ATC İnternational Tv

ATC İnternational Tv Azərbaycan Türkçü Cəbhəsinin rəsmi televiziyasının facebook səhifəsi olacaqdır.

16/11/2025

Azərbaycan Türkçüləri Cəbhəsi və milli imperializm

Azərbaycan Türkçüləri Cəbhəsinin Türkçülüyün müxtəlif qolları olmaqla yanaşı bu gün milli imperializm haqqında söz açmağı qarşıma məqsəd qoyuram. Türkçülük son dövrlər ən ağır vaxtlarını yaşamaqdadır. Bunun əsas səbəbi müxtəlif Türkçü siyasi qruplaşmalara liderrlik edənlərin öz şəxsi maraqlarını Türkçülüyün ümumi maraqlarından üstün tutmaları olub. Amma, bu bilinməlidir ki, konfederativ və kollektiv siyasi cəbhənin yaradılması heç də tarixdə mövcud olmuş Azərbaycan Xalq Cəbhəsinin uğursuz və yarıtmaz daxili eləcə də xarici siyasətini təkrarlamaması üçün peşəkarlardan ibarət komandanın formalaşdırılmasına çalışmaq lazımdır. Türk Dünyası üçün əsas körpü həmişəki kimi Bütöv və Böyük Azərbaycan tarixdə olduğu kimi indi də və gələcəkdə də mühüm rol oynaya bilər.

Azərbaycan Türkçüləri Cəbhəsi üçün yeniliklər özündə əks edən ideologiya milli imperializm sayılmalıdır. Ülkücülərlə və digər Türkçü ideologiyalar ilə fərqlənən fikirlərimiz arasında Birləşmiş Azərbaycan Türk Xaqanlığının qurulması üçün tarixi və imperiya torpaqlarımızın birləşdirilməsi və orada qurultaylı-xaqanlığın üzə çıxarılması, İslam mühafizəkarlığı, Türk milli xüsusiyyətlərini özündə saxlayan idealogiyamız milli iqtisadiyyatının canlandırılması və təşkili şəraitinə keçilməsi, yaşıl və digər canlıların hüquqlarını qorunması, hərbi sənayenin daha da inkişaf etdirilməsi, təhsildə ən yeni metoda keçilməsi, Təmiz və Saf Azər Dilinin üzərində işlənilməsi, Türk Birləşmiş Dövlətlərinin məntiqi sonluq kimi tamamlanması, sənayeləşmə, elmləşmə və texnikalaşma, konstitusiya yerinə BATX (Birləşmiş Azərbaycan Türk Xaqanlığı) bəyannaməsinin qəbulu, müasir cinayət məcəllələləri yerinə Türk Törəsinə keçid, "Geyimlər haqqında ", "Cinayətkarların müalicə edilməsi" qanunları inqilabi dəyişiklikləri özündə gətirə bilər.

Bununla yanaşı miladi təqvim yerinə "Qədim Türk Təqvimi" və ikinci dərəcəli "Hicri təqvimi" haqqında yeni qanunların qəbul edilməsi üçün çalışmaq lazımdır. Eləcə də ana dilimizin uydurma əlifbası olan latın qrafikalı əlifbası yerinə Türk damğalı yazısı xaqanlıqda qüvvəyə minəcəkdir. Azərbaycanda xaqan, qurultay milli əsaslı hakimiyyət strukturlarından ikisidir. Azərbaycan Xaqanlığında iki böyük ərazi vahidləri xaqanbəyliyi və bəylərbəyliyi onlardan sonra tac bölgə (paytaxt), baş bölgə (şəhər), bölgə (rayon), bölgü (qəsəbə) və bölük (kənd) inzibati ərazi vahidləri adlarından göründüyü kimi öz ana dilimizdə açıqlanır. Çox əfsuslar olsun ki, Azərbaycan Respublikası öz konstitusiyasında Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsdiq edir. Amma ki, bizim ən azı 5000 illik dövlətçilik ənənələrimiz var. Azərbaycan Xaqanlığı təkcə bütün tarixi torpaqlar geri qaytarıldıqdan sonra qurula bilər.

