Crossmedia Azerbaijan

Crossmedia Azerbaijan Analitik İnformasiya Portalı
Crossmedia.az saytı onlayn media redaksiyası olaraq 1 noyabr 2024-cü ildə fəaliyyətə başlayıb və Media Reyestrinə daxil edilib.

09/09/2026
Azərbaycan dilinin dövlət dili olması o demək deyil ki, yalnız rəsmi sənədlərdə bu dildən istifadə edilməlidir. Dövlət d...
09/09/2026

Azərbaycan dilinin dövlət dili olması o demək deyil ki, yalnız rəsmi sənədlərdə bu dildən istifadə edilməlidir. Dövlət dilindən düzgün istifadə və qorunması gündəlik həyatın bütün sahələrində, o cümlədən milyonlarla insanın istifadə etdiyi kommersiya xidmətlərində, şirkətlərin müştərilərlə kommunikasiya vasitələrində də təmin edilməlidir.

Crossmedia.az-ın araşdırması zamanı ölkədə fəaliyyət göstərən bir sıra tanınmış şirkətlərin müştərilərinə göndərdiyi SMS-lərdə diqqətçəkən bir problem ortaya çıxıb. Şirkətlər Azərbaycan dilində mətn hazırlasalar da, həmin mətnlərdə Azərbaycan əlifbasın məxsus bütün hərflərdən istifadə olunmur, dilin qrammatikası kobud şəkildə pozulur. Nəticədə Azərbaycan dilində və əlifbasında çatdırılmalı olan mesajlar faktiki olaraq ingilis əlifbasının hərfləri ilə yazılır.

Məsələn, “ə” hərfinin yerinə “e”, “ş” hərfinin yerinə “s”, “ç” hərfinin yerinə “c”, “ı” hərfinin yerinə “i”, “ö” hərfinin yerinə “o”, “ü” hərfinin yerinə “u”, “ğ” hərfinin yerinə isə “g” yazılır. Beləliklə, Azərbaycan dilində olan sözlərin yazılışı dəyişdirilir və dilin öz əlifba sistemi faktiki olaraq SMS-dən çıxarılır.

Məhəbbət Tərlanoğlu

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Bu, sadəcə Konstitusiyada təsbit olunmuş hüquqi norma deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən hər bir qurum və şirkətin nəzərə almalı olduğu mühüm məsuliyyətdir. Xüsusilə milyonlarla vətəndaşla gün...

09/09/2026

“Şəki Yaylası” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirənlərdən Ucal Bayramov Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.

27 yaşlı Ucal ötən ilin sentyabrın 7-də evlənib.

Onların Şəkiyə evliliklərinin bir ilini qeyd etmək məqsədilə getdikləri bildirilir.

Qeyd edək ki, istirahət mərkəzində hadisə qurbanlarından olan Coşqun Məmmədov kanatdan istifadə edən zaman tros qırılıb. Qopan tron yerdə olan Ucal Bayramova dəyib. Hadisə nəticəsində hər iki gənc həyatını itirib.

Address

Yasamal Rayonu, Z. Xəlilov Küç 59
Baku

Alerts

Be the first to know and let us send you an email when Crossmedia Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share