ATC TV

ATC TV Azərbaycan Türkçü Cəbhəsinin rəsmi televiziyasının facebook səhifəsi olacaqdır.

Azərbaycan Türkçü Cəbhəsinin adını daşıyacaq ATC TV və ATC Səs adlı televiziya eləcədə radiosu Azərbaycan mətbuat tarixi...
21/08/2025

Azərbaycan Türkçü Cəbhəsinin adını daşıyacaq ATC TV və ATC Səs adlı televiziya eləcədə radiosu Azərbaycan mətbuat tarixində bir ilkə imza ata biləcək. Əvvəlcə tele kanaldan başlayaq. Bu kanalı digər özəl kanallardan ayıran əsas xətti həm reytinq həm də maarifçiliyi özündə əsas götürərək, ucuz verlişlərdən qaçacaqdır. Ayrıca hər cür yaş kateqoriyasını özünə sıx bağlayacaq, hərbi verlişlər, tarixi film və seriallar, maarifpərvər proqramlar, ədəbi və bədii təqdimatda verlişlərin hazırlanması beləcə uşaqlar və yeniyetmələr üçün də animasiyalar həyata keçiriləcək.

Bu kanalda dini və milli dəyərlərin üzərində dayanılacaqdır. Bir layihəmin üzərində dayanmaq istərdim. "Azərbaycan Parfiya Günəşi" adlı film və serialın geniş ictimai reaksiya alacağını gözləyirik. Bu serial Azərbaycan Dövlət televiziyası olan Aztv-nin başlatdığı "Azərbaycan Atabəyləri" serialının şanlı davamı da sayıla bilər. Biz əminik ki, Azərbaycanda müasir dövrdə zəif olan film/serial sənayesinin zəifliyi obyektiv və ya subyektiv baxımdan var. Azərbaycandakı film sənayesi hələ Çarlıq Rusiyası dövründə yaranmış, Sovet Rusiyasında inkişafının zirvəsinə çatmış axırda isə Müstəqil Azərbaycan Respublikasında bir neçə uğurlu istisnadan başqa bataqlıqda bata-batdadır.

"Azərbaycan Parfiya Günəşi" film və serialı qədim imperiyamızın tarixidir. Beləki, Azərbaycanın tarixi ərazilərində meydana gələn dördüncü imperiyamız o dövrün qlobal qüvvələri olan Selevki və Roma imperiyalarına qarşı sarsıdıcı zərbələri endirmiş və ellen dünyasına qarşı Tək olan Tengri nizamını inşa etmişdir. Əlbəttə ki, bu serialda imperiyamızın yaranması və süqut etməsi ilə əlaqədar olaraq da, serial və ya bir neçə serialın ssenarisini yazmaq mənə böyük şərəf olacaqdır. Türk-Oğuz tayfalarından baranlı tayfası Azərbaycan tarixində silinməz iz qoyacaqdır. Sonralar iki imperiyalarımız Ağqoyunlu və Qaraqoyunlu imperiyaları da bu ada özlərinə layiq görməkləri boşuna deyildir.

Təkə ayının 12-si İlan ili

Səfər ayının 27-si 1447-ci il

Avqust ayının 21-i 2025-ci il

Address

Not
Baku
NOT

Alerts

Be the first to know and let us send you an email when ATC TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share