Tuğurdun ayının 26-ı İlan ili

Cəmaziyələvvəl ayının 25-i 1447-ci il

Noyabr ayının 16-ı 2025-ci il

09/11/2025

"44 gün" dram əsəri və 2030-cu il

Məlum olduğu kimi 2030-cu il Qarabağ və Şərqi Zəngəzurun geri qaytarılmağında 10 illik yubileyi keçiriləcəkdir. 8 Noyabr 2020-ci il 44 günlük müharibənin tamamlandığı və ərazi bütövlüyümüzün bərpa olunmağına gedən yolda böyük dəyişikliyi son 200 ildir ki, bizim xeyrimizə həll oluna biləcək sübut və dəlil ola bilər. Sevindirici hal budur ki, zəfər mövzusu son vaxtacan ədiblərimizin müraciət etdikləri mövzulardan biridir və belə olmalıdır. Bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əslində isə haqqın qələbəsi sayılmalıdır. Azərbaycan ədəbiyyat tarixində tarixi hadisələri ədəbiyyatımızda yüksək zövqlə tərənnüm edən dahi mütəfəkkirimiz mərhum Hüseyn Cavid idi. Ondan sonra Səməd Vurğunun da xüsusi çəkisi olan şair-dramaturqlarımız arasın mühüm yer tuturdular. Mən hələ Cəfər Cabbarlını da qeyd etməliyəm.

"44 gün" dram əsərinin nəzm şəklində yazmağı planlaşdırmışam. Təmiz və Saf Azər Dilində yazılacaq bu əsərdə ordumuzun yenidən qurulması və gücləndirilməsi, Mübariz İbrahimovun şəhidliyi (2010), 2014, 2016 (Lələtəpə), 2018 (Naxçıvan) və 2020 (Tovuz) döyüşləri ilə yanaşı 27 Sentyabr 2020-8 Noyabr 2020-ci ill 44 günlük Vətən Müharibəsi müqəddəs müharibə idi. Haqq və ədalətin təntənəsi, mərdliyin namərdlik üzərində qələbəsidir. Özüm bu hadisələrin tərənnüm edən əsəri yazmaqda israrlı olacağam. Burada qeyd etmək istəyim məsələdə Xudayar Yusifzadənin şəhidlik vüqarını şeir dilində təcəlli edilməsi üçün çalışmağım mənə mənəvi sakitlik verəcək. Mənim vətən övladları qarşısında baş əyir, həssas könlümün tellərinə toxunan bir hadisə də müharibə vaxtı dinc şəhərlərin atəşə tutulmasıdır.

Tuğurdun ayının 19-u İlan İli

Cəmaziyələvvəl ayının 18-i 1447-ci il

Noyabr ayının 9-u 2025-ci il

Ədəbiyyatımızda Azərbaycanın itirilmiş tarixi torpaqlar məsələsiDünya tarixində bir çox dövlətlərin qarşısında ən çətin ...
31/10/2025

Ədəbiyyatımızda Azərbaycanın itirilmiş tarixi torpaqlar məsələsi

Dünya tarixində bir çox dövlətlərin qarşısında ən çətin məsələlərindən birisi də tarixən mövcud ərazi bütövlüyünün qorunub saxlanılmaması, ərazi itkisini yaşaması və keçmiş torpaqlarını böyük zəhmətlə birləşdirməsidir. Böyük imperiyalar yaratmış Türk irqi indi ərazilərini qonşulara peşkəş edilməsinə və ya oyuncaq dövlətlərin yaradılmasına hələlik dözür. Amma ki çoxları yatmış vulkanın oyanacağı təqdirdə nələrin ola biləcəyini görməzdən gəlir. Bununla belə Türk ədiblər yazacaqları əsərlər yarımçıq vətən məsələsini də dilə gətirməlidirlər.

Bu səbəbdən də gələcəkdə yazacağım "Türkmənçay" və "Batı Azərbaycan Köküm (Qərbi Azərbaycan Köküm" poemaları, "Qorxmaz Xanlığımız" faciəsi haqqında bəzi məlumatlar verməklə yanaşı, yuxarıda yazdığım başlıqla bağlı fikirlərimi qeyd edəcəyəm. Mənim üçün bir neçə müqəddəs sevgi hissindən biri Vətən eşqidir. Hal-hazırda Böyük Azərbaycanın bəzi regionlara parçalayanlara inad mən Vahid Azərbaycan haqqındakı arzularımı gözlərinizin önünə sərəcəyəm. Azərbaycan tarixin müxtəlif vaxtlarında birləşdirilib. Orta Dünya tarixində, radikalizm dövründə, yeni və müasir dövrlərində bu proses fərqli üsullarla davam edib.

