Azerifakt

Azerifakt 🌐Operativ Xəbər Portalı
📍Qarşılaşdığınız hadisələri bizimlə paylaşın📩
📍 Hər gün yenilənən məlumat ✍📰

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki ...
26/08/2026

Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki olduğunu bildirib.

"Report"a açıqlama verən 58 yaşlı E.Hüseynov subbakalavr (kollec məzunu) kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunduğunu qeyd edib.

İki il əvvəl mühəndislik ixtisası üzrə kolleci bitirən Elbrus Hüseynov bu il uşaqlıq arzusunu yerinə yetirərək universitetə sənəd verib:

"Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır".

O əlavə edib ki, Bakıda mühəndis işləyib və artıq ərizəsini yazaraq işdən çıxıb.

"Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Hər zaman mənə dəstək olacaqlarını bildirirdilər. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm", - bu ilin ən yaşlı tələbəsi statusunu qazanan E.Hüseynov əlavə edib.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
25/08/2026

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinin (ATU) Tibb (tədris ingilis dilində...
24/08/2026

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinin (ATU) Tibb (tədris ingilis dilində) ixtisasına qəbul olunub.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S.Tağızadə yalnız bir ixtisas seçdiyini və həmin ixtisasa qəbul olduğunu bildirib.

"İxtisas seçimində yalnız bir ixtisas seçmişdim, ona da qəbul olundum", - deyə o qeyd edib.

Qeyd edək ki, Samir Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan "Əlaçı" verilişinin qalibi olub.

Bahar Lətifqızının göz yaşları ilə dolu həyatı — Uşaqlığını yaşamadan böyüyən qızBu gün Azərbaycan səhnəsində özünəməxsu...
23/08/2026

Bahar Lətifqızının göz yaşları ilə dolu həyatı — Uşaqlığını yaşamadan böyüyən qız

Bu gün Azərbaycan səhnəsində özünəməxsus ifası ilə tanınan müğənni Bahar Lətifqızının həyatı heç də həmişə işıqlar, alqışlar və musiqidən ibarət olmayıb.

Onun səhnədə gülümsəyən simasının arxasında uşaqlıqdan başlayan ağır sınaqlar, ayrılıqlar, yoxsulluq və illərlə içində daşıdığı yaralar dayanır.

Bahar Lətifqızı 1979-cu ildə Sumqayıtda anadan olub. Altı yaşına qədər valideynlərinin himayəsində böyüyən Baharın həyatı bundan sonra tamamilə dəyişib.

Valideynləri ayrıldıqdan sonra o və qardaşı 1 saylı internat evinə yerləşdiriliblər və Bahar 15 yaşına qədər burada yaşayıb.

Uşaqlığını yaşamadan qardaşına ana oldu

Baharın danışdığı ən ağrılı xatirələrdən biri onun hələ ikinci sinifdə oxuyarkən qardaşının qayğısına qalmasıdır.

O, uşaq yaşında qardaşının paltarını, corablarını, səhər məktəbə nə geyinəcəyini düşünürdü. Öz uşaqlığını yaşamaq əvəzinə, balaca qardaşına həm bacı, həm də ana olmağa çalışırdı.

Bahar sonralar həmin günləri xatırlayarkən bayramlarda digər uşaqların analarının əlindən tutub evə getməsini seyr etdiyini və buna görə ağladığını danışıb.

Onun ən böyük arzusu isə çox sadə idi: anasının yanında yatmaq, səhər anasının onu məktəbə yola salması və saçlarını daraması...

Amma bunların heç biri onun uşaqlığında baş vermədi.

Davamı şərhdə...

BAHAR LETIFQIZI

MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı dünyasını dəyişib. Bu barədə "...
22/08/2026

MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı dünyasını dəyişib.

Bu barədə "Unikal"a mərhumun bacısı İlhamə Budaqlı məlumat verib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı c*inayət işi üzrə hökm elan edib.

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra N.Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

C*inayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə C*inayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ö*lümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Camilla “Köhnə Bakı” adlı yeni ifasını təqdim edibŞou-biznesin tanınmış simalarından olan müğənni Camilla musiqisevərlər...
20/08/2026

Camilla “Köhnə Bakı” adlı yeni ifasını təqdim edib

Şou-biznesin tanınmış simalarından olan müğənni Camilla musiqisevərlərə yeni ifasını təqdim edib.

Sənətçinin “Köhnə Bakı” adlı yeni mahnısı artıq dinləyicilərin ixtiyarına verilib. İfa paytaxtın özünəməxsus ab-havasını, Bakı sevgisini və nostalji ruhu musiqi ilə bir araya gətirir.

“Köhnə Bakı”nın qısa zamanda dinləyicilərin marağına səbəb olacağı gözlənilir.

🎶❤️ Camilla Ahmad

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla, respublika üzrə avqust ayı üzrə pensiyaların avqustu...
18/08/2026

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla, respublika üzrə avqust ayı üzrə pensiyaların avqustun 21-də ödənilməsi nəzərdə tutulur.

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil...
17/08/2026

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyənləşib. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

🇦🇿DSX-nin keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılır. Dəfndə Müdafiə...
17/08/2026

🇦🇿DSX-nin keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılır.

Dəfndə Müdafiə naziri Zakir Həsənov, DSX-nin rəisi Elçin Quliyev də iştirak edir.

Vəfa Şərifovanın Rusiyada saxlanılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirildiSon saatlarda sosial şəbəkələrdə müğən...
15/08/2026

Vəfa Şərifovanın Rusiyada saxlanılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirildi

Son saatlarda sosial şəbəkələrdə müğənni Vəfa Şərifovanın Rusiyada saxlanılması ilə bağlı məlumatlar yayılıb. "Real Azərbaycan" olaraq məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq.

Vəfa Şərifova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Müğənni hazırda hər şeyin qaydasında olduğunu və məclisdə olduğunu qeyd edib:

"Hər şey qaydasındadır, məclisdəyəm. Yayılan məlumatlar yalandır".

Beləliklə, Vəfa Şərifovanın Rusiyada saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat müğənninin öz açıqlamasına əsasən təsdiqini tapmayıb.

Qeyd edək ki, Vəfa Şərifova ilə bağlı sosial şəbəkələrdə zaman-zaman müxtəlif iddialar yayılır. Müğənni bu dəfə də yayılan xəbərin doğru olmadığını açıqlayıb və məlumatların əsassız olduğunu bildirib.

Vəfa Şərifova

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azerifakt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share