəsinə uçan aviaşirkət olaraq daha da genişlənir. Bu, hər birimizin kəşf edə biləcəyi daha çox mədəniyyət, daha çox tarix və daha çox hekayə deməkdir.

Bu şirkətin illər ərzində necə böyüdüyünü, yeniləndiyini və bizi dünyanın hər nöqtəsinə daha yaxın etdiyini görmək həqiqətən ilhamvericidir. Mənim üçün isə bu yol çoxdan şəxsi bir bağa çevrilib.

Yeni səyahətlərə, yeni xatirələrə və qarşımızda açılan saysız-hesabsız istiqamətlərə! ✈️❤️

Mərkəzi Asiyanın dağ xəritəsinə baxanda elə görünür ki, Altay, Tyanşan və Qafqaz üç ayrı dünyadır. Amma  dayananda anlay...
30/11/2025

Mərkəzi Asiyanın dağ xəritəsinə baxanda elə görünür ki, Altay, Tyanşan və Qafqaz üç ayrı dünyadır. Amma dayananda anlayırsan ki, bu dağların hamısı eyni qədim tarixlə, eyni ruh və enerji ilə bir-birinə bağlıdır.

Amirsoy Çatkal silsiləsinin ürəyində yerləşir, böyük Tyanşanın bir hissəsidir. Milyonlarla il əvvəl burada okeanlar mövcud idi. Ona görə yamaclar bu qədər hamar, qayalar şistli, hündürlük fərqləri isə bu gün ən mükəmməl xizək traslarını formalaşdırır. Təbiət sanki bu kurortu əvvəlcədən özü hazırlayıb.

Yerililərin bir sözü var: “Dağların ruhunu anlamaq istəyirsənsə suya qulaq as.” Amirsoyun xarakteri də su kimi sakit, inamlı və qonaqpərvərdir.

Bu gün Amirsoy artıq, Avropa standartlarına sahib müasir dağ kompleksi: kanat yolları, yaşıl, mavi, qırmızı və qara traslar, alp üslubunda şalelər, panoramik restoranlar.

Amirsoyu regionda daha da önəmli edən isə onun yeni beynəlxalq turizm əməkdaşlığına qoşulmasıdır. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı, Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb.

İttifaqa daxil olan kurortlar:
🇦🇿 Şahdağ Turizm Mərkəzi .resort
🇺🇿 Amirsoy
🇰🇿 Şimbulak
🇹🇷 Uludağ Dağ Kurortu

Bu birlik türkdilli ölkələrin qış turizmini birləşdirməyi, kurortlar arasında təcrübə mübadiləsini, birgə layihə və tədbirləri, həmçinin vahid marketinq platformasını hədəfləyir.

Vahid “Avrasiya Ski Pass” bir kart, dörd ölkə, dörd aparıcı kurort. Təsəvvür edin: Şahdağ → Amirsoy → Şimbulak → Uludağ və bütün bu səyahəti eyni sistemlə həyata keçirmək.

Bu, qışın yeni İpək Yoludur qarla örtülü zirvələr üzərindən keçən ortaq turizm xətti. Dağlar heç vaxt insanları ayırmayıb əksinə, onları birləşdirib.

Bəzi şəhərlər var ki, onları qəlbinlə tanıyırsan. Mənim üçün Xivə məhz belə oldu. Azərbaycanlı kimi burada özümə doğma o...
29/11/2025

Bəzi şəhərlər var ki, onları qəlbinlə tanıyırsan. Mənim üçün Xivə məhz belə oldu. Azərbaycanlı kimi burada özümə doğma olan çox şey tapdım: yemək, ənənələr, insanların davranışı, hər şey mənə öz vətənimi xatırladır. Sanki uşaqlıqdan tanıdığım dadlar, amma yeni bir nəfəs ilə. İnsanlar bizi Azərbaycanda qarşıladıqları kimi burada da eyni səmimiyyətlə qarşılayırlar, dar küçələr isə o əsl Şərq ruhunu qoruyub saxlayır.

Xivə sadəcə açıq səma altında muzey deyil. Az adam bilir ki, vaxtilə Xivə Böyük İpək Yolunun ən nüfuzlu xanlıq paytaxtlarından biri olub. Burada karvansaraylara gələn tacirlərə surnamə verilirdi, Xarəzm torpaqlarından təhlükəsiz keçmək üçün xüsusi sənəd. Xivə qalasında isə xanlar astronomiyaya aid nadir əlyazmaları qoruyurdular və Xivəni bölgənin elmi mərkəzlərindən birinə çevirirdilər.

İçən-Qala dekorasiyaya çevrilməyən yeganə məkanlardan biridir. Qədim divarlarla addımlayanda, küçələrin qoxusunu, axşam usta səslərini eşidəndə anlayırsan ki, Xarəzm insanın içini isidən bir yerdir. İlk andan səni özünə bağlayan və sanki özünlə daha yaxından tanış edən bir şəhər.

Khorezm Magic • Ancient Khiva Vibes • Silk Road Dreams • Ichan Kala Legends • Desert Golden Hour • Uzbek Soul • Hidden Gems • Cinematic Travel • Oriental Heritage • Khiva Nights • Lost in Khorezm • Architecture Heaven

Kukeldaş mədrəsəsində 200 il əvvəl tələbələr divar daşlarının arasına gizli etiraf məktubları qoyurdular. Qorxularını, ş...
27/11/2025

Kukeldaş mədrəsəsində 200 il əvvəl tələbələr divar daşlarının arasına gizli etiraf məktubları qoyurdular. Qorxularını, şübhələrini, alim olma arzularını yazırdılar. XX əsrdə aparılan bərpa zamanı həmin məktublar tapıldı. Onlardan birində belə yazılmışdı:

“Əgər mən biliyi unutsam — qoy divar mənim yerimə xatırlasın.”

Bugün həmin divarların yanında duranda doğrudan da hiss edirsən ki, Buxaranın daşları başqalarının düşüncələrini qoruyur.

🇺🇿

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Rustam Nabizade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share