Rus Çarlığının işğalçı və aqressiv siyasətinin qurbanı olan Azərbaycan Qacar dövləti və separatçı xanlıqlarımız bunun nəticəsində "Türkmənçay" və "Gülüstan" müqavilələri ilə uğursuzluqlarımızın təməli qoyuldu. 1813 və 1828-ci illər Türk-İslam dünyasının çöküşünün başlanğıcının əsasını qoyuldu. 1922-ci ildə Osmanlı, 1925-ci ildə isə Qacarlar süqut etdilər. Mənim yazacağım "Türkmənçay" poeması görkəmli ədiblərimiz olmuş Səməd Vurğunun "Vaqif", Bəxtiyar Vahabzadənin isə "Gülüstan" poemalarına cavab olacaqdır. Əsərimdə Türkmənçay sazişinin Cənubi Azərbaycanda yəni ki, tarixi Azərbaycan indiki İran adlanan yerin böyük vətənimizdən qopan balaca Azərbaycan Respublikası əsir torpaqlarımızda ümid işığı kimi görünür.

Türkmənçay poeması tariximizin kədərli səhifəsinin unudulmağına mane olmaq və bununla da ən qədim zamanlardan başlayaraq, müasir dövrümüzə çatmış dövlətçilik ənənələrimizi yenidən xatırlatmaq kimi bir missiyanı özündə əks edəcəkdir. Burada həm "Vaqif", həm də "Gülüstan" əsərlərindəki sovet təsiri yerinə milli Türk səltənətindən söz açılacaq. Bu əsərləri yazan müəlliflərə böyük hörmətim var. Buna baxmayaraq, Türkmənçayım bundan əvvəl yazılan hər iki əsərin davamıdır. Sözsüz ki, mən mərhum ustadların əllərinə su belə tökə bilmərəm. Çünki sovet dövründə milli oyanışa xidmət edən əsərlər yazmaq da ədiblərimiz üçün ən azından cəsarətli addım sayıla bilər. Bu addımın sonu ölüm və sürgün ən yaxşı halda mühacirət ola bilər. Çekizm, NKVD və KQB bunlar fərqli adlarla öz qurbanlarını didməyə hazır quzğun kimi idilər.

"Batı Azərbaycan Köküm" əsərim dədə-baba Yurdum olan Qərbi Azərbaycanıma həsr edəcəyim əsərdir. Burada əsasən kökümü, yaxınlarımın keçdiyi yolu və rus-qaraçı boşa ittifaqının Qan Yaddaşımıza olan təsiri 2010-2020-ci illərin şanlı mübarizəmizi, köç və qayıdış hüququmuzu, nikbin gələcəklə bağlı mühüm bəndlərə hopan fikirlərim yəqin ki, sizə də maraqlı olacaqdır. Bunu da qeyd etmək lazımdır ki, söz ən böyük silahdır. Ədəbiyyatda millilik və müasirliklə yanaşı fikirlərdə inqilabı dəyişikliklərə nail olmaq ədiblərimizin boynuna düşən vacib işdir. Qərbi Azərbaycan və mərkəz olmuş İrəvan hələ də öz sahiblərini gözləyir. Bu haqda yazacağım poemamdan ən böyük təsir Türkçü imperializm reallığını Qərbi Azərbaycan mövqeyində işıqlandırmağa çalışacağam.

"Qorxmaz Xanlığımız" faciəsi İrəvan Xanlığının yaradılmasından, Rus Çarlığı ilə 20 illik mübarizəsindən, ondan sonrakı hadisələrin gedişatını müəyyənləşdirir. Bunu qeyd etmək lazımdır ki, Azərbaycan oğulları və qızları tarixin bütün dövrlərində işğalla barışmamış və igidlik mübarizəsində aralı dayanmamışdır. Ümumilli liderimiz mərhum Heydər Əliyev və cənab prezidentimiz hörmətli İlham Əliyevin möhkəm təməllər üzərində inşa etdikləri müasir Azərbaycan Respublikası uçurumun bir addımlığından müdrikliklə kənara çəkmişdilər. İrəvan Xanlığımız böyük tarixi döyüşlərlə və şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün "Qorxmaz Xanlığımız" adlı faciə əsərim müvəqqəti və ədalətsiz müharibənin gələcəkdə olacaq qayıdışın aynası olacaqdır.

Yuxarıda yazdığım kimi üç əsərim gələcəklə bağlı planlarımdan bir hissəsidir. 2012-2025-ci illər ərzində yazı-pozu işlərim daha da genişlənmiş və neoklassikaizm ədəbi proseslərə başlamaq istərdim. Həmçinin inqilabçı ədiblər cərəyanını başlatmaqla Şərq dünyasının bu xüsusda daha çox qabağa keçməsini istərdim. Klassik ədəbiyyatın davamı olan neoklassikaizm hərəkatı bir çox dəyişiklikləri özüylə birlikdə gələcək nəsillərə ötürərək, müasir dövr ədəbiyyatımızın intibahına nail olmaq üçün olduqca tutarlı arqumentdir. Bununla belə Təmiz və Saf Azər Dilinin inkişaf etdirilməsində böyük ehtiyacımız var. Dünya klassik ədəbiyyatında öz çəkisi olan Şər ədəbiyyatının kütləvi olaraq, tanıdılmasına böyük ehtiyacın olması ilə yanaşı yeni əsərlərin ərsəyə gətirilməsinə də güclü tələbat vardır.

Tuğurdun ayının 10-u İlan ili

Cəmaziyələvvəl ayının 9-u 1447-ci il

Oktyabr ayının 31-i 2025-ci il

Azərbaycan Türkçüləri Cəbhəsi üçün bəzi çətinliklərAzərbaycandakı Türkçülük əsasən üç fərqli qrup halında parçalanır. Si...
26/10/2025

Azərbaycan Türkçüləri Cəbhəsi üçün bəzi çətinliklər

Azərbaycandakı Türkçülük əsasən üç fərqli qrup halında parçalanır. Siyasi, ideoloji və dini olmaqla ayrılan Türkçülüyümüz ziddiyətli dövrünü yaşayır. Bununla belə gələcəkdə ATC (Azərbaycan Türkçüləri Cəbhəsi) üçün yeni bir dövr başlayacağına əminəm. Çünki, Türkçülər fərqli təşkilatlanmaq üsulu ilə Azərbaycan siyasi tarixində yeni dövründə mədəni, sosial və fəlsəfi cəhətdə böyük işlər görülə bilər.

Azərbaycan Türkçülüyünün fərqli siyasi qruplaşmalarından iqtidar, bitərəf və müxalif olmaqla parçalanan və birləşə bilməyən Türkçülər belə dağınıq fəaliyyətləri ilə Türk düşmənlərinin işlərini asanlaşdırmaqla yanaşı həm də ki, vahid bir siyasi cəbhənin yaradılmasıyla yanaşı siyasi birliyin yaradılmağı üçün də birlikdə işləməyin vacibliyi boşuna deyil. Lakin, bir-birinə ittiham irəli sürən ayrı-ayrı siyasi mövqelərdən çıxış edənlərin saf və təmiz Turançılıq ideyasını həyata keçirilməsində dövlətimiz, Vətənimiz və Millətimiz üçün çox lazımlı məsələlərdən biridir.

İdeoloji qruplardan liberal demokratiya, sosial demokratiya, mühafizəkarlıq və mənim irəli sürdüyüm milli imperializmlə yanaşı bəzi ideyaların müasir Türkçülüyün fərqli qolları olmuşdur. Əsas məsələ ittifaqın yaradılmağı və Böyük Azərbaycanın yaradılmağı ilə ilkin məqsədə nail olmaqdır. Amma ki, gələcəkdə ittifaqın davam etdirilməsi olduqca çətin olacağından dolayı indidən gələcəklə bağlı düşünmək lazımdır. Bunun əsas səbəbi də müxtəlif qollara parçalanmış Türkçülüyü Türkçülərin səhv siyasətindən xilas etmək ola bilər. Bu səbəblə müxtəlif idealogiyaya dağılmış Türkçülərin artıq bir yerə toplanmaqlarının vaxtı gəlib.

Dini qruplardan isə müsəlmanlara, dinsizlərə və Göy Tanrıya inananlara ayrılan Türkçülər arasında birlikdəlik fikri olduqca mühüm hədəfdir. Qarşılıqlı ittihamlar gücümüzü zəiflətməklə yanaşı həmçinin xarici və daxili düşmənlərimizin pozucu fəaliyyətinə imkan yaradır. Tarixdə olduğu kimi indi də din və məzhəb üzərindən bizim üstümüzə gələrək, bizi özümüzə qarşı qaldıraraq, yenidən zəiflədib, məhv etmək istəyirlər. Tarixdəki səhvləri təkrarlamaq böyük bir axmaqlıq olar. Müstəqil Türk Dövlətlərinin düzgün siyasəti məni daha da həvəsləndirir. Bunun üçün möhkəm təməl var. Bizim üçün ən böyük təhdid milli kimliyimizə qarşı sırınmaq istənilən yad dəyərlərdir.

Azərbaycan Türkçüləri Cəbhəsinin qurulması yeni bir siyasi, fəlsəfi, elmi, ictimai, mədəni və iqtisadi platforma ola bilər. Burada bunu da yazmaq istəyirəm ki, Azərbaycan Türkçüləri Cəbhəsi Dövlət, Millət, Cəmiyyət və Vətən üçün hər cür təhlükəli idealoqiyalar, qruplar və təşkilatlar ilə mübarizədə dövləti dəstəkləyir, bununla bağlı dövlətçiliyimizin gücləndirilməsi, tarixi torpaqlarımızda genişlənməsi ilə bağlı istənilən dayağı olmağa çalışacağıq. Türkçü hərəkatların, partiyaların, təşkilatların, dərnəklərin və bitərəflərin bir siyasi cəbhədə birləşməsi, Türkçülüyün problemlərinin həllinə çalışılması, müxtəlif mövqeli, baxışlı mərkəz sağ və sağ düşüncələrin millilik baxımdan eyni ittifaqda toplanması çox vacib işdir.

Toğundun ayının 6-ı İlan İli

Rəbiüləvvəl ayının 25-i 1446-cı il

Oktyabr ayının 27-i 2025-ci il

"37-lər" faciə əsəri və hədəfim 2027-ci ildirBu il yəni 2025-ci il avqust ayında bir dram əsəri yazmağa başlamaqla, əsli...
07/10/2025

"37-lər" faciə əsəri və hədəfim 2027-ci ildir

Bu il yəni 2025-ci il avqust ayında bir dram əsəri yazmağa başlamaqla, əslində mənəvi müəllim hesab etdiyim və 1937-ci ildə sovet siyasətində "böyük təmizlik" siyasətinə qurban edilənlərin xatirəsini əbədiləşdirmək eyni zamanda da repressiyanın bədii dərkində atılan ilkin imzalardan birinə çevrilməklə yanaşı həm də ki, 2027-ci ilin Stalin repressiyalarının 90 illik yubileyinə töhfə vermək istərdim.

Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli və yazmadığım onlarla ziyalılarımızın şəhid edilməyə başlanıldığı həmin qorxunc və dəhşətli il olmasaydı, kim bilir, bəlkə neçə-neçə dəyərli əsərlərlə ədəbiyyatımız zənginləşər, müasir dövrdə də 37-lər ədəbi məktəbinin yeni nümayəndələri yetişərdilər. 2007-ci ildə hazırlanmış "Cavid Ömrü" filmindən sonra bu əsər teatr tamaşası kimi də tamaşaçıları işğalçı və basqıcı rus imperializminin necə təhlükəli olacağını anlardılar.

Bu əsərdə Türk fəlsəfəsinin, dəyərlərinin, yadların yıxıcı və dağıdıcı təsirlərinin, o dövrün ziyalılarını bir obrazda tərənnüm edilməsinin şahidi ola bilərik. Əsərin maraqlı tərəflərindən birisi də Təmiz və Saf Azər dilində yazılmasıdır. Burada qədim Türk dilində işlənmiş sözləri təkrar gündəmə gətirmişəm. Müasir Azərbaycan Dili təəssüflər olsun ki, zamanla yad dillərin söz işğalına uğramış, qrammatikası ərəb, fars və sovet qaydalarına uyğunluq təşkil edilmişdir.

Hələ XIX əsrin sonlarında Təmiz, Saf və Ortaq Türk Dili ilə bağlı ilk sədalar ucalırdı. Lakin, XX əsrdə Türk dünyasının keçirdiyi böhranla bağlı dil məsələləri hələ də həll edilməmiş, alınma sözlərin qalmağı ilə dirənənlərin vətən xainləri olmaqla yanaşı yalançı sovetlərdən qalma dilçilərimiz dilimizin inkişafına maneə yaratmaqla, millilikdən qıraq ünsürlərin dilimizə qarşı cinayət törətmişlər.

Ayaq Ona ayının 15-i İlan İli

Rəblülaxır ayının 15-i 1447-ci il

Oktyabr ayının 7-i 2025-ci il

Address

Not
Baku
NOT

Alerts

Be the first to know and let us send you an email when ATC İnternational Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share